Xəbər verdiyimiz kimi, yutubda yayımlanan, ssenarisi Əli Ucala aid olan "Ayıq sürücü" filmi Buzovna sakinlərinin narazılığına səbəb olmuşdu.
Sakinlər iddia edirdi ki, filmdə Buzovnada yaşayan qadın əxlaqsız kimi təqdim edilib.
Həm sakinlərin narazılığı, həm də sosial şəbəkələrdəki etirazlardan sonra filmin yaradıcı heyəti buzovnalı ağsaqqallarla görüşüb.
- Qızıma görə anamı da, həyat yoldaşımı da zəlzələyə qurban verdim - Ömər Xəyyam
- Məscid Allahın evi deyil - Ömər Xəyyam
- Trampın betonla savaşı, İsanın anası və yəhudilər - Ömər Xəyyam
Kulis.az xəbər verir ki, görüşdən sonra filmdən Buzovna qəsəbəsinin adı çıxarılıb.
Bu barədə rejissor Elçin Ağazadə məlumat verib:
"Ssenarist Əli Məmmədova öz adımdan və dostlar adından təşəkkür edirəm. 200 mindən çox izlənmiş filmdən Buzovna qəsəbəsinin adının çıxarılmağına razılıq verdi. Artıq film yeni variantda yayımlanır".