Yapon yazıçı Keyqo Hiqaşino vəfat etdi

Yapon yazıçı Keyqo Hiqaşino vəfat etdi
27 iyul 2026
# 14:00

Yaponiyanın məşhur detektiv yazıçısı Keqo Hiqaşino iyulun 23-də 68 yaşında yoğun bağırsaq xərçəngindən vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Yaponiyanın "NHK" telekanalı məlumat yayıb.

1958-ci ildə Osaka prefekturasında anadan olan Hiqaşino Osaka Prefektura Universitetində elektrik mühəndisliyi ixtisası üzrə təhsil alıb. O, 1985-ci ildə debüt romanı kimi nəşr olunan "Dərsdən sonra" əsərinə görə Edoqava Rampo mükafatını qazanıb.

1999-cu ildə Hiqaşino "Naoko" əsərinə görə Yaponiya Detektiv Yazıçıları Mükafatına, 2006-cı ildə isə "Şübhəli X-in fədakarlığı" əsərinə görə Naoki mükafatına layiq görülüb.

Qeyd edək ki, Hiqaşino 2023-cü ildə özünün 100-cü kitabını nəşr etdirib. Həmin vaxta qədər onun əsərlərinin Yaponiyadakı ümumi satışı 100 milyon nüsxəni keçmişdi. Yazıçının kitabları dünyanın 41 ölkə və regionunda nəşr olunub.

# 525 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion səhnələrə qayıdır

Selin Dion səhnələrə qayıdır

18:40 10 sentyabr 2026
Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

18:00 10 sentyabr 2026
Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

17:30 10 sentyabr 2026
Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

16:30 10 sentyabr 2026
Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi

16:00 10 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

15:41 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər