Cəlil Məmmədquluzadə yaradıcılığı Avstriya ədəbiyyat portalında

Cəlil Məmmədquluzadə yaradıcılığı Avstriya ədəbiyyat portalında
8 iyul 2024
# 15:39

Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin alman dilinə tərcümə edilmiş “Poçt qutusu” hekayəsinin yayımına başlayıb.

Kulis.az xəbər verir ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri tanınmış Avstriya tərcüməçisi, filoloq Andreas Kriber və alman dili mütəxəssisi Cəfər Cəfərovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Yohann Volfqanq Höte, Fridrix Şiller, Fyodor Dostoyevski, Frans Kafka, Erix Kestner, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.


# 2174 dəfə oxunub

Oxşar xəbərlər

Ahmet Telli vəfat etdi

Ahmet Telli vəfat etdi

15:07 11 iyul 2026
Çürük qızıləhmədlər - Hekayə

Çürük qızıləhmədlər - Hekayə

11:30 11 iyul 2026
Atam və mən - Per Lagerkvistin hekayəsi

Atam və mən - Per Lagerkvistin hekayəsi

10:30 11 iyul 2026
Babamın dişi - İkinci Mahmudun hekayəsi

Babamın dişi - İkinci Mahmudun hekayəsi

16:51 6 iyul 2026
“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” - Artur Konan Doyl

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” - Artur Konan Doyl

14:30 6 iyul 2026
Boyunbağı - Gi de Mopassanın məşhur hekayəsi

Boyunbağı - Gi de Mopassanın məşhur hekayəsi

11:30 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər