Ümid – Sərəstan Bəşirov

Sərəstan Bəşirov

Sərəstan Bəşirov

17 dekabr 2021
# 11:36

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Sərəstan Bəşirovun “Ümid” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Ümüdovlar ailəsi çox çətinliklə günlərini keçirirdi.

Ailənin başçısı Səlim iki il idi ki işlədiyi zavoddan ixtisara düşmüşdü. Yoldaşı Nəcibə xanımda baxçadan işdən çıxarılmışdı. Çətin zamanda ailənin bir qəpikdə gəliri yox idi. Səlim başını qapılarda işləmək Nəcibə xanım isə ev təmizləməklə keçirib çörək pulu qazanırdı. Ailənin böyük oğlu Murad birinci sinfə hazırlaşırdı, onun xərcləri artıq ailəni daha da çətin vəziyyətə salırdı, bir tərəfdən də 4 yaşlı balaca oğulları Ümüdə baxan yox idi.

Səlim və Nəcibə səhər işə gedir gecə qayıdırdılar. Bir gün Səlim işdən qayıdanda Nəcibəni sakitcə yataq otağına çağırdı. Bir qədər söhbətləşdikdən sonra o gözləri dolmuş halda Nəcibəyə tərəf yönəlib söylədi:

- Sən səhər gedib gecə gəlirsən, mən də, demək olar, günün on səkkiz saatını işləyirəm. Çətin də olsa qərar verməliyik, nə vaxta kimi Ümüdü qonşulara tapşırıb işləyəcəyik. Çətin də olsa qərar verib uşaq evi ilə danışaq qəbul etsələr qoyaq uşaq evinə vəziyyətimiz düzələndən sonra götürərik.

Əvvəlcə Nəcibə bu qərara sərt reaksiya verib ağlamağa başladı, amma günlər keçdikcə mümkünsüz olduqlarını görüb qərar verməyə məcbur oldular...

Və o gündən Ümüdü uşaq baxçasına qoydular.

Zaman ötdü, illər keçdi...

Murad artıq 29 yaşına çatmışdı. Bankda Mühasib işləyirdi iş yoldaşı Esmira ilə bir birini möhkəm sevirdi. Esmira varlı bir ailənin tək övladı idi. Onlar Murada ayrı evdə alacaqlarına da söz vermişdilər.

Bu tanışlıqdan 6 ay ötdü. Murad ilə Esmira ailə qurdular və o gündən Esmiranın atasının alıb verdiyi Şəhərdə ki evdə yaşamağa başladılar.

Murad bir gün səhər işdən icazə alıb köhnə qəsəbələrinə qayıtdı. Səbəb isə çarəsiz qalan atası Səlim ilə anası Nəcibəni qocalar evinə qoymaq idi. Köhnə evlərinə yenicə çatmışdı Murad. Bir qədər rahatlanandan sonra süfrə ətrafında Atası ilə danışmağa başladı.

- Ata daha mən daha burda yaşaya bilməyəcəm, şəhərdə ev almışıq, işimdə ordadır siz burda ikiniz tək yaşaya bilməyəcəksiz, heç biriniz işləmirsiz mənim də maaşım o qədər çox deyil ki sizə köməklik edim.

Çarəsiz qoca ata isə heç bir narazılıq etmədən oğlunu dinləyirdi. Bir neçə saatlıq söhbətin sonunda Murad ata və anasını qocalar evinə qoymağa razı sala bildi. Nəcibə xanım özünün və həyat yoldaşının bütün əşyalarını cehizlik çamadanına topladı...

Murad ata və anasını maşına mindirib qocalar evinə sürdü.

Qocalar evinin girişində onları gənc bir xanım qarşıladı...

- Buyurun, nə lazım idi?

Murad-Müdiriyyətlə görüşəcəyik...

Gənc xanım dəstəyi götürüb müdiriyyətin otağını yığdı.

- Ümüd müəllim yanınıza gəlmək istəyən var.

Gəlsin.

Səlim Nəcibə və Murad iti addımlarla müdiriyyət otağına yaxınlaşdı qapını döyüb içəri keçdilər.

- Ümüd asta səslə dilləndi: Buyurun, eşidirəm sizi.

Uzun sürən söhbətdən sonra Ümüd Nəcibə xanımdan şəxsiyyət vəsiqələrini verməyi xaiş etdi. Nəcibə xanım bağlamada sənədləri Ümüdə uzadıb - Bütün sənədlər burdadır buyurun!

Ümüd sənədləri bir-bir dəyişib vəsiqəni axtararkən bağlamadakı şəklə gözü sataşdı. Bu Ümüdün dörd yaşı tamam olan gündə çəkilmiş şəkil idi... Ümüdün gözlərində gilələnən yaşlar damcı-damcı şəkilin üzərinə damcıladı. Ümüd səssizcə oturacaqdan qalxıb Nəcibə xanıma tərəf keçdi dizlərini yerə qoyub ayaqlarını qucaqlayıb hönkür-hönkür ağlamağa başladı…

Ana Sizi yenidən qəbul edəcəm, amma qocalar evinə yox öz evimə…

# 2418 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi

14:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
# # #