Yazarlara dəstək layihəsinə start verildi - Video

Yazarlara dəstək layihəsinə start verildi - Video
14 may 2022
# 11:00

Mayın 13-də İçərişəhər “Art Tower Gallery”də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdindəki Mədəni Tədbirlərin təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzi kitab təqdimatı və imza günlərinin keçirilməsinə dəstək layihəsini təqdim edib.


Kulis.az xəbər verir ki, layihənin əsas məqsədi ölkəmizdə kitaba, mütaliəyə marağın artırılması, istedadlı insanlara dəstək olmaq, onların geniş oxucu auditoriyasına tanıdılması üçün yeni imkanların yaradılmasıdır.


Təqdimat mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarısinin rəisi İbrahim Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədr muavini, yazıçı, jurnalist Rəşad Məcid, filologiya elmlər doktoru, ədəbi tənqidçi Cavanşir Yusifli, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə artıq şair və yazarların Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzə müraciət edərək təklif olunan dəstəkdən yararlana bilələcəkləri diqqətə çatdırılıb.

Çıxış edən Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev layihənin önəmli məqamlarından danışıb. Bakı şəhərində analoji sahədə gedən inkişaf, yeniliklər barədə tədbir iştirakçıkarını məlumatlandırıb.
Bildirilib ki, təqdimatı olan layihə silsilə şəkildə keçiriləcək.

Yeni layihənin təqdimatının ardınca furşet masası ətrafında açıq havada canlı musiqinin müşayiətilə iki yazarın - Samirə Əşrəf və İlham Əzizin imza günü baş tutub.

İlham Əziz ədəbi fəaliyyətə gec başlasa da, ədəbi ictimaiyyətin diqqətini çəkə bilmiş yazıçılardandır. Onun haqqında ədəbiyyatşünaslar, ədəbi tənqidçilər resenziyalar və təqdir yazıları yazıb. İlham Əzizin imzaladığı “Şimşəkdən sonra” adlı kitab hekayələr toplusudur. Bu müəllifin ilk kitabıdır.

Samirə Əşrəf ədəbi fəaliyyətə on ildən artıqdır ki, başlayıb. “Mənim üçün qızılgül” hekayələr toplusu müəllifin sayca ikinci kitabıdır. Samirə Əşrəf Azərbaycanda tanınmış gənc yazarlardandır. O, həmçinin 10 ilə yaxındır mətbuatda çalışır.

Qeyd edək ki, təqdimat "Arts council" təşkilatının texniki dəstəyilə baş tutub.

# 3702 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənninin Rusiyadakı konsertlərinə qadağa qoyuldu

Məşhur müğənninin Rusiyadakı konsertlərinə qadağa qoyuldu

17:37 3 iyun 2026
Türk ədəbiyyatının "Mavi gözlü dev"i - Atatürk onunla görüşəndə nə demişdi?

Türk ədəbiyyatının "Mavi gözlü dev"i - Atatürk onunla görüşəndə nə demişdi?

16:00 3 iyun 2026
Tofiq Hacıyevin 90 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı

Tofiq Hacıyevin 90 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı

15:34 3 iyun 2026
Gürcüstan estradasının ulduzu:  "Azərbaycan mahnıları qəlbimin səsidir" - Müsahibə

Gürcüstan estradasının ulduzu: "Azərbaycan mahnıları qəlbimin səsidir" - Müsahibə

15:05 3 iyun 2026
“Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi Sumqayıtda

“Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi Sumqayıtda

14:21 3 iyun 2026
İosif Kobzonun mənzili satışa çıxarıldı

İosif Kobzonun mənzili satışa çıxarıldı

14:00 3 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər