"Bizim həyatımıza dəxli yoxdur" - Türkiyədə yaşayan yazarlarımız İmamoğlundan danışdılar

"Bizim həyatımıza dəxli yoxdur" - Türkiyədə yaşayan yazarlarımız İmamoğlundan danışdılar
24 iyun 2019
# 17:33

Əkrəm İmamoğlunun İstanbul Bələdiyyə Başqanı seçilməsi Azərbaycanda da böyük marağa səbəb olub. O cümlədən ədəbiyyat adamları arasında... Məsələnin aktuallığını nəzərə alıb seçkilərlə bağlı Türkiyədə yaşayan Azərbaycanlı qələm adamlarının təəssüratlarını öyrəndik. Cavabları təqdim edirik.

Image result for müşfiq şükürov

Müşfiq Şükürov

Filosof

- Təbii ki, Türkiyə hər bir azərbaycanlının xüsusi marağında olduğu bir ölkədir. Biz də istəyirik ki, qardaş Türkiyədə hər şey çox gözəl olsun. İmamoğlunun qələbəsi burada böyük bir coşqu yaradıb. Çünki bu, sanki bir eranın bitməsi, yenisinin başlanğıcı kimi qavranılır. Uzun illər hakimiyyətdə olmuş və zənnimcə Türkiyə üçün önəmli işlər görmüş, lakin indi yaşlanmış, ideyaları köhnəlmiş “AK parti erası” sona yaxınlaşır. Bütün avtoritar gəlişmələrə rəğmən Türkiyə demokratiyasının işlək olmasını, seçki sisteminin sağlamlığını görmək əlbəttə ayrı bir sevinc. Son 25 il burada dindarlar və laiklər arasında gedən siyasi diskussiya məncə hər iki tərəf üçün faydalı oldu. Hər iki tərəf öz səhvlərini anladı. CHP bu dərkdən yenilənərək çıxdı. Son qələbə də onun göstəricisidir. Əminəm ki, AKP elektoratı (partiyalar dəyişə bilər) da yenilənəcək və Türkiyə siyasi həyatını inkişafın yeni mərhələsinə götürəcək. Bu, bir siyasi dialektik gedişatdır. Sonu olmayan.

Image result for Aqşin yenisey

Aqşin Yenisey

Şair

- Türkiyədə keçirilən seçki prosesindən biz, sadəcə, nələrisə öyrənə bilərik. Ancaq buradakı seçkilərin Azərbaycan insanının həyatına birbaşa dəxli yoxdur. Nəticələr Türkiyə vətəndaşları üçün yaxşı olacaqsa, buna sevinəcəyik, pis olacaqsa, üzüləcəyik.

Şəbnəm Karslı

Yazar

- Öncəliklə əsas milli iradənin tanınması və qəbul edilməsidir. Kimin seçilməsindən asılı olmayaraq şəhərimiz üçün xeyirli olacağını ümid edirəm. Demokratiya, şəffaf seçki mənim üçün kiminsə seçilməsindən daha önəmlidir. Bir MHP-li olaraq Əkrəm İmamoğlunu təbrik edirəm. Uğurlu beş il arzulayıram.

# 2429 dəfə oxunub

Oxşar xəbərlər

"44 günlük Vətən müharibəsi ədəbiyyatımızda" - Bədii-kulturolji layihə

"44 günlük Vətən müharibəsi ədəbiyyatımızda" - Bədii-kulturolji layihə

14:03 18 yanvar 2025
Film Fondunda “Bir ömürlük xatirə” kitabının təqdimatı olub

Film Fondunda “Bir ömürlük xatirə” kitabının təqdimatı olub

11:50 18 yanvar 2025
“Evdə tək” filminin çəkildiyi malikanə satıldı

“Evdə tək” filminin çəkildiyi malikanə satıldı

18:00 17 yanvar 2025
20 Yanvar hadisələri ilə əlaqədar virtual kitab sərgisi

20 Yanvar hadisələri ilə əlaqədar virtual kitab sərgisi

17:45 17 yanvar 2025
“44” filminin çəkilişləri davam edir

“44” filminin çəkilişləri davam edir

17:12 17 yanvar 2025
“Bu pulları necə yığacam?!” – Keşlə Bazarından reportaj

“Bu pulları necə yığacam?!” – Keşlə Bazarından reportaj

17:00 17 yanvar 2025
# # #