Bank və kitab dükanı
7 aprel 2011
13:00
Hansı hansına hami ola bilər?
Ümumən təsnifatlandırsaq, mədəniyyətin vəziyyəti baxımından üç model məlumdur. Birinci halda mədəniyyəti dövlət və hakimiyyət, ikinci halda özəl iqtisadiyyat (banklar, şirkətlər...) saxlayır, üçüncü barəsində bir azdan...
Azərbaycan birinci tip ölkələrdəndir. Burada Mədəniyyət və Turizm Nazirliyi ilə Prezidentin İcra Aparatının Humanitar Məsələlər üzrə şöbəsi vasitəsilə dövlət mədəniyyətin rəhbəri, xeyriyyəçisi, sponsorudur. Dövlət mədəniyyət sahəsində qərarları qəbul edən bədii ekspert kimi çıxış edir.
Mədəniyyət dövlətin monopoliyasındadır. Mədəniyyət sahəsində bir neçə qeyri-hökumət təşkilatı (QHT) var, lakin beynəlxalq donor təşkilatlar üçün mədəniyyət üçüncü dərəcəli məsələ olduğundan, bu qht-lərin maddi təminatları çox azdır, fəaliyyətləri zəifdir, özləri də dövlətin mədəniyyət siyasətinin başına fırlanan kiçik peyklərə bənzəyir.
Bütün teatrlar, konsert zalları, filarmoniya, muzeylər, rayon mədəniyyət evləri, kitabxanalar dövlətə məxsusdur. Mədəniyyət qurumları və adamları “istəyən”, dövlət isə “bəxş edən” rolundadır. Sovet vaxtı da belə idi.
Bildiyiniz kimi, Qərb ölkələrində mədəniyyət modeli bu cür deyil. Türkiyə yaxın olduğundan, orada mədəniyyətin necə yaşadığı daha çox adama məlumdur. Bir küçə ilə gedirsən; musiqi salonları, incəsənət mərkəzləri və hər birinin üzərində özəl banklardan birinin adı: filan bankın kültür mərkəzi. Orada müstəqil bir iş adamının, bankın sponsorluğu ilə müxtəlif incəsənət tədbirləri – festivallar, əcnəbi yazıçıların mühazirələri, konseptual sərgilər keçirilir. Bu, ikinci haldır.
Bu zaman yenə də mədəniyyət adamı “istəyən” rolundadır, “bəxş edən” isə dövlət monopoliyası deyil, özəl iqtisadiyyat, ayrı-ayrı sahibkarlardır. Lakin bu halda iş adamı incəsənət adamına, tədbir təşkilatçısına daha çox sərbəstlik verir: “Mən bankı bilirəm, sən teatrı”. Bu mədəni siyasəti (“cultural policy”) əsas tutan ölkələrdə hesab edilir ki, iki şeyin – iqtisadiyyatın və mədəniyyətin idarəetməsində dövlət ən pis menecerdir; dövlət gərək bu iki sahəyə başçılıq etməsin. Yoxsa monopoliya, mədəniyyət adamlarına münasibətdə “bizimkilər və özgələr” anlayışları ortaya çıxır. Bu gün Azərbaycanda olduğu kimi.
Bu iki modelə ardıcıl olaraq, birinci və ikinci mərhələlər kimi də baxmaq olar. Zaman keçdikcə Azərbaycanın da ikinci modelə keçəcəyi qaçılmazdır, yaxşıdır.
***
Lakin mövzumuz üçüncü haldır. Üçüncü hal - mədəniyyətin özəl iqtisadiyyatın da himayəsindən çıxaraq cəmiyyətin əsas hərəkəverici qüvvəsinə çevrilməsidir. Post-sənaye cəmiyyətində mədəniyyət sferası getdikcə ona sponsorluq edən bankları, şirkətləri də tərk edir. Bəlkə də ona görə deyirlər ki, XXI əsrin əsas elmi - sosiomədəni proseslərin idarəetməsi olacaq.
Hələlik buna misal gətirəcəyimiz bütöv ölkələr yoxdur. Yəni elə bir ölkə yoxdur ki, başdan-başa mədəniyyəti iqtisadi güclərin hamiliyindən də imtina etmiş, müstəqil aparıcı qüvvəyə çevrilmiş olsun. Amma həmin ölkələrdə belə ayrı-ayrı hallar var ki, onların tendensiyaya çevriləcəyi realdır.
Bu zaman artıq mədəniyyət özəl iqtisadiyatın və hakim siyasətin əlinə baxmır, əksinə, iqtisadiyyatın və dövlət siyasətinin bir sıra mədəniyyət qurumlarına və adamlarına ehtiyacı nəzərə çarpır.
İki əsrə yaxın yaşı olan bir kitab dükanı on ildir açılmış bir banka sponsorluq edir. Kitab dükanları, incəsənət mərkəzləri elə uzun tarixə, ciddi büdcəyə, ictimaiyyətin sevgisinə, müstəqilliyə malik olur ki, nəinki özəl maliyyəçilərin, iş adamlarının, həmçinin dövlətin onların dəstəyinə ehtiyacı olur. Kitab dükanları, nəşriyyatlar dövlət siyasətinə təsiretmə imkanı qazanır.
Yəni mədəniyyət əvvəlki – antik dövrdəki kult roluna qayıdır.
Kitab dükanı deyərkən gözümüzün qarşısına Bakıdakı kitab dükanlarını gətiririksə, mədəniyyətin üçüncü modeli bizə dumanlı görünə bilər. Amma kitab dükanından kitab dükanına böyük fərq var:
Hava limanlarındakı kitab dükanlarını çoxunuz görmüsünüz, hansı ölkədəki hava limanı olmasından asılı olmayaraq, orada hər şey "tez al, get" üçün hesablanır. Divarlar boyunca kitab rəfləri və qiymətlər, dükanın ortasında bir masa, üstündə səliqəylə ən populyar, həmçinin "tendy" kitablar, jurnallar və qəzetlər, qapının çıxışına yaxın kassa və kassir. Dükan kiçikdir. Kassirin gözü sənin üstündədir. Elə ki, on dəqiqədən artıq yubandın, artıq nəzərə çarpırsan, kassir qalxıb sənə yaxınlaşır, məlum satıcı sualları soruşur. O sualları ki, ət dükanında da soruşurlar.
Şəhərin içərilərində isə kitab dükanları belə olmur. Bəzi şəhərlərdə kitab dükanları bir və ya bir neçə küçədə mərkəzləşir. Küçəyə girirsən, çox mərtəbəli, geniş kitab dükanlarını bir-bir gəzməyə başladınsa, küçəni başa çıxanda altı-yeddi saat keçmiş olur.
Qərb şəhərlərində kitab dükanı təkcə ticarət vahidi deyil, daha dərin sosiomədəni hadisədir. Orada kitab ticarəti hava limanlarının kitab dükanlarında olduğu kimi deyil.
Baş ofisi bir ölkədə olmaqla bütöv qitədə dükanlar şəbəkəsi olan “Fnac”, “Amicus Books”, “John King”... Kitab dükanları ikinci əl, nadir kitablar, səyahət kitabları, orta əsrlərə dair kitablar və s. olmaqla ixtisaslaşıblar. Bakıdakı kitab dükanlarında bir rəf təşkil edən “səyahət kitabları” orada bütöv bir kitablar şəbəkəsinin profilidir. Söhbət belə bir kitab sferasından gedir.
Londondakı məşhur “Daunt Books” kitabçısı insanların saatlarca kitablara baxa biləcəyi, taxta eyvan və rəflərində uzun səyahətlərə çıxa biləcəyi, sürpriz kitablar tapa biləcəyi isti, mülayim bir yerdir.
Kitab dükanlarının kitab qədər maraqlı tarixçəsi, hekayəti olur. Kitab dükanları, nəşriyyatlar ittifaqa girir, siyasət müəyyənləşdirir, kitab və kitabətrafı proseslərə təsir edir və ayrılırlar. Onlar oxucuya alıcıdan daha artıq, seçici, istehlakçı, istehsalçı, gənclik, beyinlər dalğası kimi baxırlar. Mədəniyyət öz-özünü və cəmiyyətin meyllərini idarə edən, təyin edən müstəqil biznesə çevrilir.
***
Yazıçı İtalo Calvinonun "Bir qış gecəsi əgər bir yolçu" romanının ideyası İtaliyanın belə əngin kitab dükanlarının birində yaranıb. Roman oxucu haqqındadır. 33 səhifədən sonra mətn dəyişir, kitabdakı oxucu kişiyə məlum olur ki, həmin 33 səhifə kitab boyu təkrar-təkrar çapa vurulub, kitabı cəld götürüb dükana qaytarmağa gedir, “bu 33 səhifənin davamını bilmək istəyirəm, çox maraqlı gəldi” - deyir.
Dükançı ondan üzr istəyir və oxuduğu mətnin əslində başqa yazıçıya məxsus olduğunu, kitabın üzündə adı yazılmış müəllifinsə bu mətnə dəxli olmadığını, bunun nəşriyyat xətası olduğunu bildirir. “Lazım deyil kitabın üstündəki müəllif, o 33 səhifənin davamını oxumaq istəyirəm, bəs o hansı müəllifdir?” – soruşan kişi oxucuya dükançı başqa bir müəllif adı söyləyir: “Dediyim yeni müəllifin, 33 səhifəsini oxuduğunuz kitabını dükanın dərinliklərindən, odur, oradan götürə bilərsiniz”.
Oxucu dükanın dərinliklərinə gedir və orada kitab axtaran bir oxucu qadınla tanış olur. Məlum olur ki, o qadın da yarımçıq qalmış həmin mətni axtarır. Budur, tapırlar, bir-birlərinə telefon nömrə verib sağollaşırlar.
Lakin bu kitabın süjeti ilə o oxuduqları 33 səhifə arasında heç bir əlaqə yoxdur. Yenə dükana qayıdırlar, bu dəfə başqa kitab, bu dəfə başqa dükan... Çoxlu cəhdlər edib o 33 səhifənin davamını axtardıqdan, tapmadıqdan sonra özləri onun davamını yazmağa başlayırlar, daha nələr, nələr və sonda kişi oxucu ilə qadın oxucu evlənirlər...
***
Bakıda bir dənə də böyük kitab dükanı yoxdur. Bakıdakı kitab dükanları hava limanındakı kitab dükanlarının eynisidir. Klaustrafobiyası olanlar (dar, qapalı məkanlardan qorxu) bir liftdə qalmaqdan, bir də Bakıda kitab dükanına girməkdən qorxurlar...
Beləcə, təsvir etdiyimiz üçüncü mədəniyyət modeli burada real deyil. Mədəniyyət adamları və incəsənət mərkəzləri indi dövlətə, ikinci mərhələdə isə ayrı-ayrı mesenat iş adamlarına möhtacdırlar.
Bu mərhələli inkişafın uzaq hədəflərində onların getdikcə “istəyən” rolundan çıxacağı, müstəqilləşəcəyi qaçılmazdır. Mədəniyyətin ələ baxması, qəzetlərin sonuncu səhifəsinə, dövlət büdcəsinin kiçik bir hissəsinə sığınması müvəqqətidir. İnsan inkişaf etdikcə incəsənət bugünkü və sabahkı mesenatlarından, yəni dövlət hakimiyyətindən və özəl iqtisadiyyatdan ayrılıb onlarla yanaşı müstəqil sahə olmaqdadır.
Hələlik birinci mərhələni yaşayan azərbaycanlı mədəniyyət adamlarına düşən iş – özündə mədəniyyət adamına layiq müstəqil xarakter formalaşdırmaq, şahların əlavəsi olmamaq, mədəniyyətin yeni renessansına inanmaqdır.

6461 dəfə oxunub