“XX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması Səməd Vurğun” mövzusunda tədbir keçirildi

“XX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması Səməd Vurğun”  mövzusunda tədbir keçirildi
19 mart 2026
# 14:01

Martın 18-də “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncama müvafiq olaraq Azərbaycan Milli Kitabxanasında “XX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması Səməd Vurğun” mövzusunda tədbir keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Səməd Vurğunun yaradıcılığından söz açıb.

Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev böyük şairin yaradıcılığına həmişə önəm verərək onun “Azərbaycan” şeirinin misralarını yüksək kürsüdən xüsusi hissiyyatla söyləyib.

Professor bildirib ki, Səməd Vurğunun dili Azərbaycan ədəbi dilinin ən parlaq, sadə və xalq ruhuna yaxın nümunəsi hesab olunur, onun poeziyasında milli ruh, folklor ənənələri və zəngin bədii təsvir vasitələri hakimdir. Şairin dili "qılınc kimi" kəsərli, eyni zamanda son dərəcə axıcı və aforizmlərlə zəngindir.

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Azərbaycanın Xalq şairi Səməd Vurğun” adlı elektron məlumat bazası və “Xalqımızın ilk Xalq şairi Səməd Vurğun” adlı virtual sərginin təqdimatı keçirilib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli qeyd edib ki, Səməd Vurğun yaradıcılığı, şəxsiyyəti, vətənpərvərliyi, milliliyi, milli olduğu qədər də beynəlmiləlçiliyi və digər saya gəlməyən insani keyfiyyətləri ilə hələ sağlığında xalq arasında simvollaşmış, rəmzləşmiş şəxsiyyət idi.

Filologiya üzrə fəlsəfə doktoru Ədəbiyyat İnstitutunun elmi işçisi Aslan Salmansoy bildirib ki, Səməd Vurğunun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil edir. Müasir Azərbaycan dilinin və ədəbiyyatının zənginləşməsində böyük rol oynamış sənətkarın bədii irsi mədəniyyətimizin inkişafında bütövlükdə yeni mərhələ olub. Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri olan Səməd Vurğunun görkəmli ictimai-siyasi xadim kimi xidmətləri də təqdirəlayiqdir.

Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış elektron məlumat bazası və virtual sərgini yüksək dəyərləndirib, kitabxananın rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürünü bildirib.

Tədbir iştirakçıları sonda ənənəvi sərgi ilə tanış olublar.

# 1295 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

18:00 2 oktyabr 2026
Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

17:15 2 oktyabr 2026
"Qızıl Portağal" film festivalının  siyahısı açıqlandı

"Qızıl Portağal" film festivalının siyahısı açıqlandı

17:00 2 oktyabr 2026
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

16:45 2 oktyabr 2026
Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

16:00 2 oktyabr 2026
Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

15:30 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər