Tənhalığın qoxusu - Coşqun Kərimov

Coşqun Kərimov

Coşqun Kərimov

9 dekabr 2021
# 14:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Coşqun Kərimovun “Tənhalığın qoxusu” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Hündür mərtəbəli binanın blokundan dikdaban ayaqqabıların səsi gəlirdi. Həmin səs 229 nömrəli qapının önündə kəsildi. Estafet açarlardan çıxan səsə ötürülmüşdü. İri çantanın içində onları tapmağa çalışan sahibənin yorğun üzündə evə tez daxil olmaq istəyi sezilirdi. Bir müddət sonra dəhlizdə idi. Çanta kənara atılmış, açar isə asılmış vəziyyətdə idi.

Gün ərzində yuxuya getmiş otaqlar yanan işıqlarla bərabər oyandı. Günün bütün yükünü özündə toplamış dikdabanları zərif ayaqlarından azad etdi. Rahat nəfəs alan ayaqlar onu qonaq otağına apardı. Çox keçmədi ki, çiyinlərini də iş paltarından növbə ilə azad etdi.

Mətbəxdə onun yolunu gözləyən çaydan və fincanı var idi. Evdə olduğunu hiss etmək üçün sadəcə suyun 5 dəqiqə qaynamasını gözləmək kifayət edəcəkdi. Elə də oldu.

Əlində olan qaynar fincanı ilə qonaq otağında yerləşən və çox rahat olan divanına əyləşdi. Digər əlinə pultu götürüb televizora öz sözünü demək imkanını verdi. Ekranda onun həvəslə baxdığı komediya gedirdi. Serialda edilən zarafatlardan biri onun üzündə təbəssüm yaratdı. Əlində olan fincanı yerə qoydu. Ayaqlarını yerdən götürüb divanın üstünə bardaş qurdu.

Divandan bir qədər aralıda qucaqlanmaqdan bezmiş balış və vərəqlənməkdən yorulmuş sevgi romanı dururdu.

Nəhəng mənzilin qonaq otağından ekrandan çıxan gülüş səsləri, yenicə içilmiş çayın buxarı və yaşanan tənhalığın qoxusu gəlirdi.

# 3989 dəfə oxunub

Oxşar xəbərlər

İllüziya ilə reallığın kəsişmə nöqtəsində... - Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?

İllüziya ilə reallığın kəsişmə nöqtəsində... - Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?

15:00 25 avqust 2026
"Böyük həvəslə öz boyumu sizin gəlirlərinizlə dəyişərdim..." - Sergey Dovlatovun qeydləri

"Böyük həvəslə öz boyumu sizin gəlirlərinizlə dəyişərdim..." - Sergey Dovlatovun qeydləri

17:30 24 avqust 2026
"Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki..." - Amerikalı  yazıçıdan 10 sitat

"Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki..." - Amerikalı yazıçıdan 10 sitat

17:00 24 avqust 2026
"Ədəbiyyatın alicənab bir məfkurə olduğu inancı ilə böyümüşəm..." - Oskar İxuelos

"Ədəbiyyatın alicənab bir məfkurə olduğu inancı ilə böyümüşəm..." - Oskar İxuelos

16:30 24 avqust 2026
Qum kitabı - Xorxe Luis Borxesin hekayəsi

Qum kitabı - Xorxe Luis Borxesin hekayəsi

15:00 24 avqust 2026
Arabaçı - Sabir Əhmədlinin hekayəsi

Arabaçı - Sabir Əhmədlinin hekayəsi

11:30 23 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər