"Ağıl və dərrakə hisslərin könüllü qullarıdır..." - Alman mütəfəkkirdən sitatlar

"Ağıl və dərrakə hisslərin könüllü qullarıdır..." - Alman mütəfəkkirdən sitatlar
8 sentyabr 2026
# 13:50

Bu gün tanınmış alman ədəbiyyat tarixçisi, yazıçı, tərcüməçi və Hind mədəniyyəti mütəxəssisi Avqust Vilhelm fon Şlegelin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Ağlımızın özünəməxsus ideal vaxtı var ki, bu da varlığımızın mütərəqqi inkişafının şüurundan başqa bir şey deyil.

***

Real həyatda hər böyük təşəbbüs inamla başlayır və ilk addımını irəliyə doğru inamla atır.

***

Esxilin faciəvi üslubu — mən «üslub» sözünü yazdıq tərzində deyil, məhz heykəltəraşlıqda işlədildiyi mənada işlədirəm — əzəmətli, sərt və az qala sərtləşəcək dərəcədə quru; Sofoklun üslubu ən yüksək simmetriya və ahəngdar zərifliklə seçilir; Evripidin üslubu isə yumşaq və cah-cəlalldır; o, öz asan səlisliyi ilə daşıb-daşaraq, çox vaxt ümumi effekti parlaq parşaqlar naminə qurban verir. Yunanlar arasında incəsənətin heç bir maneə ilə qarşılaşmadan inkişafının yaratdığı analogiyalar bizə faciə sənətinin dövrlərini heykəltəraşlıq dövrləri ilə müqayisə etməyə imkan verir. Esxil — faciənin Fidiasıdır, Sofokl — onun Polikletoqu, Evripid isə — Lizippidir. Fidias ilahələrin uca surətlərini yaratmış, lakin onlara materialın kənar əzəmətini bəxş etmiş və onların əzəmətli sükunətini yüksək relyeflərdə ən şiddətli mübarizə səhnələri ilə əhatə etmişdir.

***

Klitemnestra heç də zəif, yoldan çıxarılmış qadın kimi təsvir edilə bilməzdi — o, qanlı fəlakətlərlə zəngin olan, bütün ehtirasların şiddətli olduğu, insanların həm xeyirdə, həm də şərtdə sonrakı, daha çox deqradasiyaya uğramış dövrlərin adi standartlarını üstələdiyi həmin qəhrəmanlıq əsrinin cizgiləri ilə təzahür etməlidir. Qorxaq zəifliyin qoynunda düşünülmüş iyrənc cinayətlərdən daha nifrət doğuran nə ola bilər ki — bu, insan təbiətinin daha dərin deqradasiyaya uğradığını sübut edir? Əgər şair bu cür cinayətləri təsvir etməlidirsə, nə onları təmizə çıxarmağa çalışmalı, nə də onlara qarşı duyduğumuz dəhşət və nifrəti yumşaltmalıdır.

***

Ədəbiyyat - nitqin ölməzliyidir.

***

Romantik poeziya — nizamlı kainatın öz qoynunda gizlənən və möcüzəli doğumlar üçün daim çarpışan xaosa gizli cazibəsinin ifadəsidir; ilkin sevginin həyatverən ruhu burada yenidən suyun üzərində qanad açır. Birincisi (antik poeziya) daha sadə, aydındır və ayrı-ayrı əsərlərinin öz-özlüyündə mövcud olan mükəmməlliyində təbiətə bənzəyir; ikincisi (romantik poeziya) isə fraqmentar görünüşünə baxmayaraq, kainatın sirrinə daha çox yaxınlaşır.

***

Heyhat! İnsanı həyatın dəyərinə qarşı laqeydləşdirən məhz süni incəliklər, rahatladıcı və öldürücü lüksün ağır yüküdür: o, bütün xarici əlavələrdən məhrum edildikdə, hətta əzablar içində əzilsə belə, yalnız çılpaq varlığı qalsa da, yenə də onun şirinliyi hər bir nəbz vurğusunda ürəkdən bütün damarlara axıb gələcək.

***

Ağıl və dərrakə hisslərin könüllü qullarıdır.

***

Ehtirasın ifadəsi üçün orada baxışlar, qol və əllərin hərəkəti, duruşlar və nəhayət, səsin tonları qalırdı. Biz sifət cizgilərinin oyununun itirilməsindən şikayətlənirik, lakin nəzərə almırıq ki, belə böyük məsafədə onun effekti ümumiyyətlə itərdi.

***

Şairlər əsasən savadlı olduqları üçün bu, onların təbii meyli ilə xəyali borcları arasında qəribə bir mübarizəyə səbəb olurdu. Onlar sonuncuya qurban gedəndə alimlər tərəfindən təriflənirdilər, lakin birincisinə təslim olmaqla xalqın sevgilisinə çevrilirdilər.

***

Adətən təkliyə çəkilən və ya yalnız dostluğun etimadına açılan qəlb duyğularına intensivlik qazandırmaqda kütlənin görünən ünsiyyətinin gücü demək olar ki, inanılmazdır. Belə emosiyaların doğruluğuna inam onların yayılması sayəsində sarsılmaz olur; biz bir çox şəriklər arasında özümüzü güclü hiss edirik və bütün ürəklər və ağıllar böyük və qarşısıalınmaz bir axında birləşir. Məhz buna görə də yığılmış kütləyə təsir etmək imtiyazı ən təhlükəli sui-istifadə hallarına məruz qalır. Necə ki biri onları ən nəcib və ali məqsədlər üçün təmənnasız ruhlandıra bilər, eləcə də başqası onları sofistikanın aldadıcı torlarına sala və şöhrətpərəst cinayətləri fəzilət, hətta qurban kimi qələm verilə bilən yalançı alicənablığın parıltısı ilə gözlərini qamaşdıra bilər. Nitqin və poeziyanın ləzzətli cazibəsi altında zəhər qulağa və qəlbə duyulmadan sızır.

Türk dilindən tərcümə: Aydan Ağayeva

# 70 dəfə oxunub

Oxşar xəbərlər

"Məgər gülüş sayəsində insan qala bilmərikmi?" - Amerikalı romançıdan sitatlar

"Məgər gülüş sayəsində insan qala bilmərikmi?" - Amerikalı romançıdan sitatlar

16:00 7 sentyabr 2026
Mərcan xala və polipləri - Orxan Saffarinin hekayəsi

Mərcan xala və polipləri - Orxan Saffarinin hekayəsi

13:36 7 sentyabr 2026
"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

12:00 7 sentyabr 2026
Ördək balası - Yeni hekayə

Ördək balası - Yeni hekayə

10:55 7 sentyabr 2026
Omaroğlunun qayıtması - Vaqif Nəsibin hekayəsi

Omaroğlunun qayıtması - Vaqif Nəsibin hekayəsi

12:30 6 sentyabr 2026
Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi

Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi

10:30 5 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər