"Xalid Hüseynli Kamal Abdulladan böyük deyil” - MÜZAKİRƏ SAATI

"Xalid Hüseynli Kamal Abdulladan böyük deyil” - <span style="color:red;">MÜZAKİRƏ SAATI
7 yanvar 2016
# 12:37

APA.TV-də yayımlanan "Müzakirə saatı"nın budəfəki buraxılışında "Dünya ədəbiyyatına çıxa bilən yazıçılarımız varmı" mövzusundan söhbət açılıb. Verilişdə tənqidçi Əsəd Cahangir, şair Zahir Əzəmət, yazıçılar Mirmehdi Ağaoğlu və Aytən Cavanşir iştirak ediblər.

Əsəd Cahangir bildirib ki, hər bir yazıçının özünə böyük inamı olmalıdır: "Bizdə yarımçıqlıq kompleksi var. Həm müsəlman, həm də şərq ölkəsi olmağımız və dünyada kifayət qədər tanınmamağımızın da bizə mənfi təsiri var. Tutaq ki, dünyanın ən nüfuzlu mükafatı olan "Nobel"i almaq üçün ölkənin siyasi və iqtisadi cəhətdən tanınmağı da əhəmiyyət kəsb edir. Məsələn, Xalid Hüseynini "Nobel" mükafatına hazırlayırlar. Amma bu o demək deyil ki, Xalid Hüseyninin yaradıcılığı Kamal Abdulla və ya Elçinin yaradıcılığından üstündür...

...Bizdə ədəbiyyata qarşı diqqətsizlik və qayğısızlıq var. Ona görə də belə mühitdə yazıçı təkbaşına heç nə edə bilməz".

Zahir Əzəmət bizim mühitin dünyəvi yazıçılar yetişdirmək üçün yetərli olmadığını söyləyib: "Bu mövzuda əfsus ki, pessimist düşünürəm. Hələ ki, bizim dünyaya deyəcəyimiz yeni söz, fikrimiz yoxdur. Dünyanın yüz il əvvəl dediyi sözləri təkrarlayırıq, formalar, üslub hələ də köhnədir, mövzular lokaldır. Amma Əsəd bəyin fikrinə də qatılıram ki, mümkünsüz heç nə yoxdur. Sistemli və ardıcıl iş hesabına bəzi problemləri həll etmək olar. Türkiyə dövləti bilərəkdən bir plan qurdu, Orhan Pamukun üsyançı obrazını yaratdı. Yəni, dövlət yazıçının arxasında dayanmalıdır. Hazırda biz Avropadan çox uzaq bir ölkəyik. Hətta ayrıca uzaq bir Zimbabve adası kimi. Ona görə biz çalışıb öncə Avropanı bura gətirməliyik".

Mirmehdi Ağaoğlu isə yazıçılarımızın ölkə daxilində tanınmasında və təbliğində böyük problemin olduğundan danışıb: "Elə əsas məsələ də burdadır ki, bizi ölkəmizdə yaxşı tanımırlar, oxumurlar. Zahir bəyin o fikri ilə də razıyam ki, dövlət ədəbiyyata dəstək olmalıdır. Bizdə ədəbi proseslər ləng inkişaf edir. Ölkədə tanınan və nisbətən yaşlı yazıçılar özlərinin yaxud hansısa qurumun hesabına xaricdə çap olunurlar. Amma kütləvi şəkildə gənc yazarların heç birinə bu dəstək yoxdur. Bizə ən yaxın Türkiyə ədəbi mühitində belə, görünməyə gücümüz çatmır. Ona görə də "Nobel" qazanmaq və iddiasında olmaq gülməlidir".

Aytən Cavanşir də həmkarlarının fikri ilə razılaşaraq ədəbi mühitin zəif olmağından və bunun gənc yazıçılara mənfi təsirindən danışıb: "Şəxsən mən əsər yazanda onun kiməsə maraqlı olacağını, satışını düşünmürəm. Yazıçı arzuladığı mövzunu rahat yazmalıdır. Əsərin tərcümə olunmağı, təbliği yazıçının problemi deyil. Həm də azərbaycandilli oxucunun dünyagörüşü də püxtələşməyib. Təbii ki, istisnalar var. Ona görə də biz düşüncə olaraq da bir çox ölkələrdən geri qalırıq".

Söhbəti tam olaraq "Müzakirə saatı"nda izləyə bilərsiniz.

# 1434 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər