Bir quyunun dibində Yusif kimi... – Yeni imza

Bir quyunun dibində Yusif kimi... – Yeni imza
31 yanvar 2022
# 17:10

Kulis.az “Yeni imza” layihəsindən Şahid Cavadsoyun şeirlərini təqdim edir.

Və heç nə yerində deyildi

özünü eşitməzliyə vuran biriylə

Özünü eşidən kimi göstərən kar məsumluğu qədər

Və heç kim gözucu da baxmırdı stəkana

Suya ehtiyacı olmayana qədər

Bəs indi, ay insan, sənə sualım var

De görüm, səhraya qar yağmasına təəccüblənən varlı ərəblə

Yoxsul Afrika ölkəsində

su tapan uşağın təəccübü eynimi?

***

Səni sevmək

Bir quyunun dibində Yusif kimidir

Adam sonda hətta sultan da olar

Səni sevmək

Bir tərəfdən ölməkdi, bir tərəfdən yarımcan

Necə ki, müharibədə bir qolunu itirən əsgərin

qolu şəhid olur, özü isə yarımcan

***

Bir gün dünyadan "ölü yağışı" yağsa

Bircə ana, bircə bala da üzülərmi heç

evi damır deyə?!

O gün hamı qorxacaq; Birdən gün çıxar deyə...

Öz dünyasını sevə bilməyənlər

Üz tutur özgə dünyalara

Bir gün yarasalar sevəcəklər işıqlığı

Amma o zaman işıqlar kor olacaq yarasalara

***

Püskürərsə insan oğlu dərindən

Boğazında düyünlənməz qəhəri

Bədənindən, ruhundan və belindən

Qoparmalı tabu adlı “yəhəri”.

Adəm üçün din yox idi inansın

- Adəm oğlu, dində yoxdu bəhərin

Qadınların yükü yoxdur deyənlər;

Gör necədir dişi atın yəhəri

Kim tutacaq bu dünyanın yükünü?

Dinin canı mücərrəd Allahdadı

Ağrılıdır;

Bu dünyada hər şeyi

Qismət bilən, fatalistin imdadı.

***

Çağırsan heç çəkəmməz

Pikasso da rəsmini

Ruhən ölən insanın qanını heç çəkəmməz

Əgər cəhənnəmdisə dünyanın məhşər yeri

Qəlbən yanmış adamlar ora gedirlərmi bəs?

Allah, necə dadlıdı

Zindandakı çörəklər

Fəqət parça-parçadır

Azadlıqda ürəklər.

***

Bir azdan bir körpə gələr dünyaya

Və bu da son idi, son gözəl bir gün

Bir körpə gizliydi ana bətnində

Onu da "basdırdıq" dünyaya bu gün.

# 2623 dəfə oxunub

Oxşar xəbərlər

"Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri

"Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri

12:00 5 iyul 2025
Bəzən ayaqqabı olmaq keçir içimdən... - Tural Balabəylinin şeirləri

Bəzən ayaqqabı olmaq keçir içimdən... - Tural Balabəylinin şeirləri

11:40 3 iyul 2025
Hər kim yüz il yaşamasa... - Günün şeiri

Hər kim yüz il yaşamasa... - Günün şeiri

17:41 2 iyul 2025
"Səni görəndə dəniz də ağzının suyun axıdır" - Yeni imza

"Səni görəndə dəniz də ağzının suyun axıdır" - Yeni imza

15:04 1 iyul 2025
Burada da güllələyirlərmi gecə itləri?- Hikmət Orhunun yeni şeirləri

Burada da güllələyirlərmi gecə itləri?- Hikmət Orhunun yeni şeirləri

16:00 24 iyun 2025
Acım acıdır, şirinim xoş gəlməz daha - Şaiq Vəli

Acım acıdır, şirinim xoş gəlməz daha - Şaiq Vəli

14:12 23 iyun 2025
#
#
# # #