Tənha göyərçin - Nərmin Kazımzadə 

Nərmin Kazımzadə

Nərmin Kazımzadə

12 dekabr 2021
# 14:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nərmin Kazımzadənin “Tənha göyərçin” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.


Həyatda istər padşah, istər vəzir ol, yaşatdığını yaşamadan ölməz insan. Bütün dünya sənin olsun, fərq etməz, nə yaşatmışıqsa, onu da görəcəyik.

Cavan olduğumuzda səhvlər çox edirik. Buna baxmayaraq bilə-bilə eyni yoldan getdiyimiz də olur. Unuduruq ki, heç nə əbədi deyil, sənə verilən şans bir gün bitəcək. Yaşlı bir adamın gücdən düşüb bir çəliyə möhtac olması kimi.

Bəzən elə anlar olur ki, bir anlıq keçmişə səfər etmək istəyirsən, bu zaman acısı da, şirini də sənə xoş gələr.

***

Atam-anamın mənə göstərdikləri nəvaziş, məni hər zaman diqqət mərkəzində saxlamaları, anamın mənə sevgi ilə yağlı kökə bişirməyi, atamın yorğun-yorğun mənə nağıl deməyi, incə toxunuşla saçımı sığallamağı uşaqlığımın ən xoşbəxt anları idi. Çox heyif ki, Allah mənə kiçik xoşbəxtlikləri çox gördü - anam onkoloji xəstəlikdən dünyasını dəyişdi. Həsrət dolu həyatım bundan sonra başladı. “Əcəl gələndə xəbər etməz”, - deyiblər. Anamı itirərəkən mən bu xalq deyimininin ölü şahidi oldum. Həmin gün anamla birlikdə mən də öldüm, ancaq onu torpağa tapşırdılar, məni isə atama...

***

Anamın vəfatından bir müddət sonra, atamla olan isti münasibət bir gün içində qəfildən əsən külək kimi qəlbimin bütün divarlarını soyutdu. Çünki atam anama sadiq qalmağı bacarmadı, başqa qadınla ikinci baharını yaşamağa başladı. Bilirsiniz, necə də çətindir ananın yerində başqa qadının olması... Evimizin nə dadı-duzu qaldı, nə də ki, xeyir-bərəkəti.

Rahidəgil bizdən bir məhəllə qabaqda qalırdı. Evin sonbeşiyi idi. Rahidə də atam kimi ikinci dəfə ailə qururdu. Bildiyimə görə, beş il evli qalıb və daha sonra uşağı olmadığından ayrılıbmış. Problem də onda yox, keçmiş həyat yoldaşı Kamalda olub. Atamla da özləri birlikdə belə bir addım atmağa qərar veriblər.

Atam çox mülayim, eyni zamanda sakit təbiətli biridir. Rahidə ilə evlənmək qərarını verdiklərində mən ona tam haqq qazandıra bilmirdim. Axı heç bir qadın anamın yerini verə bilməzdi. Atam çox güman məni düşünərək bu addımı atmışdı, çünki aramızda olduqca böyük bir pərdə vardı. Məlum məsələdir, mən böyüdükcə mənəvi ehtiyaclarım da artacaq və mən bunları atama deyə bilməyəcəm. Analığım Rahidəyə isə doğma anam kimi gələcək dərdlərimi deyəcəm və o da mənim dərdimə şərik olacaq. Adamın Allahı var, atam da haqlıdır. Lakin, gələcək dərdlərim bir yana, indiki dərdim analığımı qəbul etməməyimdir, Rahidə evimizə gəlməyi ilə mənə dərd verib, o ki qaldı dərdimə şərik çıxa...

Gündüzlər atam işə gedirdi və mən o qadınla bir evdə qalmağa məcbur olurdum. Atam işdən gələnəcən gözümü saatdan çəkmirdim, böyük və kiçik əqrəblər altının üstündə olanda gülərüzlə qapıya yaxınlaşırdım.

Bir müddət keçdikdən sonra, evimizdən körpə səsi gəldi. Bəli, atam ikinci dəfə atalıq hissini yaşadı. Mən körpəyə kinli ola bilmirdim. Çünki o günahsız bir mələk idi, olanlardan xəbərsiz bir mələk. Evdə bütün diqqət ona verilmişdi, mən demək olar ki, unudulmuşdum. Hər iş mənim üstümə idi, əvvəl heç nə etməyən mən, indi edə bilmədiyim iş yox idi, paltar tikməyi belə öyrənmişdim. Hər gün əzab, bir tərəfdən anama qarşı kinim, bir tərəfdən də anama qarşı həsrətim bitmirdi. Tənha göyərçin kimi hiss edirdim özümü. Hər gün Rəbbimə sığınıb dualar edirdim və bilirdim ki, axan göz yaşlarımın cavabsız qalmayacaq.

***

Balaca mələk üç yaşına çatmışdı artıq, hələ onun “bacı” deməyini eşitsəniz, ondan əl çəkməzsiz. Hələ sizə pambıq kimi yumşaq əllərini, mələk gülüşünü demirəm bu balaca qızın...

Analığım ona dəhşət bağlı idi, nə yalan deyim, mən də onu çox sevirdim. Ən azından gülüşümü unutdurmamışdı, onun sayəsində gülə bilirdim.

Bağda təmizlik işləri görürdüm, heç olmazsa, başımı belə işlərlə qatırdım. Birdən çığırtı ilə gələn səs məni işimdən ayırdı. Analığım Rahidə yuxarı evdən, pilləkənlərdən yıxılmışdı və nəticədə aşağı nahiyəsini hiss etmirdi, ayaqları tam qurumuşdu. Onu o halda gördüyümdə, düzü, ürəyim ağrıyırdı. Vicdan, mərhəmət deyilən bir hiss vardı içimdə. O gündən həm ona, həm də bacım Mələyə özüm baxmağa başladım. Toxuma işlərini də öyrənmişdim, səsim yaxşı mənada hər yerə yayılmışdı. Analığım hiss edirdim, etdiyi hər hərəkətə görə vicdan əzabı çəkirdi, məni gördüyü zaman süzülən göz yaşlarından hiss edirdim. Heç nə yox, bircə onun son nəfəsində ağlayaraq “Gülay, bağışla məni, Mələk sənə əmanət” deməsi ürəyimi yandırdı...

# 4326 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
#
#
# # #