Son nəğmə - Samit Nuriyev

Samit Nuriyev

Samit Nuriyev

13 dekabr 2021
# 18:50

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Samit Nuriyevin “Son nəğmə” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Ərtoğrul Cavidə həsr olunur

Günlər idi ki, ana cəbhəyə yola düşən oğlundan nigaran-nigaran xəbər gözləyirdi. 20 yaşlı qızı yanında idi, amma oğlundan bixəbər olmaq onu üzürdü... Hələ 2 il əvvəl ərinin şərlənərək həbs olunması, sürgünə göndərilməsi və isti vətəndən uzaq soyuqlarda həyata vida etməsi xəbərinə güclə tab gətirirdi...

Hey gözləri önündə bir neçə il bundan əvvəlki şən, firəvan həyatları gəlib keçirdi. Amansız repressiya bütün bunlara son qoymuşdu - ərini almışdı əlindən. Daha sonra şiddətli müharibə oğlunu da ondan ayrı saldı. Təsəllisi bircəcik qızı idi bütün bu məhrumiyyətlərə dözən ananın.

Nəhayət oğlundan gözlənilən xəbər gəldi. Amma bu xəbər onu daha da kədərləndirdi. Müharibənin gedişində oğlu xəstənərək yatağa düşmüşdü... Qonşu ölkənin paytaxtında. Ora getmək, oğlunu ziyarət etmək nə qədər də çətin idi... Evin künc-bucağın axtarırdı - nəsə tapıb satmaq üçün.

Nəhayət o an...Və oğluyla bir palatada-çarpayıda xəstə uzanmış oğlu və qarşısında göz yaşları içində donub qalan ana...Yaxınlaşmaq istədi, oğluna sarılıb doyunca öpmək, nəfəsini içinə çəkmək istədi ana. Oğul göz yaşları içində dilləndi:

- Yox, anacan, mənə toxunma! Mən sağalmaz xəstəliyə düçar olmuşam, səni də yoluxduraram.

- Oğlum, sən olmayandan sonra həyat mənimçün nədir ki?

Və... Və duz kimi yalamağa başladı oğlunu... İçi sızlayaraq... Uzun fasilədən sonra oğlunu görmək və belə bir mənzərə...

...Artıq ana öz xəstə oğlunu tərk edib qayıtmışdı doğma yurduna. Qohumlardan pul tapıb, kömək diləyib oğlunu gətirmək ümidilə. Amma o kömək olmadı, heç bir qohumun, əri sürgünə göndərilmiş anaya kömək etməyə cürəti çatmadı.

Ana həmişə məktublaşırdı oğluyla... Və son məktubunda oğul ümidsizlik içində anasına yazdı:

- HEÇ KİMƏ SALAM VERMƏ!

Gələcəyin bəstəkarı son nəğməsini zümzümə edib gözlərini əbədi yumdu bu həyata 24 yaşında:

Soyuq otağımın isti nəfəsi,

Hardasan, yolumu azıram, ana...

Bəyaz torpaqlarda qara qələmlə

Özüm öz qəbrimi qazıram, ana...

# 2060 dəfə oxunub

Oxşar xəbərlər

O - Pərviz Cəbrayılın hekayəsi

O - Pərviz Cəbrayılın hekayəsi

16:00 18 yanvar 2025
Burnumun ucunu göynədən günlər - Ağdamlıların oxuması qəti qadağandır!

Burnumun ucunu göynədən günlər - Ağdamlıların oxuması qəti qadağandır!

15:00 18 yanvar 2025
Bahar xəstəliyi - İlham Əzizin yeni hekayəsi

Bahar xəstəliyi - İlham Əzizin yeni hekayəsi

16:19 17 yanvar 2025
Həyat yoldaşım Nigar yazmışdı ki... - Rəsul Rzanı kim aldatmışdı?

Həyat yoldaşım Nigar yazmışdı ki... - Rəsul Rzanı kim aldatmışdı?

15:00 16 yanvar 2025
Mahmudun ahı var - Tural Cəfərlinin hekayəsi

Mahmudun ahı var - Tural Cəfərlinin hekayəsi

16:39 15 yanvar 2025
Gülçöhrə və Əsgər - Kamal Abdullanın pyesi

Gülçöhrə və Əsgər - Kamal Abdullanın pyesi

15:00 15 yanvar 2025
# # #