Əliabbas Qədirovun 80 illiyi qeyd olundu

Əliabbas Qədirovun 80 illiyi qeyd olundu
23 fevral 2026
# 10:15

Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Əliabbas Qədirovun anadan olmasının 80 illiyi münasibətilə anım tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Xalq artistləri Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli çıxış edərək görkəmli sənətkarın Azərbaycan teatr və kino tarixində yaratdığı obrazlar haqqında danışıb, teatr sənətinin inkişafındakı xidmətlərindən bəhs ediblər.

Daha sonra Əliabbas Qədirovun xatirəsinə həsr olunan, vaxtilə sənətkarın Mirzə Fətəli Axundzadə obrazını yüksək peşəkarlıqla yaratdığı “Qürbətdən gələn məktublar” tamaşası nümayiş etdirilib.

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə və onun oğlu Rəşidin həyatına həsr olunan əsər maarifçilik ideyalarını və milli düşüncəni səhnəyə gətirir.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Xalq artistləri Əli Nur, Laləzar Mustafayeva, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Elşən Cəbrayılov, Vəfa Rzayeva, aktyorlar Rüstəm Rüstəmov və Elçin Əfəndi çıxış ediblər.

# 1166 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər