"Heç kim bizə özünü sevməyi öyrətmədi..." - Çex yazıçıdan sitatlar

"Heç kim bizə özünü sevməyi öyrətmədi..." - Çex yazıçıdan sitatlar
16 sentyabr 2026
# 15:00

Bu gün məşhur çex yazıçı Petr Şabaxın anım günüdür.

Kulis.az onun əsərlərindənn sitatları təqdim edir.

Ən əsası özünü sevməyi bacarmaqdır, amma bunu bizə heç kim öyrətmədi...

***

İnsan düşündüyündən qat-qat artıq şeyə qadirdir. Amma məqsədi olmalıdır. Aydın bir məqsədi.

***

Diqqətə layiq olmaq üçün hər oğlan uşağı bir az "donuz" (tərbiyəsiz, səliqəsiz və ya şıltaq) olmalıdır.

***

Heç vaxt "heç vaxt" demə, çünki hər şey tamamilə başqa cür alınacaq.

***

Atamız bizi yalnız əsəbi şəkildə izləməklə kifayətlənməli oldu. Özünə bağça alıb tərəvəz yetişdirməyə üstünlük verdi.

***

Orta statistik kişi ömrünün azı yarı hissəsini yalan içində yaşayır. Evdə demək olar ki, həmişə yalan danışır, çünki başqa cür sağ qala bilməz... (Ardı: "O, çox illər əvvəl kolların arasında pıçıldamaqla başlamışdı: 'Səni sevirəm!' — qadın da dərhal buna yapışdı, halbuki kişi əslində sadəcə demək istəmişdi: "Bu, heç də pis deyil...")

***

Bu vaxtı hələ də tam anlamadığım həyatım haqqında düşünməklə keçirdim. Amma düşünürdüm ki, bəlkə də məhz bu düzgün əlamətdir? Çünki ağıllı kitabı normal kitabdan necə ayırmaq olar? Bu, olduqca sadədir. Mən ağıllı kitabı adətən başa düşmədiyim zaman anlayıram. Eynilə çox gözəl şeir kimi. Barmağımı tüpürcəkləyib səhifəni çevirirəm və bax! Orada artıq heç nə yoxdur... Yəni var, amma bu, artıq başqa parçadır. Beləliklə, qayıdıram əvvələ və yenidən oxuyuram, əgər ikinci dəfə də başa düşmürəmsə, dəqiq əmin oluram ki, əlimdə kitabxananın ön cərgəsinə layiq bir şah əsər tutmuşam. Həyatda heç kəs başa düşmədiyi kitab haqqında "axmaqdır" deməyə cəsarət etməyib. Bu da məni belə bir qənaətə gətirir ki, mənim də həyatım çox keyfiyyətlidir, sadəcə onun mənası hələ də məndən yayınıb gedir.

***

Bu mənə düzgün görünürdü. Üfüqə doğru irəliləmək, məncə, ona görə ki, o yerlərin birində O ola bilərdi.

***

O, oğlanları maraqla müşahidə edir və düşünürdü ki, onlar əslində bu dünyaya nə üçün gəliblər, gələcəkdə nəyə yaraya bilərlər? Ona ən çox dəlicəsinə suya tullanan, möhtəşəm suya baş vurma hərəkəti edən və dava-dalaş edən böyük oğlanlar xoş gəlirdi. Onlardan heyvani bir enerji saçılırdı ki, bu da qızda heyranlıq doğururdu...

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 505 dəfə oxunub

Oxşar xəbərlər

"Düşünmək prosesinin özü təhlükəlidir..." - Hanna Arendtdən sitatlar

"Düşünmək prosesinin özü təhlükəlidir..." - Hanna Arendtdən sitatlar

16:00 14 oktyabr 2026
Bir fincan çay - Katrin Mansfildin hekayəsi

Bir fincan çay - Katrin Mansfildin hekayəsi

15:00 14 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
"Təvazökarlıq insanın öz həqiqi dəyərini anlamasıdır..." - Anatol Fransın sitatları

"Təvazökarlıq insanın öz həqiqi dəyərini anlamasıdır..." - Anatol Fransın sitatları

17:00 12 oktyabr 2026
Konsert - İtaliyanın Nobel mükafatçısından hekayə

Konsert - İtaliyanın Nobel mükafatçısından hekayə

16:00 12 oktyabr 2026
"Xalx qız verib quda qazanır, biz də qada qazandıq..." - Elçinin  "Kaşeyin taleyi" povestindən

"Xalx qız verib quda qazanır, biz də qada qazandıq..." - Elçinin "Kaşeyin taleyi" povestindən

12:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər