Günah - Esmira İsmayılova

Esmira İsmayılova

Esmira İsmayılova

16 dekabr 2022
# 13:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Esmira İsmayılova "Günah" hekayəsini təqdim edir.

Anasını çox sevirdi və bu sevgi adi sevgi deyildi, buna heç övladlıq borcu da demək olmazdı, yüksək, çox yüksək, ilahi bir hiss idi... elə bir hiss ki, bəlkə, ətrafdakıların heç biri, lap elə anası da olduğu kimi dərk edə bilməzdi bunu.

...Evdəki bütün işləri könüllü boynuna götürmüşdü, evin biş- düşü, yığıb yığışdırılmağı, paltarların ütülənməsi, bir sözlə, bütün ev təsərrüfatı, ağırlığı 7-8 yaşından onun üstündə idi. Bu qayğılara məktəb, dərs oxumaq da əlavə idi həm də. Pis də da oxumurdu. Amma bu qədər məişət qayğıları olmasaydı daha yaxşı oxuya bilərdi...

Borc hissi onu heç vaxt tərk etmirdi. Özünü anasına, evdəki bacı-qardaşına, ailə yükündən yaxasını kənara çəkmiş atasına belə borclu sayırdı, niyəsiz, filansız, izahsız...

Anası xadimə idi, hər gün tezdən axşam qaranlığına qədər işdə olurdu. İşi belə idi. Bəzən şənbə, bazar da işə çağırırdılar. Dolanışıq xətrinə gedirdi. Yaşamaq lazım idi, ailəni yaşatmaq lazım idi...

Anasının çiynindəki ağırlığıa şərik olmaq üçün uşaq yaşlarından kürəyini qabağa vermişdi. Əlləri işləməkdən qabar-qabar idi..paltar yumaq onu lap əldən salmışdı. Yaxşı ki, anası bir gün təsadüfən biləyindəki düyünü gördü, paltar yumaqdan yarandığını hiss edərək evə kreditlə də olsa, paltaryuyan maşın aldı. Arvad iş qayğılarına o qədər aludə olmuşdu ki, ətrafdakılara, hətta uşaqlarına belə etinasız yanaşırdı. Ya təbiətən belə idi, ya zəmanənin qayğıları onu bu hala salmışdı, hər halda, nə əri, nə də uşaqları ilə heç yaxın deyildi, sanki qalın bir pərdə asılmışdı aralarında.
Onunsa qayğıları hər gün artırdı... Özündən kiçik bacı-qardaşının dünya veclərinə olmasa da, sanki bütün ailə qayğıları tək onun boyuna biçilmişdi və bu yükü gücü çatdı, çatmadı ancaq o çəkməlidir, çəkməyə borcludur. Çəkirdi də... Nə vaxta kimi? sualını özünə verməyə belə qorxurdu...

Hərdən talesizliyinə görə atasını günahlandırırdı. Adı var, özü yox atasının ailəyə ziyandan başqa xeyri yox idi. Həm maaşı az idi, həm də fikri zikri daim onda bunda idi. Həftələrlə evə gəlmir, ailənin nə yeyib içdiyi ilə maraqlanmırdı. Bu əhlikefliyin ağırlığından bütün ailə əzilirdi... bacı-qardaş, ər-arvad, valideynlərlə övladlar arasında münasibətlər buz kimi soyuq idi. Nadir hallarda ailə bir stol arxasına yığışıb çörək yeyirdi. Hərəsinin öz zamanı var idi...Niyə belə idi, niyə başqa ailələr kimi onlarda mehribanlıq yox idi? Bu sualın cavabını çox axtarsa da tapa bilmir, başqa ailələrə, rəfiqələrinə həsəd aparırdı...

Qəlbinin dərinliyində özünü inadırırdı ki, heç nə səbəbsiz ola bilməz, kiminsə günahının cəzasını bütün ailə ödəyir...Nə idi bəs bu günah? Bu suala cavabı yox idi, nə qədər baş sındırsa da bir qəti rəyə gələ bilmirdi. Gah düşünürdü ki, ailədə heç kim dindar deyil, oruc tutmur, namaz qılmır, sədəqə vermir, ehsan süfrəsi açmır, bəlkə budur səbəb? Bəlkə birinci ailəsinin dağılmasından sonra anasının ikinci dəfə ərə getməyi? Ya qoca nənəsinin rayonda tək-təhna qalmağı? Əgər səbəblər bu isə, onun günahı nədir? Əsas müəmma, bax, bunda idi...

...Nə olacaq bu işlərin axırı? Yeniyetmə ağlına gələn bu sualdan, onun mümkün cavab versiyalarından bədəni üşüdü. Bir anlığa intihar etmək keçdi ağlından...Canını bir dəfəlik bu boz sükutdan, rəngsiz dünyadan qurtaracaq ümid işığı kimi baxdı intihara... Xəyalında ailəsininin-ata-anasının, laqeyd bacı qardaşlarının, sinif yoldaşlarının intiharını necə qarşılayacaqlarını bir anlığa canlandırdı. Bacı-qardaşının dərsdən gəldikdən sonra qazana necə cumduqları, lap ətsiz olsa belə, supu necə ləzzətlə yediklərini xatırladı...anasının onun əlindəki düyünə baxarkən gözlərinin necə yaşardığı yadına düşdü, gözləri doldu...

...Bütün insanlar dünyaya cənnətdən yük kimi götürdükləri günahla gəlir, əsas budur ki, köçəndə günah yükünü bu dünyada qoyub gedəsən. Nənəsindən nə vaxtsa eşitdiyi bu sözləri niyə məhz indi xatırladı, bilmədi, əlləri sustaldı, düyünlədiyi mələfə əlindən yerə düşdü...

Allahu Əkbər...Çöldən azan səsi gəlirdi...

# 4181 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #