Elyanın parlaq istəyi - Orxan Məmmədov

Orxan Məmmədov (The Orkhan)

Orxan Məmmədov (The Orkhan)

30 noyabr 2021
# 15:10

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Orxan Məmmədovun (The Orkhan) “Elyanın parlaq istəyi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Fəlsəfi hekayə

O Günəşin yanına getmək istəyirdi. Günəşin Onu yandırıb külə döndərəcəyini bilə-bilə.Bu dilək Elyada hər an daha da artırdı.

O İşığa çatmaq həvəsindəydi. Günəşin isti şölələrinin Onu yandıracağınıda çox yaxşı bilirdi. Yenə də O öz İşığına qərq olmağı arzulayırdı.

Elya bütün qüvvəsi ilə əllərini göyə qaldırırdı. Sanki bu cür yaxınlaşma Ona təsəlli verirdi. Günəşin qızmar hərarəti Onu daha da coşdururdu.

O Günəşin yanına getmək istəyirdi. Günəşin Onu yandırıb külə döndərəcəyini bilə-bilə.Bu dilək Elyada hər an daha da artırdı.

Düşüncələrini bir an belə sakit qoymayan bu istək atəşli bir hissə çevrilir, anbaan qəlbinə nüfuz edirdi. Sonra həmin duyğular da bir həsrət buludu tək gözlərinə hopurdu. O baxışlardakı ayrılıq və hicran əndişəsidə damla-damla göz yaşları ilə izhar olunurdu.

Dostu hər vəchlə Onu öz çılğın qərarından daşındırmağa çalışırdı. Sirdaşının onun yanından ayrılmasını istəmirdi. Elya öz dostunu çox sevirdi. Lakin O yenədə Aydınlığa can atırdı. Çünki O öz Gerçəyinə daha çox aşiq idi.

Yer, Göy, səyyarələr, dağlar, ağaclar və bulaqlar böyük bir heyranlıqla Ona tamaşa edirdilər. Bu cür izahedilməz sevgi və bağlılıq önündə dəhşətə gəlmişdilər. Belə bir ülvi eşq qarşısında onlar öz təəccüblərini gizlədə bilmirdilər.

Nur bütün cazibə qüvvəssi ilə Elyanı özünə cəzb edirdi. Öz hərarətinin Onu yandıracağını bilə-bilə. İşıq Onu özünə tərəf ilhamlandırırdı.

Nəhayət Elya öz muradına yetdi. Elya Günəşin qaynar şüaları ilə əhatələndi. Günəşin atəşi Onu yandırıb külə döndərdi. O Həqiqətinə çatdı.

O Günəşin yanına getmək istəyirdi. Günəşin Onu yandırıb kül edəcəyini bilə-bilə. Bu amal Elyada hər an daha da artırdı...

# 3862 dəfə oxunub

Oxşar xəbərlər

İllüziya ilə reallığın kəsişmə nöqtəsində... - Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?

İllüziya ilə reallığın kəsişmə nöqtəsində... - Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?

15:00 25 avqust 2026
"Böyük həvəslə öz boyumu sizin gəlirlərinizlə dəyişərdim..." - Sergey Dovlatovun qeydləri

"Böyük həvəslə öz boyumu sizin gəlirlərinizlə dəyişərdim..." - Sergey Dovlatovun qeydləri

17:30 24 avqust 2026
"Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki..." - Amerikalı  yazıçıdan 10 sitat

"Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki..." - Amerikalı yazıçıdan 10 sitat

17:00 24 avqust 2026
"Ədəbiyyatın alicənab bir məfkurə olduğu inancı ilə böyümüşəm..." - Oskar İxuelos

"Ədəbiyyatın alicənab bir məfkurə olduğu inancı ilə böyümüşəm..." - Oskar İxuelos

16:30 24 avqust 2026
Qum kitabı - Xorxe Luis Borxesin hekayəsi

Qum kitabı - Xorxe Luis Borxesin hekayəsi

15:00 24 avqust 2026
Arabaçı - Sabir Əhmədlinin hekayəsi

Arabaçı - Sabir Əhmədlinin hekayəsi

11:30 23 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər