İkinci şans – Nilufər Hüseynzadə

Nilufər Hüseynzadə

Nilufər Hüseynzadə

17 dekabr 2021
# 13:32

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nilufər Hüseynzadənin “İkinci şans” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Pandemiyada xəstəxanalarda, müharibədə səngərdə döyüşə həmçinin, bu yolda həyatını itirən həkim və igidlərimizin əziz xatirələrinə dərin minnətdarlıqla...

Adım Turandır. Bu adı atam qoyub mənə. Anam qızının adının arzu olmasını təklif edib. Atam isə adımı arzu deyil, öz arzusunu qoymağı təklif edib. Beləcə bir ad veriblər mənə. İki həkimin qurduğu xoşbəxt ailədən gəlmişəm. 23 yaşındayam. Həyatım normal axarında davam ediridi. Ta ki o binanın tinini dönənə qədər... Gəlin sizə hekayəmi başdan danışım.

Əlimdə içi CV-lərimlə dolu olan qovluq şirkətləri gəzirdim. İxtisasım "İnteryer dizayn"-dır. Özümə uyğun könlümcə bir yerdə iş tapmağ və 23 illik həyatımın 18 ilini xərclədiyim təhsil bazarında çəkdiyim cəfalarım səfasını sürməyi planlaşdırıdım. Amma həyat məni elə bir yola saldı ki... Xətai metro stansiyasından çıxıb növbəti şirkətin yerini axtarırdım xəritədə. Deyilənə görə bu şirkət tam mən istəyən idi. Rahat iş mühiti istedada dəyər verən yaradıcı insanlar və daha çox şey. İçimdə başqa cür həyacan var idi. Axı mən neçə aylardı iş görüşünə gedirdim. Heç onda belə deyildim. Sanki qəlbim bayram meydanı idi. Rəqs edən uşaqların gülüş səsi gəlirdi sinəmnən. Binaya yaxınlaşdım hədəfim 200 metr qabaqda idi. Tini dönəndə anidən mənimlə eyni boylarda idman geyimində biri gülümsəyərək çıxdı qarşıma. Bir an dayandı, mənə heyranlıqla baxdı. Qısa bir an, amma elə qəribə idi ki. Həmçinin arxasında sanki onu qovurmuş yada təqib edirmiş ədasında biri daha gəlirdi. Məni görüb oğlanı qabaqladı Gülümsəyən oğlan məni görən kimi əlini aşağı saldı bu ani hərəkət diqqətimi cəlb etdi. Çönüb arxaya baxanda əlini yumub açdığını gördüm. Mən bu barədə öz blog hesabımda çarx hazırlamışdım. Bu adaətən uşaqlara qaçırılan zaman yardım istəməkləri məqsədi ilə öyrədilən "help"- kömək et. İşarəsi idi. Hadisələr elə tez cərəyan edirdi ki, baş verənləri sürətlə anlamağa çalışdım. Oğlanı kimsə təqib edirdi və ya qovurdu. O isə sakitcə kömək istəyirdi. Əgər onu təqib edən məni görüb qarşıya keçdisə deməli çəkinəcəyi birşey var idi. Bu düşüncələr ildırım kimi elə qısa anda dolandı ki, beynimdə bir göz qırpımında özümü oğlanın yanında addımlayan gördüm. Heçnə danışmırdıq. Elə sakitçə gedirdik. Birdən “Təşəkkür edirəm. Adım Cavidandır”-dedi.

- Məndə Turan.

- Buralarda yaşayırsan?

- Yox iş görüşməsi üçün buradayam.

Onu təqib edən adam qarşıda addımlayırdı.

-Sizi təqib edirlər?

-Hə, deyəsən elədir.

Qolundan tutub əcazaxanaya saldım. Arxamızca heçkim girmədi. Əcazçı həyacanımızı anlamasada özümüzü qəribə apardığımızdan boş-boş baxırdı bizə.

- Buyurun sizə lazımdır?

-Günəbaxan qurusu.

Cavidan:

-Onu neynirsən ki.

Pıçıltı ilə cavab verdim:

-Ağlıma birinci bu gəldi.

Yenə gülümsədi. Səmimi üz cizgiləri dərin baxışları var idi. Biixtiyari gülümsədim məndə. Əczaxanadan çıxanda bizi təqib edən yox idi. Deyəsən izimizi itirmişdi. Kövkəb Səfərəliyeva küçəsində addımladıq.

- Çox sağ ol kömək üçün. Hamı eləməzdi.

- Xoşdur. Siz kömək istədiniz, mən də etdim.

Üzü sahilə tərəf gedirdi mən yanınca gedirdim. Tanımadığım bu adamın aurası elə gözəl idi ki. Telefonuna anidən gələn zəngə çox sevindi. Üzümə baxdı. Amma elə həmin anda dərin təəssüf bürüdü üzünü.

- İnan ki çox faydalı bir iş gördün. Səni tanımağ gözəl idi. Minnətdaram xilas etdiyin və söhbətin üçün.

- Nə xoş mənə. Sağolun.

Günəş qürub edirdi Bakı səmasında. Saçları xəfif-xəfif çəkilirdi Xəzrəin üzərindən. O getdi. Elə üzü günəşə sarı. Məndə arxasınca baxdım. Sinəmdə bayram edən uşağlar susdu. Deyəsən onlarda bu oğlanla çıxıb getdilər. Hara getdi? Kim idi? Bu suallar qaldı məndə. Bir müddət dənizi qoxladım. Bu həmişə mənə kömək edib-Xəzərin qoxusu. Sonra anidən gecikdiyim iş görüşümü xatırladım. Və piyada getmək üçün çox uzaqlaşdığımı görüb taksi sifariş edib çatmağa çalışdım. Hər şey əla keçdi. İstədiyim işə sahib idim. Amma bir boşluq vardı könlümdə. Axşam yeməyi zamanı bunu ailəmdə hiss etdi. Hər zaman belə olub- mən hərşeyi üzümdə hərəkətlərimdə yaşamışam. Atam həmişə- “ruhunu üzündə gəzdirmə”- deyirdi. Ona görə bu zəiflik mənə görə isə sadecə xarakterim idi. Baş verənləri onlara danışa bilərdim. Amma niyəsə danışmadım.

İş saatım sərbəst və mənim planlaya biləcəyim tərzdə idi. Səhər 8:00-dan günorta 14:00-dək iş saatı yaratdım. Bu saat müqabilində maaşım uyğun idi. 15:00-dək günorta yeməyimi yeyib daha sonra özümü Bakının küçələrində tapırdım. Onu axtarırdım mən. Bilmədiyim avtobuslara minib, bilmədiyim yerlərdə, küçələrdə, binaların pəncərələrində gözüm onu gəzirdi. Hər nə qədər İkinci Qarabağ müharibəsi qızğın davam etsədə yaxşı ki, pandemiya nisbətən zəifləmiş və küçəyə çıxmaq üçün sms icazə saatları əvvəlki qaydasında idi. Onu hər yerdə axtardım. Hər gün bir ərazi seçirdim özümə bunun iynə ilə quyu qazmaq olduğunu anlasamda könlümdə çırpınan o əsir quşun xətrinə edirdim bunu. Bəlkə də bu kiməsə qəribə gələ bilərdi. Bir insan təsadüfən qarşılaşdığı birini necə sevsin axı? Əlbttə sevə bilər. Sevgi axtarılan, zamanla yaranan bir şey deyildi. Zamanla yaranan öyrəşməkdir, dostluqdur. Sevgi bir anda bir baxışda qəlbindəki sakit suları sunamiya çevirə biləcək qədər güclü hissdir. Mən bunu dərk edirdim. Bəli, mən ümumilikdə on dəqiqə gördüyüm o adamı sevdim. Kəlimələri, hadisələrə qarşı rəftarı və baxşılarında gördüyüm o işıq ilə onu çox sevdim. Əlbbəttə o hər hansı bir insan ola bilərdi. Bəlkə oğru idi bəlkədə quldur (hərçənd ki, elə görünmürdü) amma mən yenədə onu bir daha görmək onunla söhbət etmək istəyirdim bu səbəblə onu yorulmadan axtarırdım.

Beş ay keçmişdi. Bu beş ayda o qədər şeylər gördüm ki, Bakı küçələrində. Varlı, kasıb, ac, harınlamış, təhsilsiz amma qızıl parçası insanlar, təhsilli amma ağzını açıb iki cümlə qura bilməyən, haqqlı, haqqsız, tapdalanıb əzilən, baş üstündə gəzdirilən, çox möhtəşəm ata-ana olanlar, ata-ana olmamalı olanlar, dəyərli elm adamları, zülümlə çörək qazananlar, çörək tapa bilməyənlər, nadanlar, oğrular, kassadan keçməyən 30 qəpiklik çörəyin pulunu geri qayıdıb verənlər, insanların çörəyinə bais olanlar, əxlaqlılar, əxlaqsızlar, tərk edilmişlər, kimsəsizlər,kiminsə kimsəsi olanlar, əzilənin səsi olanlar, xalqına dəyər verənlər, bir heyvana valideyin olanlar və daha kimlər kimlər... Dünyanın bütün şəhərlərində olduğu kimi, minlərlə fərqli insan vardı bu şəhərdə. Yaxşısı ilə pisi ilə bu şəhər mövcud idi və var olmaq üçün mübarizə aparırdı. Şəhər də yaşayırdı. Mən uşaq olanda elə bilirdim ki, Bakı böyük şəhərdi. Burada itmək ən qorxulu yuxum idi. Amma indi gəzdikcə görürəm ki, bura elədə böyük deyilmiş. Az qala bütün qəsəbələrdən 20 Yanvar, 28 May və ya Koroğlu metro stansiyasına gedə bilirsən. Təxminən 3 milyon insana ev sahibliyi edən bu şəhərdə hamı vardı, hər cür insan vardı. Bu şəhərdə çox adam vardı, amma bircə o yox idi. Mənim axtardığım adam.

Pandemiya və davam edən Vətən müharibəsi səbəbilə hamı qarışıq hisslər yaşayırdı. Yaxınını “Covid-19” virusundan itirəndə var idi, müharibədə şəhid olub xəbərini alanda. Bir yananda azad olunmuş ərazilərin xəbəri gəlirdi. Mən isə yaxınlarımı “Covid-19” virusundan itirdim. Atamla anam həkim idi. Hər ikisi aylarla modul tipli mərkəzlərdə xəstələrə yardım edərkən iki dəfə ağır virusa yoluxdular. Sonuncu dəfə 13 günlük ağır mübarizədən sonra eyni gündə həyata gözlərini yumdular.Tamamilə tək qalmışdım indi. Əvvəllər onu axtararkən keçən günün sonunda evimə ailəmə gəlib təskinlik tapırdım. İndi isə tək, tənha divanda oturub müharibə xəbərlərinə baxırdım. Tək və kimsəsiz.

"Yalnızlıq Allaha məxsusdur"- deyirdi nənəm hər zaman. O zamanlar nə demək istədiyini anlamırdım tam. İndi dərk edirəm ki, insan yalnız qalmamlıymış. Bir nəfəs, bir can, canından can olmalıdır insanın yanında. Bir səs eşidəndə "səndə eşitdin o səsi?"-deyə soruşa biləcəyi, axşam düşəndə çay süfrəsini qurub günü, dünyanı, həyatı müzakirə edəcəyi, sabahı planlayacağı, gecən xeyrə, sabahın xeyir deyə biləcəyi biri olmalıdı insanın yanında. Başını çiyninə qoyub dünyanın yükünü atmağa, başını dizinə qoyub sabaha baxmağa biri lazımdı. İstər sevgili, istər valideyin, istərsə də dost fərq etməz biri lazımdı. Çünki yalnızlıq allaha məxsusdur...

Nənəmin sözləri və bu dünşüncələr beynimdə tüğyan edərkən ekranda gördüyüm o üz bütün dünyamı alt üst elədi. Bu o idi. Reablitsiya keçən qazilər müsahibə verirdi. Ekrandaki axtardığım o adam idi. Gülümsəməsi üzündə. Səhv görməmişdim. Bəli bu tam o üz idi. Amma natamam olan bədəni daha doğrusu- qolu idi. Elə həmin anda yerimdən qalxıb həmin xəstəxanaya getdim. İşim vasitəsi ilə içəri tez girə bildim. Palatasını tapdım məni görəndə üzündə elə bir ifadə vardı ki. Sözlərlə izah edə bilərəmmi bilmirəm. Sanki itirdiyi və tapmadığı, tapa bilməyəcəyi bir şeyi tapmış kimi gözləri parladı, üzü güldü. Amma bir an duruxdu və qolunun üstünü örtdü. Mən şokda idim. O heç bilmirdi mən onu sevirəm axtarıram indi bir an qarşısına çıxıb ona nə deməli idim ki?! Beynim bu düşüncələrdən sıyrıldı və mən yaxınlaşıb onu qucaqladım. Ürəyim və səsim əsə-əsə sadecə bunu deyə bildim ona:

-Səni çox axtardım amma sonunda tapdım!

Bu sözdən sonra gülümsədi və oda məni qucağladı. Daha sonra ona danışdım hərşeyi baş verənləri. Oda mənə niyə heçnə demədən uzaqlaşıb getdiyini, həmin gün müharibəyə yollandığını və onu təqib edən adamın atası olduğunu ailəsinin ikinci dəfə müharibəyə yollanmasını istəmədiyini danışdı. Ağır yaralanması, aylarla komada qalması və qolunun amputasiya olması ailəsini dərindən sarsıb.

-Səngərdə olanda insan başqa cür olur. Bunu əsgərlik xatirələrimdən- “Aprel döyüşləri”-dən bilirdim. Amma indi Qarabağ savaşının içində idim. Yorulub tükənəndə gözümün önünüə yurdsuz məcburi köçkünlərimiz, sən və şəhid dostlarım gəlirdi. Son gücümlə dərin nəfəs alıb davam edirdim. Hər gün tanıdığımı, dostumu itirirdim. Qəlbim paramparça olurdu. Amma həmin an mənə dözməyə güc verən onların yadigarları və yarım qalan xatirləri olurdu. Bəzi gecələrdə isə ayıq olmaq lazım gəlirdi yatmırdıq. Sonra ki gün yatmaq üçün çadıra gedəndə yuxuya getmir insan sanki ürəyin gedir. Hər dəfə o anda gülümsəmən gəlirdi gözümün önünə. Xəzərin sahilindəki o ilıq gülümsəmən hərşeyi daha dözülməli edirdi. Mütləq sağ qayıdıb, səni axtarıb tapacaq, sənə sevdiyimi deyəcəkdim. Bəlkədə həyatında kimsə vardı bax bu fikirdə dəli edirdi məni. Amma hərşeyə rəğmən səni tapacaqdım.

Mən gözlərimdə yaş dinləyirdim onu. Taleh elə qəribə məhvum idi ki. İki yad insan qısa bir zamanda bir-birini sevə bilir və aylarla bir-birini tapmaq ümid ilə yaşaya bilirdi. Kiməsə danışsaq sürreal gələcək bu sevgi hadisəsinin içində olmaq eyni zamanda birimiz ağır virusla, ölümlə mübarizə apararkən digərimizin səngərdə ki düşmənlə, ölümlə mübarizəsi və hər ikimizin bu mübarizədən sağ çıxması sanki möcüzə idi.

Artıq tez-tez görüşürdük. Sağalmağına doğru gedən yolda məndə yanında idim. Həmçinin dövlətin yolu ilə şəhid ailələri ilə görüşür onların yadigarları ilə maraqlanırdıq. Covid-19 virusununda həlli tapılmışdı. Az qala altı aydır qızğın müzakirələrə səbəb olan vaksin məsələsi rəsmiləşdi. Virusa az qala bir dini inanc kimi yanaşaraq ianıb-inanmamaq söhbəti edənlər, indi bunu vaksinləşmə ilə bağlı edirdi. “Virusu vaksinlər yayır”, “bizə çip yerləşdirəcəklər” və s. sonsuz fikirlərlə ajiotaj yaradırdılar. Mən isə ata anasını bu virusdan itirmiş biri olaraq qarşıladığım hamıya ən yaxşı vaksini məsləhət görür və təşviq edirdim. Məndə bu virusla müharibədə az qala səngərdə idim. Atamla anama o dövrdə çox kömək edirdim. Eyni zamanda tibb bacısı olduğum üçün gecə növbələrinə gedirdim. Nələr gördüm ilahi... necə mübrizələr, dəhşətli ölümlər, ayrılıqlar kədərlər. Tənha kimsəsiz ölən baba, bətnindəki körpəsini dünyaya gətirib ölən ana, xanımının yan palatada olduğunu bilməyib ölən bəy və əl-ələ ölən ata anam...

4 Ay sonra

Nikah masasında əl-ələ oturanda gözlərinə baxdım. Bir daha əmin oldum. Bunun adı sevgi idi. Və elə möhtəşəm hiss idi ki. Birinin nəfəsini sevmək, qəlbinin atışını hiss etmək, gözlərində bütün cahanı görmək idi sevgi. Mən onu sevirdim. Beynim bunu dayanmadan təkrar edirdi. Və mən ona, onunla bir həyata "hə" dedim. Bir insanın həyatı birinə gerçəkdən "səni sevirəm" dediyi gün dəyişirmiş. Bizi var edən elə sevgimiz oldu. Çalışın sevin, sevilin, sevilməyin sevə bilməyin, sevə bilən ürəyə sahib olmağın qiymətini bilin. O ki, qaldı bizə, dünənlər gözəl idi. Bəs sabah nə olacaq? Heç bir fikrimiz yoxdu. Çünki əsas bu gündür. Yaşadığımız ayrlıq, ölüm, həsrət, virus,pandemiya, karantin vətən müharibəsi kimi ağır günlər oldu. Amma biz nə virusdan öldük nədə düşmən gülləsindən. Bu ikinci şans demək idi. Odur ki, hər günü son gün kimi yaşamağa, bacardığımız qədər yaxşılıq edib həyatdan zövq almağa çalışırıq. Sevgiylə qalın...

# 2181 dəfə oxunub

Oxşar xəbərlər

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
# # #