Yaşının az olmasına baxmayaraq NASA (ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi) 17 yaşlı Alisza Karsonu kosmonavt olmaq üçün yetişdirir. Aliszanın məqsədi 2033-cü ildə Mars planetində yaradılacaq mars koloniyasının iştirak etməkdir.
15 ildən sonra nəzərdə tutulan bu təhlükəli missiya yerdəki insan irsinin xilas olunması üçün nəzərdə tutulur.
Qırmızı planetə səfər edərkən geri qayıtmamaq qorxusu barədə Alisza belə deyir: “Kosmosdakı təhqiqatlara davam etmək bizim üçün çox əhəmiyyətlidir. Marsa uçuş böyük səyahətimiz istiqamətində atılan kiçik addımdır. Bəli, kosmos təhlükəli yerdir və mən bu uçuşa görə özümü qurban edəcəyəm. Çünki bu missiya bizim hamımıza böyük xeyir gətirəcək. Əsas məsələ Marsı tədqiq etmək və onu ikinci Yer kürəsinə - torpağa çevirməkdir. Qoy gələcəkdə insanlar Yerdən başqa planetdə də yaşaya bilsinlər. Əgər Marsa uçuş zamanı geri qayıtmayacağımı bilsəm belə fikrimdən dönmərəm. Mən bu tarixi missiyanın bir hissəsi olmaq istəyirəm.”
Alisza Marsa getməyi 3 yaşında "Xülyaçılar" adlı cizgi filmini izlədikdən sonra xəyal etməyə başlayıb. O zamandan indiyədək həmin xəyalın gerçəkləşməsi üçün səy göstərir. 2008-ci ildə isə atası onu Amerika kosmos lagerinə yazdırıb. Alisza NASA-nın kosmos lagerinə səfər edən ilk adam olub.
O, həmçinin Advanced Possum Akademiyasına qəbul edilən və oradan məzun olan ən gənc adamdır. Bu üstünlüyü isə onun kosmosa getməsi üçün səlahiyyətli və stajlı kosmonavt olmasını təmin edir. Çətin kosmonavt təhsili ilə birgə Alisza bütün məktəb dərslərini ingilis, Çin, fransız və yapon dilləri üzrə alır.
Alisza həmçinin təşkilat da yaradıb. Bu təşkilatın məqsədi uşaqları xəyallarının ardınca getməyə cəsarətləndirmək və onlara adi halda sahib ola bilməyəcəkləri fürsətləri təqdim etməkdir. Həmçinin kosmos səyahətinə və Aliszanın yerinə yetirəcəyi fəaliyyət üzərinə diqqət çəkmək məqsədi daşıyır.
O, müsahibələrinin birində belə deyib: "Ən böyük çətinlik zaman və hər şeyi bu qədər gənc bir yaşda başa vurmaqdır. Lakin, insan hər zaman xəyallarının ardınca getməyi bacarmalıdır."
Uşaqlığından bu günə qədər Aliszanın yanında olan atası qızının edəcəyi səfərə münasibətini belə açıqlayır: “Bir ata kimi mən nə baş verdiyinin fərqindəyəm. 15-20 ildən sonra heç vaxt övladımı görməyəcəyimi qəbul etmək mənim üçün çox çətindir. Ancaq bu, onun arzusudur. Mənim borcum onu dəstəkləyib Marsa yola salmaqdır.”