Leytenantın gündəliyi - Rəşid Qarayev

Rəşid Qarayev

Rəşid Qarayev

10 dekabr 2021
# 15:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Rəşid Qarayevin “Leytenantın gündəliyi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

22 aprel 1915

Sevgili gündəlik, artıq uzun yollarımız sona yetir və çatmalı olduğumuz yerə doğru yaxınlaşırıq, gəmilərdən Osmanlı torpaqlarını görə bilirəm, onları tanımıram belə ama vətənlərini işğal etmək üçün burdayıq. Biz dövlətlərin əmrini yerinə yetirən, müharibənin kiçik qurbanlarıyıq yalnızca, əminəm ki, Tanrı bunun üçün bizi bağışlayacaqdır.

24 aprel 1915

İki gün ərzində gördüklərim məni dəhşətə gətirir, önlərində minlərlə nəfərlik ordular olmasına baxmayaraq türklərin necə şücaətlə vuruşduğunu görmək insanı heyrətə gətirir, sanki ölümün üstünə yürüyürlər, onların cəsur bir millət olduğunu eşitmişdim ama bu qədərini gözləmirdim. Tanrı günahlarını bağışlasın. Hətta zirehli gəmilərdən edilən atəşlər belə onları durdurmaq üçün kifayət deyil, biri öldükdə yerinə başqası keçir, sözün həqiqi mənasında ölümə meydan oxuyurlar. On minlərlə topumuza qarşılıq onlarla topları, minlərlə əsgərimizə qarşılıq yüzlərlə əsgərləri var ancaq bununla belə təslim olmayacaqlar kimi görünür.

26 aprel 1915

Dünən çox böyük məğlubiyyətə uğradıq, elə ağır yaralandım ki danışmaq belə acı verir. Geliboluya etdiyimiz hücumda bütün üstünlük bizdə ikən birdən birə silahsız türklər sanki tanrıya qucaq açmış şəkildə üstümüzə yüyürməyə başladılar, yadımda qalan tək şey komandanlarının onlara verdiyi son əmr idi türkcə bilmədiyim üçün mənasını burada öyrənə bildim yalnızca, komandanları silahımız cəbhanəmiz yoxdur deyən əsgərlərinə "Süngünüz var, canınız var" deyə cavab vermiş, mən sizə savaşmağı deyil ölməyi əmr edirəm demişdi. Adını komandanlarımdan eşitdim, Mustafa Kamal deyirdilər adına. Bir insanın əmri ilə onlarla insanın ölümə gözü qapalı getməsinin tək halda olacağını gördüm mən o da əgər bu insanlar türkdürsə. Biz ən böyük səhvi buraya gələrək etmişdik, tanrıya dua edərək hücuma keçərkən onların da öz tanrısı olduğunu düşünməli idik.

# 3258 dəfə oxunub

Oxşar xəbərlər

Marka kolleksiyası - Karel Çapekin hekayəsi

Marka kolleksiyası - Karel Çapekin hekayəsi

10:10 9 yanvar 2026
Hamının ölümsüz olduğu yerdə necə ölmək olar? - Alov İnanna

Hamının ölümsüz olduğu yerdə necə ölmək olar? - Alov İnanna

12:01 8 yanvar 2026
Xoşbəxt adam - Cübran Xəlil Cübranın hekayəsi

Xoşbəxt adam - Cübran Xəlil Cübranın hekayəsi

16:00 6 yanvar 2026
Can yanğısı – Abdulla bəy Divanbəyoğlunun hekayəsi

Can yanğısı – Abdulla bəy Divanbəyoğlunun hekayəsi

12:40 6 yanvar 2026
Ölsəm, bağışla - Anar Şamilin hekayəsi

Ölsəm, bağışla - Anar Şamilin hekayəsi

11:30 6 yanvar 2026
Beşiklə aramdakı məsafə - Reyhan Məcidlinin hekayəsi

Beşiklə aramdakı məsafə - Reyhan Məcidlinin hekayəsi

10:20 6 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər