Möhtəşəm Paralelə Səyahət - Əzimə Abasova 

Əzimə Abasova

Əzimə Abasova

11 dekabr 2021
# 09:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Əzimə Abasovanın “Möhtəşəm Paralelə Səyahət” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.


..İnsan heç yaşamadığı, fiziki olaraq var olmadığı illərin həsrətin çəkərmi? Sadəcə o illəri hiss etmək bizi onlara mənəvi olaraq nə qədər yaxın edər ki? Mən bax o illər üçün darıxıram, burnumun ucu göynəyir, hətta. Gəlin, mənimlə qısaca bir mənəvi səyahət edək o möhtəşəm paralelə...

Orda dünya xoşbəxtdir. Azərbaycan xoşbəxtdir. İnsanlar gülür, amma həqiqətən gülür, içdən gülür. Bura elə gözəldir ki, təbiət qoynundayıq. Hər şey təbiidir. Süni yaradılmış heç nə yoxdur. Burada özünü bədbəxt hiss etmək üçün heç bir səbəb yoxdur. Burada ağlamaq, gözdən o yaşlar yalnız xoşbəxtlik səbəbi ilə baş verir.

Burda hamı yaşayır, real həyatda itirdiyimiz hamı buradadı. Nənəm, babalarım onlar da buradadır. Burada müharibə deyilən məfhum yoxdur, Şəhidlər yoxdur. Burada hamı sülh içində yaşayır. Heç kim bir-birinə düşmən deyil, heç kim bir parça torpaq üçün bir-birini öldürmür. Burada elə düşüncələr də əsla yoxdu, ölümün nə olduğunu kimsə bilmir. Burada hamı bir-birini sevir, hörmət edir, heç vaxt incitmir.

Bilirsiz, burada qadınlara, uşaqlara, heyvanlara şiddət, təcavüz kimi hallara rast gəlinmir. Burada bütün uşaqlar sağlam, xoşbəxt böyüyürlər. Burada atalar və analar dava etmirlər, boşanmaq deyilən məfhum isə, ümumiyyətlə, yoxdur. Burada heyvanlara incitmir heç kim, yalnız sevgi ilə yanaşırlar o məsum varlıqlara. 21-ci əsrdə tez-tez qarşılaşdığımız qadın cinayətləri burada əsla yoxdur. Qadınlar burada tam təhlükəsiz yaşamlarına davam edirlər.

Bu paraleldə qadınlar və kişilər eyni şərtlər altında yaşayır. Burada heç kim heç kimə “əşyası imiş kimi” yanaşmır. Burada namus anlayışı həm kişiyə, həm də qadına aid edilir. Burada “namus üstündə” heç kim heç kimi öldürmür. Burada heç kim həyat yoldaşına xəyanət etmir. Burada yalnız sevgi var – nifrət kimi, xəyanət kimi, qısqanclıq kimi, paxıllıq kimi hislərə yer yoxdu. Burda ailərdə bütün işlər bərabər şəkildə yerinə yetirilir, “qadın işi”, “kişi işi” anlayışları yoxdur.

Burada heç kim nə aclıqdan, susuzluqdan, soyuqdan ölmür. Heç kim, heç bir ölkə səfil şəraitdə yaşamır. Burada uşaqlar bir tikə çörəyə, bir damla suya möhtac deyillər. Burada ailə qarşısında çarəsiz qalan atalar, analar yoxdur. Burada uşaqlar yetim, kimsəsiz qalmırlar. Uşaqlar evinə də ehtiyac yoxdur burada.

Burada bizim paraleldən fərqli olaraq, heç kim intihar da etmir. İntihar nədir bilməzlər də, yəqin ki. Çünki bu cür yollara əl atmaq üçün heç bir səbəbləri də yoxdur.

Burada az yaşlı qızlar zorla ərə verilmir. Burada 13 yaşlı qızlar gəlinlik geyinmir, burada 15 yaşlı qızlar ana olmurlar. Burada evlilik məcburi şərt deyil, insanların öz şəxsi seçimləridir. Burada heç kim “evdə” qalmır. Burada insanlar yaşları gələndə deyil, özlərinə uyğun insanlarını tapanda ailə qururlar.

Burada təhsil sistemi mükəmməldir. Heç kim simvolik olaraq diplom almaq üçün oxumur, burada. Burada təhsil sektoru da daxil olmaqla, heç bir sektorda rüşvət məfhumu yoxdur. Burada müəllimlər pul vasitəsilə tələbəni imtahandan keçirtmirlər. Burada hamı öz bilik və bacarıqlarına uyğun şəkildə qiymətləndirilir, tam liberal şəkildə. Burada heç kim heç kimin haqqına girmir.

..Səyahətin sonuna gəldik. Nə qədər öz reallığımıza qayıtmaq çətin olsa da, məcburuq. Çox möhtəşəm idi elə deyil mi? Amma bu dünyanı bizim dünyadan fərqləndirən nədir ki? Bəs çox mu çətindir belə bir dünya yaratmaq? Öz əlmizdə deyil mi?



# 2782 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #