Ümumiyyətlə, ekzistensialistlər üçün heç nə doğulmur. Olduğumuz hər şey həm özümüzün, həm də cəmiyyətin bizə verdiyi resurslarla özümüzü inkişaf etdirərkən verdiyimiz qərarların nəticəsidir. Biz təkcə öz dəyərlərimizi deyil, özümüzü də yaradırıq. Bununla belə, Simone de Bovuar bütün həyatı boyu ekzistensialist olduğunu açıq şəkildə bəyan etsə də, Sartrın "Varlıq və Heçlik"dəki mütləq azadlıq ideyasına bir məhdudiyyət qoyaraq ekzistensializmin mərkəzində yerləşən özünü yaratma və özünütəyinetmə ideyalarının hüdudlarını müəyyənləşdirir. Mütləq azadlıqdan fərqli olaraq, de Bovuarın insan azadlığının qeyri-müəyyən mənzərəsini əks etdirən tablosunda qadın bədəninin görünən mənfi cəhətlərinə qarşı qadınların mübarizəsi yer alır.
De Bovuar özünün ən məşhur əsəri olan “İkinci cins”də qadın həyatının ekzistensial tarixini təsvir edir: bu, qadının öz bədəninə və bədən funksiyalarına münasibətinin illər ərzində necə dəyişdiyi və cəmiyyətin həyatında necə rol oynamasından bəhs edir.
Bu əsərində De Bovuar qadınlığın təcəssümü ilə bağlı əsas sualı ortaya qoyur: Qadın bədəninin ehtimal edilən çatışmazlıqları bütün cəmiyyətlərdə obyektiv olaraq mövcud olan real mənfi cəhətlərdirmi, yoxsa bu təcəssüm bizim sosial mühakimələrimiz tərəfindən dezavantaj hesab olunur?
De Bovuar bu suala qadın həyatının müxtəlif mərhələləri ilə bağlı nümunələri araşdıraraq cavab verir. Bu nümunə araşdırmalarında qadın bədəni həm müsbət, həm də mənfi olur. Eynilə, qadınlar həm məzlum, həm də azad kimi təqdim edilir. Qadın bədəni bu qeyri-müəyyənliyin domenidir, insan ondan qurtuluş vasitəsi kimi istifadə edə bilər və hələ də onun tərəfindən sıxışdırıldığını hiss edə bilər. Mövzu haqqında tam birbaşa danışa bilməsək də, məsələ qadının özünü cəmiyyətin baxış obyekti yox, nə dərəcədə azad subyekt kimi görməsindən asılıdır. Sartr müşahidə etmişdi ki, bizim qavradığımız hər şey, o cümlədən digər insanlar baxışlarımızda “obyekt” kimi əks olunur və bizim tərəfimizdən müəyyən edilir. De Bovuar bu fikri kişilərin qadınıa dair yaratdıqları qavrama metoduna tətbiq edir.
De Bovuara görə, “qadın” anlayışının özü də kişilər tərəfindən yaradılmışdır. Qadın həmişə “başqası”dır, çünki kişi “görən”dir: kişi subyekt, qadın isə obyektdir – kişilər qadın olmağın nə demək olduğunu müəyyən ediblər. De Bovuar qadının bioloji vəziyyətinin əsas maneə olmadığını müdafiə edir. Bu vəziyyəti müsbət və ya mənfi edən, qadının bu vəziyyəti necə şərh etməsidir. Qadın təcrübələrinin heç biri (qadın cinsiyyət orqanının inkişafı, menstruasiya, hamiləlik və menopoz) tək başına bir məna daşımasa da, bu proseslər qadınların patriarxatın onlara verdiyi mənanı mənimsədikcə bir yük və bir dezavantaj olma mənasını qazana bilirlər. De Bovuar qeyd edir ki, yeniyetməlikdən öncə qız və oğlanlar bir-birindən o qədər də fərqlənmir və oxşar maraq və zövqlərə malik olurlar (The Second Sex, s. 295, Translated and Red by H.M. Parshley, Vintage, 1997).
Əgər yeniyetmə oğlanlar və qızlar arasında ilkin psixoloji fərqlər nisbətən əhəmiyyətsizdirsə, sonradan onları əhəmiyyətli edən nədir? Əgər qadın “olunur”sa, bu “olmaq” prosesi necə baş verir?
Bədən və Qadın
De Bovuar deyir ki, qadın orqanizminin inkişafının hər bir yeni mərhələsi onu digər cinsdən getdikcə daha kəskin şəkildə fərqləndirən bir travma kimi yaşanır. Gənc qızın bədəninin formalaşması prosesinə cəmiyyətin münasibəti getdikcə daha düşmən və təhdidedici xarakter alır. De Bovuar insanın özünü başqasının baxışlarına məruz qalan bədən və cinsi varlıq kimi hiss etdiyi bu prosesdən “bədən halına” çevrilməkdən danışır. Bu vəziyyət mütləq pis bir şey deyil, lakin təəssüf ki, gənc qızlar çox vaxt öz iradələrinə zidd olaraq yalnız bədən olmağa məcbur olurlar.
“Gənc qız bədəninin ondan uzaqlaşdığını hiss edir; (...) o küçədə olarkən kişilər gözləri ilə onu izləyir və anatomiyasını şərh edirlər. Gənc qız görünməz olmaq istəyir; O, ət olmaqdan, dərisini göstərməkdən qorxur”. (səh. 333) Böyüyən bir qızın həyatında qadın bədəni ilə doğulmağın bədbəxt olduğuna inamını gücləndirən bir çox başqa hadisələr də var.
Qadın bədəni tam bir baş ağrısıdır; o əzabdır; ayıbdır; həll edilməli bir problemdir; çirkindir; hər halda qəribədir. Bir qız qadın bədəninə sahib olduğunu unutmağa çalışsa da, bu, cəmiyyət tərəfindən ona tezliklə xatırladılacaq. De Bovuar bu vəziyyətə bir neçə nümunə verir. O deyir ki, qızının bədənini və duruşunu daim tənqid edən ana qızını daim özünə inamsız hiss etdirməsi; qızın bədəni ilə bağlı seksual fikir bildirən “küçədəki kişini” qızı utandırması; kişi qohumlarının yeniyetmə qızın aybaşı ilə bağlı zarafatlar etməsi kimi...
Bu qızın öz bədənində ictimai mühitdə hiss edə bilməyəcəyi xoşbəxtlik və azadlıq var. Təbiətdə olanda üzərində kişi baxışı və onu daim tənqid edən anası olmur. O, artıq özünü başqalarının gözü ilə görmür və nəhayət, öz bədənini özü üçün müəyyən etməkdə azaddır.
Ancaq bu qız əbədi olaraq təbiətə qaça bilməz. O, patriarxal cəmiyyətə mənsub olduğu üçün başqa bir travmatik hadisədən keçməli olur: ilk cinsi əlaqə… Mədəni baxımdan vəziyyət qızlar üçün daha çox travmatikdir, çünki qızlar oğlanlara nisbətən bu barədə daha çox məlumatsız qalırlar və ümumiyyətlə onları gözləyənlərə hazır deyillər. Yenə mədəni olaraq, qadın zövqü və orqazm üçün ideal olmayan cinsi mövqelər adi haldır. De Bovuar qızların cinsi təhsilinin ilk növbədə romantik kontekstdə olduğunu vurğulayır, onlara incə nəvazişlərdən bəhs olunsa da, digər məsələlər kölgədə qalır. Beləliklə, nəhayətdə gənc qız prosesdə romantik fantaziyalardan uzaq dünyalar görünür. De Bovuar istehza ilə qeyd edir ki, sarsılmış gənc qadın üçün “sevgi cərrahi əməliyyat kimi görünür”.
Hamiləlik qadınlar üçün daha müsbət, lakin hələ də qeyri-müəyyən bir təcrübədir: bu, həm qadın orqanizminə əsassız bir müdaxilə, həm də böyük zənginləşmə mənbəyi ola bilər. Qadının hamiləliyi irəlilədikcə, cəmiyyət onu daha az cəlbedici hesab edir, çünki o, cinsi əlaqəyə girmir. Bu o deməkdir ki, qadın müvəqqəti olaraq kişinin cinsi baxışından kənarda qala bilər. De Bovuar qeyd edir ki, bu, qadın üçün müsbət bir inkişafdır, çünki “qadın artıq cinsi obyekt kimi xidmət etmir, öz növünün təcəssümü kimi həyat və əbədiyyət vəd edir”.
Bəs qadın yaşlandıqca nə baş verir?
De Bovuar qocalmış qadını “onu eybəcərləşdirən sirli bir bədbəxtliklə mübarizə aparmaq niyyətində olan insan” kimi tərif edir (s. 595). Bu tərif qocalma prosesinin kifayət qədər mənfi təsviridir və qadınları yaşlanma əleyhinə məhsullar almağa təşviq edən kosmetik reklamlara bənzəyir. Bununla belə, de Bovuar öz təsvirində, təsvirində dürüstdür bioqrafik azılarından bildiyimiz kimi, de Bovuar qocalmış bədəni ilə barışmaqda çətinlik çəkirdi: o, geyinməyi çox sevirdi və cazibədar hesab olunurdu, ona görə də görünüşünü itirdiyini düşünəndə xeyli əsəbləşirdi.
Bədən və ağlın bir-birinə qarışması qadınların zülmünü izah etməyə kömək edir. Qadınlar öz bədənləri və bədən funksiyaları haqqında mənfi düşünməyi seçmirlər, lakin təcavüzkar patriarxal cəmiyyətdə mövcud olmaları nəticəsində bunu etməyə məcbur olurlar. Bu baxışa uyğun olaraq, bədən bizim sadəcə olaraq itələyə biləcəyimiz bir şey deyil. Bədən bir çox qavrayışla formalaşır: pis hiss etdikdə o, pis bir şeyə çevrilir, yaxşı hiss etdikdə isə yaxşı bir şeyə çevrilir. Ancaq azadlığa icazə verən bir cəmiyyətdə olmasaq, bədənimiz haqqında istədiyimizi düşünmək üçün azad seçimimiz olmur. De Bovuar kimi feminist filosofların etməyə çalışdıqları bu azadlığın çiçəklənməsi və inkişafı üçün cığır açmaqdır.