Durna və qarışqa - Ceyhun Ərmən Vedilinin hekayəsi

Durna və qarışqa - Ceyhun Ərmən Vedilinin hekayəsi
4 fevral 2026
# 13:30

Kulis.az Ceyhun Ərmən Vedilinin "Durna və qarışqa" hekayəsini təqdim edir.

İsti yay günü, soyuq udu* duzsuz suyu olan göl qırağında bir qarışqa yuvası var. Bu yuvaya qarışqalar var-gücü birlə (ilə) çalışır, qış üçün bol davar* yığmaq üçün əllərindən gələni edirdilər. Bu yolla çağ keçir, güz (payız) yaxınlaşır, bu anda da ayrı bir yır-yığış da ağacların budaqlarının arasında baş verirdi. Durnalar da köçmək üçün son işlərini görməyə çalışırdılar. Elə bu an bir durna göyə uçmağa başlamaq istəyərkən, gözü ağacın altında bir balaca qaraltıya dəydi. Ağacdan aşağı enərkən, başa düşdü, sən demə, bu qaraltı qarışqa imiş. Qarışqa öz yuvasına azıqlıq* apararkən, birdən-birə ona yaxınlaşan bir tünlük* get-gedə böyüyürdü. Bu iki ayrı canlı bir-birinə yaxın aralıqda göz yetirdikləri anda bir-birini gözdən keçirməyə başladılar. Biri çox balaca, o birisi böyük. Biri uçur, biri uçmur. Biri isti yerlərə köçərək, özünü qışdan qoruyur, o birisi yuvasına yayda yem daşıyır, qışda torpağın altında istidə yayın ağır işinin yerinə dinclik, şad yaşam yaşayır. Bir dönüm* kisrə* durna qarışqaya yaxınlaşıb, onun yanına qondu. Onlar arasında ikili danışıq başladı:

- Ey balaca varlıq, sizin adınız nədir?

- Qarışqa!

- Ey böyük yaradılan, sizin adınız nədir?

- Durna!

- Sizdə əl, qol yerinə bu iki nəsnələr nədir?

- Qanadlardır. Onların gücünə uça bilirəm.

- Arxanızdakı nədir?

- Bu da qanadlarımın birləşdiyi yerdir. Üstəlik, bu gördüyünüz quyruğa oxşar nəsnəylə uçduğum an yelqarşı yanda əsəndə, məni getdiyim yöndən ayırmasın deyə dəngəmi* qorumaq üçün Uca Yaradan bunu mənə bağışladı.

- Ey qarışqa, siz özünüzdən də ağır yükü daşıyırsınız, bunu edərkən yükün ağırlığı sizin belinizi ağrıtmır?

-Yox. Sizə bunu deyə bilərəm, bu yükü daşımamağım qarşılığında qış aylarınjda ac qala bilərəm. Buna baxmayaraq, mənə bu yükümün ağırlığıyla dözümlü olmağı da Tanrım məni yaradarkən, bu özəlliyi verib.

- Düzdür, bizim ayrı-ayrı yaradılmış canlılar olmağımızla iş bitmir, bizi yoxdan yaradan, Uca Varlıq bizi qabaqcıl bilik, bacarıq, güclərlə bürüyüb. Biz bunu bilib, bizə yaşamağımız üçün var* dür* əlçatanlıq verdiyi üçün bıyanladığımız* durumda* acunun* başçısı olaraq, Yerüzünə göndərilən mənlik keçmişdə də, indi də ona verilən tapşırığı aradabir unudur.

Canlıları incidir, cansızları dağıdır, yandırır, sökür, yox etməyə çalışır.

- Doğrudur! Elə an olub, yuvamızı dağıdırlar, əməkçi yoldaşlarımı öldürürlər. Ama, bu yer təkcə onların yox, bizim də ortaq evimizdir!

udu - və

davar - məhsul

azıqlıq - azuqə

tünlük - kölgə

dönüm - müddət

kisrə - sonra

dəngə - tarazlıq

var - hər

dür - növ

bıyanladığımız - şükür etdiyimiz

durumda - halda

acun - dünya

# 1667 dəfə oxunub

Oxşar xəbərlər

İllüziya ilə reallığın kəsişmə nöqtəsində... - Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?

İllüziya ilə reallığın kəsişmə nöqtəsində... - Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?

15:00 25 avqust 2026
"Böyük həvəslə öz boyumu sizin gəlirlərinizlə dəyişərdim..." - Sergey Dovlatovun qeydləri

"Böyük həvəslə öz boyumu sizin gəlirlərinizlə dəyişərdim..." - Sergey Dovlatovun qeydləri

17:30 24 avqust 2026
"Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki..." - Amerikalı  yazıçıdan 10 sitat

"Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki..." - Amerikalı yazıçıdan 10 sitat

17:00 24 avqust 2026
"Ədəbiyyatın alicənab bir məfkurə olduğu inancı ilə böyümüşəm..." - Oskar İxuelos

"Ədəbiyyatın alicənab bir məfkurə olduğu inancı ilə böyümüşəm..." - Oskar İxuelos

16:30 24 avqust 2026
Qum kitabı - Xorxe Luis Borxesin hekayəsi

Qum kitabı - Xorxe Luis Borxesin hekayəsi

15:00 24 avqust 2026
Arabaçı - Sabir Əhmədlinin hekayəsi

Arabaçı - Sabir Əhmədlinin hekayəsi

11:30 23 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər