"Yazıçılar Birliyinin üzvlərindən əskik deyil" - Anar Elza Seyidcahandan danışdı

"Yazıçılar Birliyinin üzvlərindən əskik deyil" - Anar Elza Seyidcahandan danışdı
5 iyul 2023
# 13:55

­Xəbər verdiyimiz kimi, Əməkdar artist, müğənni, bəstəkar Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib.

Kulis.az xəbər verir ki, Yazıçılar Birliyinin sədri, yazıçı Anar sosial mediada müzakirələrə səbəb olan bu məsələyə münasibətini bildirib.

– Anar müəllim, Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv qəbul edilməsinə reaksiyaları necə qarşıladınız?

– Şabrandayam. Mənim xəbərim yoxdur. Nə yazırlar?

– Tənqid edirlər…

– Olsun da. Biz neyniriksə, tənqid edirlər də. Onsuz qəbul eləsək də, eleməsək də, tənqid edirlər. Eləsinlər də, ayrı işləri yoxdur…

– Siz Elza Seyidcahanın yaradıcılığına bələdsiniz?

– Bəli, bələdəm.

– Ustad yazıçı və Yazıçılar Birliyinin sədri olaraq necə qiymətləndirirsiniz?

– Belə qiymətləndirirəm ki, o birilərdən əskik deyil. Yazıçılar Birliyinin üzvlərinin bir çoxundan…

– Deməli, Seyidcahanın üzvlük biletinə ürəkdən imzanızı atmızınız?

– Bəli, əlbəttə. Mən ürəkdən imza atmasam, atmaram…

– Bir anlıq düşündüm ki, bəlkə bu addım Yazıçılar Birliyində gender bərabərliyinin təmin olunmasına yönəlik addımdır.

– Yox, onsuz da Yazıçılar Birliyində gender bərabərliyi var. Biz ancaq istedada baxırıq. Kimin istedadı, qabiliyyəti var, səmimi şəkildə buranın üzvü olmaq istəyir, onu da qəbul edirik. Kim qalmaqal yaratmaq üçün gəlirsə, onları qəbul etmirik.

– Səhv etmirəmsə, Yazıçılar Birliyinin üzvlərinin sayı 2 mini keçib, eləmi?

– Bəli.

– Elza Seyidcahan üzvlükdən öncə sizinlə görüşdümü?

– Yox, ancaq telefonla danışmışam.

– Daha çox müzakirə olunan məqam həm də budur ki, Elza Seyidcahan bəstəkardır, yaxşı musiqi əsərləri var, ancaq onun Yazıçılar Birliyində olması qəribə görünür. Bu barədə nə deyə bilərsiniz?

– O, birinci deyil, Fərhad Bədəlbəylini də qəbul etmişik. Fərhad Bədəlbəyli pionistdir, həm də gözəl şeirləri var. Amma biz Fərhad Bədəlbəylini üzv qəbul edəndə heç kəs hay-küy qaldırmadı.

Ən çox Elza xanımın hansı şeirini bəyənirsiniz?

– İndi yadımda deyil. Mən Şabrana onun şeirlərini əzbərləmək üçün gəlməmişəm, işləməyə gəlmişəm. (Gülür)

Tənqidçilər daha çox bu xanımın öz şeirlərində vulqar ifadələrdən istifadə etməsini müzakirə edirlər. Yəqin sizin də diqqətinizi çəkib...

– Mən elə şeylərə fikir vermirəm. Deyirəm ki, heç olmasa məni 10 gün rahat buraxsınlar, Şabranda işləyirəm.

Oldu, Anar müəllim. Sizə yaxşı istirahətlər və yaradıcılıq uğurları!

– Sağ olun!

Musavat.com

# 5144 dəfə oxunub

Oxşar xəbərlər

Kinoda və teatrda ana rollarının ən yaxşı ifaçısı... - Onu səhnəyə kim qaytarmışdı?

Kinoda və teatrda ana rollarının ən yaxşı ifaçısı... - Onu səhnəyə kim qaytarmışdı?

10:30 2 may 2026
Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

15:30 1 may 2026
Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik  – Onu hamıdan fərqləndirən nə idi?

Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik – Onu hamıdan fərqləndirən nə idi?

15:00 1 may 2026
Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

13:50 1 may 2026
Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti istefa verdi

Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti istefa verdi

13:20 1 may 2026
Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı keçirildi

Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı keçirildi

13:10 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər