Lent.az-ın daha bir layihəsi kitab oldu: “Kod adı: Rey” - TƏQDİMAT

<b>Lent.az-ın daha bir layihəsi kitab oldu: “Kod adı: Rey”</b> - <span style="color:red;">TƏQDİMAT
24 noyabr 2017
# 14:57

Qarabağ müharibəsindən bəhs edən kitab təqdim olundu - “Kod adı: Rey”

Bu gün ikinci qrup Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “Kod adı: Rey” kitabı “Azərkitab” Kitab Təbliğatı Mərkəzində təqdim olundu.

Kulis.azın verdiyi xəbərə görə, müharibə xatirələrini qələmə alan müəllifin kitab təqdimatında tanınmış yazıçılar, ziyalılar, millət vəkilləri, jurnalistlər iştirak edib.

Lent.az informasiya saytının “Kəşfiyyatçının xatirələri” layihəsində çap olunan yazılar “Kod adı: Rey” adı ilə kitab halında çap olunub. “Qanun” nəşriyyatında nəşr olunan kitab Qarabağ müharibəsinə həsr olunub. Müəllif kəşfiyyat xatirələrini qələmə alıb. Rey Kərimoğlu bu kitabı döyüş meydanlarında torpaqlarımız uğrunda canlarını qurban verən nakam gənclərimizin ruhuna həsr edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabın özəlliklərindən, onun mahiyyətindən söz açaraq, tədbiri açıq elan etdi: “Rey Kərimoğlunun kitabındakı xatirələr müəllifin Qarabağ müharibəsində gördüyü hadisələr əsasında qələmə alınıb”.

Əflatun Amaşov qeyd edib ki, indiyədək Qarabağ döyüşləri haqqında çoxsaylı kitablar yazılsa da, Rey Kərimoğlunun müəllifi olduğu nəşr bir sıra xüsusiyyətləri ilə onlardan fərqlənir: “Biz Rey Kərimoğlunu döyüşçü, kəşfiyyatçı kimi tanımışıq. Amma bununla yanaşı, Rey indiyədək 10-a yaxın mətbuat orqanında çalışıb, bir-birindən maraqlı yazıları ilə oxucularını sevindirib. Kitab xatirələr əsasında yazılıb. Düşünürəm ki, bu kitab Qarabağdan bəhs edən yaxşı bir filmin ssenarisi ola bilər. Çünki Rey Kərimoğlunun kitabında ağrı ilə bərabər böyük vətən sevgisi var”.

Daha sonra Əflatun Amaşov müəllifi təbrik edib və onu Mətbuat Şurasının diplomu ilə təltif edib.

Lent.az İnformasiya Agentliyinin rəhbəri Qabil Abbasoğlu rəhbərik etdiyi media orqanının indiyədək bir neçə maraqlı kitabı oxucuların ixtiyarına verdiyini diqqətə çatdırıb. Q. Abbasoğlu əlavə edib ki, sözügedən media qurumu gələcəkdə məzmun və ictimai əhəmiyyəti etibarı ilə insanlar üçün maraqlı olan digər nəşrləri də oxuculara təqdim edəcək: “Bu kitabda yazılanlar Lent.azda çap olunurdu. Mən o yazıları redaktə etmişəm. Hər dəfə oxuduqca o müharibə illərini xatırlayırdım. Rey bizim yaşadıqlarımızı yazmışdı”.

Növbəti çıxışçı xalq şairi Sabir Rüstəmxanlı Qarabağ müharibəsini dərindən hiss etdirən kitab haqda öz səmimi fikirlərini bölüşüb: “Reyin bu kitabını oxuya bilməmişəm hələ. Amma bayaq vərəqlədim və o müharibə xatirələri mənə doğma gəldi. Bizim nəslin gördüyü müharibəydi bu. Dağlıq Qarabağ yarası bizi həmişə ağrıdıb. Biz məğlubiyyəti həzm edə bilməmişik. Bu kitab məncə, ağrı haqqında ən güclü təsəlli olacaq.”

Millət vəkili Aqil Abbas çıxışında Rey Kərimoğlunu bu kitab münasibətilə təbrik edib: “Çox önəmli kitabdı. Mən Lent.az saytında bu yazılar gedəndə “Ədalət” qəzetinə də yerləşdirirdim. Və hər dəfə oxuyanda tüklərim biz-biz olurdu. Müharibənin ağrılarını özündə daşıyır bu kitab. Yeri gəlmişkən, kitabın redaktoru Səhər Əhmədin ön sözü də məni kövrəltdi”.

Millət vəkili Hadı Rəcəbli “Kod adı: Rey” kitabının xalqımız üçün önəmli olduğunu vurğuladı: “Rey Kərimoğlunun kitabı o dövrü duymaq üçün əvəzsiz materialdı”.

Daha sonra şair Ramiz Rövşən kitab haqda fikirlərini bölüşdü:

“Kitabı oxumamışam. Amma Rey mənim köhnə dostumdu. Sizə deyim ki, biz çox qəribə nəsilik. Biz müharibədən sonrakı nəsilik. Uşaq vaxtı da işimiz dava-dava oynamaq idi. Atalarımız vuruşdu əvvəl, sonra da övladlarımız müharibəyə getdi. Bir dəfə bunu demişdim: biz müharibəni oğurlamış nəsilik”.

Müəllifin 50 yaşı tamam olması münasibəti ilə onu təbrik edən Ramiz Rövşən daha sonra “Qara paltarlı qadın” şeirini səsləndirdi.

Daha sonra kitabın redaktoru Səhər Əhməd, Qarabağ Qaziləri Birliyinin rəhbəri Etimad Əsədov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, Rey Kərimoğlunun döyüş yoldaşları və başqaları kitab haqqında fikirlərini bildiriblər.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Arzu Rəhimovun adından Rey Kərimoğluna təbrik məktubu oxunub və diplom təqdim olunub.

# 1528 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi

00:10 26 noyabr 2024
“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
#
#
# # #