“Yuxumdakı şəhid” sənədli filminin təqdimatı oldu

“Yuxumdakı şəhid”  sənədli filminin təqdimatı oldu
20 oktyabr 2023
# 10:16

Oktyabrın 19-da Nizami Kino Mərkəzində 44 günlük Vətən müharibəsində şəhid olan Cavid Həsənova həsr edilmiş “Yuxumdakı şəhid” sənədli filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə hökumət və ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları, şəhid ailələri, qazilər, iş adamları, müəllim və tələbələr iştirak ediblər.

Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əsgərov, Xəzər Universitetinin rektoru İradə Xəlilova rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli yoldan danışıb, Silahlı Qüvvələrimizin hər bir mənsubunun qəhrəmanlıq salnaməsində silinməz iz buraxdığını diqqətə çatdırıblar. Ordumuzun son antiterror tədbirlərinə toxunan natiqlər oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd rayonlarında Azərbaycan Bayrağı ucaltmasını bütün dünya azərbaycanlılarının sevinclə qarşıladığını diqqətə çatdırıblar.

Vurğulanıb ki, Vətənimiz uğrunda mübarizədə canlarından keçən oğullarımızdan biri də İkinci Qarabağ müharibəsi şəhidi Cavid Həsənovdur. Sənədli filmin təqdimatının məhz Vətən müharibəsinin üçüncü ildönümü günlərinə təsadüf etməsini yüksək qiymətləndirən çıxışçılar bununla Cavid Həsənovun timsalında bütün şəhidlərin xatirəsinin yad olunduğunu bildirib, qəhrəman oğulların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıblar.

Sonra çıxış edən tədbirin təşkilatçısı “Biz bir ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Günay Ağazadə filmin ərsəyə gəlmə səbəbi haqqında məlumat verərək deyib: “İki əvvəl yuxumda bir oğlan gördüm. O, mənə “anamı tap, ondan muğayat ol” dedi. Zaman keçdi. Bir müddət sonra həmin şəxs yenə yuxuma gəldi. Yenə də “anamı tap, ondan muğayat ol. Oğlu şəhid olan ağlamaz” dedi. Ayılanda həmin oğlanın şəhid olduğunu anladım, lakin kim olduğunu bilmirdim. Bir şəhidin məclisində təsadüfən bir ananın sinəsindəki şəhid şəkli diqqətimi çəkdi. Şəkildəki şəhidin siması mənə haradansa tanış gəlirdi. Elə həmin an yuxumu xatırladım, bu, həmin şəhiddir deyib adına baxdım, anası ilə tanış oldum. Olanları ona danışdım. Ana da təəccübləndi. Uzun zamandan sonra yaşadıqlarımı lentə almağa, sənədli film çəkməyə qərara aldıq. Yaşadığım hadisənin təsirindən hələ də çıxa bilmirəm. Hər dəfə kimsə məndən qardaşımın olduğunu soruşanda, mən xeyr cavabını verirdim. Lakin indi həmin suala “bəli, var, amma şəhid olub” deyirəm. Mən bu gün fəxrlə yaxşı ki, yuxuda olsa belə Cavidi tanıdığımı deyirəm. Ruhun şad olsun, Cavid qardaşım”.

Şəhidin anası Mirvari Həsənova şəhid anası olmaqdan qürur duyduğunu desə də, oğlu üçün çox darıxdığını dilə gətirib. O bildirib: “Övladımızla nə qədər fəxr etsək də, onların həsrətini, intizarını çəkirik. Amma başımız dikdir. Oğullarımız özləri ilə bərabər, bizi də zirvələrə qaldırıblar”.

M.Həsənova filmin ərsəyə gəlməsində dəstəyi olanlara minnətdarlığını bildirib.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin çıxışları və ifaları ilə davam edib.

Sonra “Yuxumdakı Şəhid” filmi nümayiş olunub.

Tədbirin sonunda təltifetmə mərasimi keçirilib. Xüsusi olaraq şəhidin anası üçün hazırlanmış hədiyyə ona təqdim edilib.

AZƏRTAC

# 1997 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər