Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Aysel Vəlizadənin “Aybikə xalanın sınağı” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Günlərin birində bir qadın, bir kişi meşə ətrafında şirin, gözəl bir evdə yaşayırmışlar. Bunlar çox gözəl cütlükmüş. Mehriban, gözəl, bir-birlərinə sevgiylə baxan cütlüyün üç oğlu varmış. Kişi hər səhər evdən çıxıb, bazara gedib meyvə-tərəvəz satıb gecə evinə qayıdırmış Lakin bir gün kişi gecə evinə qayıdarkən maşını motosikletlə toqquşur və kişi qəzada ölür. Bundan xəbər tutan qadın həmən yerə gedib kişinin alnından öpüb, onun qulaqlarına asta səslə deyir:
- Ay kişi, sənə söz verirəm, oğlanlarımızı sənə layiq böyüdüb hərəsinə ali təhsil verib, vəzifə sahibi edəcəm. Qadın sözünü tutur və oğlanları böyüyür hərəsi bir vəzifə sahibi olurlar.
Orxan uşaq həkimi, Ayxan polis, Murad riyaziyyat müəllimi olur. Qadın oğlanlarını yanına çağırır və deyir:
- Oğullarım, mən istəyirəm sizləri evləndirəm, sizləri yoldaşlarınızla və övadlarınızla xoşbəxt görəm.
Oğulları isə analarına deyir:
- Ana, biz razıyıq.
Bir il keçir və üç oğlu evlənir. Aybikə xala evində tək düşünür və belə deyir:
- Mən əziyyətlə övladlarımı böyütdüm ama onlar mənlə maraqlanmırlar, mən gedim onlara baş çəkməyə.
Ana birinci günü ilk böyük oğlu - Orxangilə gedir və qapını döyür. Qapını böyük gəlini - Ulduz açır. Ulduz Aybikə xalanın üzünə baxır və soyuqcasına belə deyir:
- Aybikə xala, buyur keç.
Aybikə xala içəri keçir və oğlu Orxanla görüşür.
Gecə düşür.
Gəlini Ulduz Aybikə xalaya otaqda yer açır və yenə soyuqcasına deyir:
- Gecən xeyrə qalsın.
Aybikə xalada Ulduza belə cavab verir:
- Qızım, xeyrə qarşı.
Qadın yerinə keçir və düşünür:
- Bəlkə, mən Ulduzu sınaqdan keçirim? Görüm, mənim burda qalmağıma narazı deyil?
Aybikə xala gecə mətbəxə gedir və ordan bir stəkan suyu götürüb, otağına aparır.
Tezdən duranda qəsdən o suyu yerinə tökür.
Orxan Ulduza deyir ki, get, anamı oyat oda gəlsin bizlə səhər yeyməyini birlikdə yeyək.
Ulduz yenə soyuq baxışları ilə Aybikə xalanı otağından çağırır, amma Aybikə xala durmur. Özünü yuxuluğa vurur.
Ulduz yenə uca səslə onu oyatdı və Aybikə xala yerindən asta səslə Ulduza dedi:
- Qızım, Ulduz mən yerimi islatmışam, utanıram dura bilmirəm.
Gəlini ona əsəbiləşib dedi:
- Ağlın özünü idarə etmir, mən indi necə onları yuyacam.
Aybikə xala Ulduza heç nə demədən durur və paltarlarını yığır sumkasına və onu götürüb onlardan gedir.
Aybikə xala ikinci günü ortancıl oğlu- Ayxangilə gedir və qapını döyür. Qapını ortancıl gəlini - Xədicə açır. Xədicə soyuq baxışlarıla Aybikə xalaya baxıb deyir:
- Niyə gəldin? Buyur keç.
Aybikə xala Ayxanla görüşür.
Gecə düşür.
Aybikə xala yenə gecə mətbəxə gedir və bir stəkan su götürür otağına aparır. Səhər yenə yerinə o suyu tökür.
Ayxan işə gedir və Xədicə Aybikə xalanın otağına gəlir onu oyadır.
Aybikə xala zəif səslə Xədicəyə deyir:
- Qızım, Xədicə mən yerimi islatmışam.
Xədicə uca səslə Aybikə xalaya deyir:
- Ay qoca, ağlın özünü idarə etmir? Dur, çıx get evimdən səni saxlaya biləmərəm.
Aybikə xala heç nə demədən paltarlarını sumkaya yığır və ordan gedir.
Aybikə xala üçüncü günü balaca oğlu olan Muradgilə gəlir və qapını döyür.
Qapını balaca gəlini - Aypara açır və böyük sevinclə Aybikə xalanın qucaqlayıb öpür və deyir:
- Xoş gəlmisən, Aybikə xala, nə yaxşı gəldin bizə? Buyur keç içəri.
Aybikə xala sevincli halda içəri keçir və Muradla görüşür.
Gecə düşür.
Aybikə xala yenə gecə mətbəxə keçir və bir stəkan su götürüb otağına aparır.
Səhər açıldı.
Aypara Aybikə xalaya gözəl süfrə açıb, səhər yeməyini hazırlayıb və Aybikə xalanın oyatmağa gəlir və deyir:
- Aybikə xala, sabahın xeyir, gəl birlikdə səhər yeməyini yeyək.
Aybikə xala zəif səslə Ayparaya deyir:
- Qızım, mən yerimi islatmışam.
Aypara Aybikə xalaya deyir:
- Zəhmət olmasa, Aybikə xala yerindən dur mən ora təmiz döşək, yorğan və sənə də paltar gətirim, dəyiş, xəstələnəsən yoxsa?!
Aybikə xala ayağa qalxıb Ayparanın alnından öpür və deyir:
- Qızım, sənə halal olsun. Mən əslində yerimi islatmamışam sadəcə mən səni və digər gəlinlərimi sınadım. Ama onlar sənin kimi anlayışlı və tərbiyəli olmadılar , məni qovdular evdən. Ama sən məni qovmadın, əksinə öz anan kimi mənə hörmət qoydun və məni xəstələnməmək üçün əl-ayağa düşdün.
Aybikə xala Ayparala görüşür və evinə gedir.
Aybikə xala övladlarını və gəlinlərini evinə dəvət edir. Onlarda gəlir və övladları deyir:
- Ay ana, bizi niyə buraya çağırıb yığmısan?
Aybikə xala üzünü onlara tutub deyir:
- Mənim övladlarım, səbrli olun səbəbini deyəcəm.
Aybikə xala otağına gedib, bütün qızıllarını dəsmala yığıb, onların yanına gəlir. Üzünü onlara tutub deyir:
- Mən əslində sizə qəsdən gəlib yerimə mətbəxdən su götürüb, tökürdüm. Övladlarıda analarına deyir:
- Ay ana, niyə belə etdin axı?
Aybikə xalada üzünü gəlinlərinə tutub dedi:
- Mən gəlinlərimi sınadım ki, görüm, məni nə qədər çox sevirlər? Ama gördüm ki, məni ən çox sevən Aypara qızım oldu.
Aypara qızım məni anası yerinə qoydu. Yerimi islatdığını bildi və mənim üstümə nə qışqırmadı, nədəki evindən qovmadı. Qayğıma qaldı. Yerimi dəyişdi və mənə təmiz paltarlar gətirdi.
Ona görə də bütün qızıllarımı Aypara qızıma verəcəm ona halaldı bu qızıllarım.
O biri gəlinlər başlarını aşağı salıb, zəif səslə bir-birlərinə deyirlər ki, kaş belə etməzdik, yoxsa qızıllar Ayparanın yox, bizim olardı.
Aybikə xala yenə üzünü onlara tutub dedi:
- Gəlinlərim, mənə necə davrandınızsa, sizin də gəlinləriniz sizə qarşı elə olacaq. Çalışın, bundan sora yaxşı insan olun. Bu dünyada hər şey müvəqqətidi. İnsana qalan tək yaxşılıqdı. Yaxşılıq etdikcə, yaxşılıq çoxalır və çətin zamanında etdiyin yaxşılıqlar qarşına nə vaxtsa çıxır. Ən əsası Ev-qəlblərimizin bir olduğu yerdir. Biz çalışmalıyıq ki, nə qəlbimizi, nədəki evimizi çirkləndirək. Əziz balalarım, bu müvəqqəti həyatımızda çalışmalıyıq ki, bizlər bu müvəqqəti həyatımıza yaxşı tərbiyə olunmuş ailəmiz qədər önəmli bir miras qoya bilmərik. Çünki, həyatlarımızın birinci yarısı ata-analarımız, ikinci yarısını isə övladlarımız tutur. Bu müvəqqəti həyatımızı beşiklə məzar arasında sınaq müddəti kimi düşünürəm. Allah bu sınaq müddətindən bizlərimizin üzünü ağ çıxartsın İnşallah.
Aybikə xalanın bu dəyərli cümlələrinə qulaq asan övladları və gəlinləri onun əllərini öpüb və çox peşman olduqlarını bildirirlər və söz verirlər ki, bundan sora Aybikə xalaya yaxşı davranıb, onla birliklə qaldıqlarını dedilər.
Çünki, onlar anladırlar ki, əsas həyatlarının dəyərini birinə pis davranmaqla deyil, birinə yaxşı davranmaqla ölçülür.