Qısa hekayə - Əli Nadirli

Əli Nadirli

Əli Nadirli

23 noyabr 2021
# 12:18

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Əli Nadirli "Qısa hekayə" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Xidmət etdiyim bölüyün olduğu karidordayam. Niyə? Axı mən 3 ildən çoxdu tərxis olmuşam. Əynimdə forma, çiynimdə leytenant paqonu var. Bu olmalı deyil, axı mən kursa getmədim və əsgər kimi tərxis oldum. İrəlidən səs gəlir. Bölük düzülüb, bir dəqiqə sıranın qarşısındakı zabit?... Axı bu ola bilməz... Bu ki, Kapitan Zamanovdur.

Bölük komandirim Kapitan Zamanovun çiynində Mayor paqonu var, yəqin mən tərxis olandan sonra alıb... Amma... Axı o, bir neçə gün əvvəl şəhid olub. Dəfnində iştirak etmişdik. Bəs onda indi gördüklərim nədir?!..

Mən niyə hərəkət edə bilmirəm?

Mayor Zamanov sözünü bitirir və bölüyə istirahət verir. Bölük otaqlara keçir. Koridorda yalnız tumbuçkada gün növbətçisi var. Ayaqlarım məni irəli aparır, özümdən asılı olmadan yeriyirəm. Məni görən gün növbətçisi komanda verir.

- Növbətçi çıxışa!

Komanda mənəmi verilir? Çevrilib arxaya baxıram. Koridorun sonunda digər bölüyün gün növbətçisindən başqa heç kəs yoxdu. Başa düşürəm ki, məni görür. Komandaya cavab verirəm.

- Olmadı.!

Əsgər cavab verir:

- Olmadı.

Əsgərə yaxınlaşıram.

- Cənab Leytenant, deyəsən yorğunsuz.

- Mənə deyirsən, əsgər?

- Xhex he xhe. Cenab leytenant, burda ikimizdən başqa heç kim yoxdu.

- Əsgər, mən kiməm?

- Xhe... yaxşı da, cənab leytenant. Bu nə sualdı?

- Əsgər, 2-ci sutka istəyirsən?! Yoxsa suala cavab verirsən?

- Yaxşı, cənab leytenant. Deyəsən, əsəbisiz. Siz 6-cı bölüyün zampalitisiz. Bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini.

- Bu gün ayın neçəsidi?

- Cənab leytenant bu sualı niyə soruşursuz?

- Cavab ver əsgər. İl, ay və günlə birgə...

- 26 sentyabr 2020...

- Əminsən?

- Bəli. Mən aprel priziviyəm. 4 gün sora inşallah tərxis ollam. Ona görə də dəqiq bilirəm.

- Kapit... Mayor Zamanov otağında təkdi?

- Bəli.

- Yaxşı, sonra xatırlat xidməti vərəqənə təşəkkür yazacam.

Öz-özümə fikirləşirəm.

Son xatırladığım 15 oktyabr 2020-di. Bəs yaxşı bu gördüklərim nədi? Bu tarix müharibədən 1 gün əvvəldi...

Bir dəqiqə... Bu bir fürsət ola bilərmi?

Onu fikrindən daşındıra bilərəmmi?

Qapını döyürəm.

İçəridən səs gəlir.

- Gəl!

Qapını açıb içəri girirəm.

- İcazə olar, cənab kapitan?

- Əə Nadirli, leytenant oldun yenə ağıllanmadın da. Mən mayoram.

- Acığınıza gəlməsin, komandir. Nəinki leytenant, istəyir Müdafiə naziri də olsam belə, siz mənim üçün hər zaman bölük komandirim kapitan Zamanov, mən də sizin üçün əsgər Nadirli.

- Hörmətin artıq olsun. Sən həmişə yaxşı əsgər olmusan. Burda zarafat eləyirik, amma çöldə belə şeylər eləmə. Sənin üçün deyirəm gənc leytenantsan, hörmətdən düşərsən. Hərbi zarafatı sevmir.

- Oldu komandir. Diqqət edərəm. Sizi yenidən gümrah və ayaq üstə görmək mənim üçün şərəfdir.

- Şükür, amma elə danışırsan ki, sanki illərdi görüşmürdük. Nəcəb gəlmisən?

- Komandir, mən söhbəti çox uzatmayacam. Məni tanıyırsız, hər zaman qısa və dəqiq danışmışam. Önəmli bir məsələni diqqətinizə çatdırmalıyam.

- Nə olub, de görək.

- Zəhmət olmasa əyləşin və indi deyəcəklərimə diqqətlə qulaq asın. Ola bilər ki, dəli kimi görünərəm, amma dediklərim həqiqətdir.

- Yaxşı Nadirli, de görək nə deyirsən...

- Cənab kapi... üzr isdiyirəm, cənab mayor, bilmirəm necə oldu, amma mən sizin dəfninizdə iştirak etmişəm. Siz müharibənin 3-cü günü şəhid olacaqsız.

- Nə????????

- Sentyabrın 29-u axşam şəhid olacaqsız və 30-u dəfn ediləcəksiz.

- Nadirli, gecə yatmısan sən? Nə gij-gij danışırsan, blət? Nə müharibə? Müharibə var, blə? Yeri get yat, istirahət elə, düzgün fikirləşə bilmirsən.

- Cənab mayor, mənə inanmalısız, mən yala...

- Nadirliiiiiiiii!!!!!!!!!!!!!!! Xətrin əzizdi. Amma daha bəsdi. Yuxuvu qatışdırmısan nağarmısan bilmirəm. Get istirahət elə, vaxtımı alma. Çıxa bilərsən.

-...

- Eşitmirsən, ƏƏƏƏ? Nə gözünü döyürsən? Çıx get!!!!...

Bu məlumatı hardan bildiyimi özümdə bilmirəm, amma, bir anda bu cümlələri tələffüz etdim:

- Cənab mayor, indi naryad komanda verəcək, sonra otağa ştabın giziri Qaytaranov daxil olacaq və sizə müharibə ilə bağlı təlimat məktubunu verəcək. Geri qayıdandan 1 dəqiqə sonra 7 dəfə sirena veriləcək. 7 dəfə ardıcıl həyəcan siqnalı verildikdən sonra döyüş bölgəsinə doğru irəliləyəcəksiz.

Zamanov üzündə təbəssümlə mənə baxır, başını bulayır. Gözlərində hələ də inamsızlıq var və naryad qışqırır:

- Növbətçi çıxışa!

Səs eşidilir. Olmadı... Sonra sual verir.

- Komandirin hardadı, əsgər? Yoldaş gizir, içəridə...

Qapını açıb içəri girir, mayor Zamanov qarşısında gizir Qaytaranovu görəndə üz mimikası dəyişir.

Amma qəribə bir şey də var. Gizir Qaytaranov elə davranır ki, sanki otaqda məni görmür.

- Cənab mayor, bu sizə çatacaq. Bir dəqiqə sonra bütün bölmələr plasda polnu ekiprofka düzlənmiş vəziyyətdə olsun.

- Bəs Nadirlini görmürsən?

- Nadirli kimdi? - Sağa sola baxır...

- Nəysə, getməliyəm - deyib... otaqdan çıxır.

Mayor Zamanov təəccüblə zərfi açır və oxuyandan sonra üz mimikasının dəyişdiyini, stula çökdüyünü görürəm. Deməli, müharibə başlaması ilə bağlı əmrdir.

Mənə baxaraq:

- Sən? Necə?...

- İndi bunun vaxtı deyil, cənab mayor. Mən Sizdən xahiş edirəm. İstefa verin və ordunu tərk edin. Üç övladınıza yazığınız gəlsin.

- Bilirsən, Nadirli, səmimiyyətinə şübhəm yoxdur. Dediyinə görə, o biri tərəfdən məni xilas etməyə gəlmisən. Sağ ol, amma yox. Birincisi, mən zabitəm, qorxaqlıq bizə yaraşmaz. İkincisi isə mən ordu sıralarına daxil olanda bir gün bunun baş verəcəyini bilərək gəlmişdim. Şəhid olmağa da, qazi olmağa da hazıram. Ordumuzun hər bir üzvü kimi... Sadəcə bir sualıma cavab ver. Qələbə qazanacağıq?

- Bəli.

- Onda mənə görə narahat olma. Arada məzarımı ziyarət etsən bəsdi.

Gözümnən yaş axır.

- Yaxşı! Kişi ağlamaz! Özüvü ələ al! Debil blət!

Qucaqlayırıq bir-birimizi.

Çöldə naryad qışqırır:

- Tabor həyəcan!!!!

İlk sirenanın səsi eşidilir.

Sonra 2-ci, 3-cü, 4... 5... 6... 7...

..................................................................

Səslər və rənglər dəyişir. Nə baş verir, anlamıram.

- “Bella ciao” mahnısının yeridimi?

Gözlərimi açıram. Otağımdayam. Bərk tərləmişəm. Hər şey qəribə gəlir. Əlimi cəld telefona aparıram. Budilniki söndürürəm. Telefonda ayın tarixi 16.10.2020 yazılıb. Müharibə hələ davam edir. İnternetdə mayor Zamanov yazıram. Sentyabrın 30-u şəhid olduğu xəbəri çıxır. Deməli, heç nə dəyişməyib...

Nə idi gördüyüm?

Yuxu?

Yalan?

Paralel dünya?

Zamanda səyahət?

Elçi, Hitler, Stalin, Xətai, Qara vəzir... hazırlaşın. Bir dəfə də yaxın keçmişə səyahət edəcəyik....

# 3310 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #