Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada olub

Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada olub
3 oktyabr 2025
# 11:36

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin nümayəndə heyəti Cənubi Koreyada işgüzar səfərdə olub.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat yayıb.

Bildirilib ki, səfər nazirliklə ADA Universiteti arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən layihə üzrə baş tutub. Məqsəd Koreyanın mədəni və yaradıcı sənayelərin inkişaf təcrübəsini öyrənmək, innovasiya və texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Nümayəndə heyəti Seulda keçirilən “EdTech 2025” sərgisində iştirak edib, Koreya Müasir İncəsənət Muzeyində maarifləndirici proqramlarla tanış olub. KOCCA – Koreya Mədəniyyət, Məzmun və Yaradıcılıq Agentliyində keçirilən görüşlərdə yaradıcı kontentin beynəlxalq mübadiləsi və birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.

Qeyd edək ki, proqram çərçivəsində nümayəndələr həmçinin ölkənin aparıcı elm və innovasiya mərkəzi KAIST universitetini ziyarət ediblər. Burada onlara “Startup KAIST” proqramı təqdim olunub, mədəniyyət və texnologiyanın qovşağında həyata keçirilən layihələr barədə məlumat verilib.

# 1082 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər