Şəhriyar del Geranidən Vasif Məhərrəmliyə sərt cavab: “Getsin...”

<b>Şəhriyar del Geranidən Vasif Məhərrəmliyə sərt cavab: <span style="color:red;">“Getsin...” </b>
16 fevral 2018
# 17:17

“Vasif Məhərrəmli haqlıdır. Həqiqətən mənim əqli problemlərim var. Belə olmasaydı, Azərbaycan kimi cəmiyyətdə elmlə, ədəbiyyatla, maarifçiliklə deyil, manıslıqla məşğul olardım”.

Bu sözləri Kulis.aza açıqlamasında tanınmış şair Şəhriyar Del Gerani müğənni Vasif Məhərrəmlinin onun haqqında səsləndirdiyi sərt tənqidi fikirlərə cavab olaraq söyləyib.

Xatırladaq ki, dünən aparıcı Elgizin təqdimatında ARB kanalında efirə gedən “Səhər-səhər” proqramında müğənni V.Məhərrəmli Şəhriyarı nəzərdə tutaraq belə deyib: “Səməd Vurğundan böyük şairəm deyənin ağlında çatışmazlıq, problem var”.

Şəhriyar Del Gerani daha sonra müğənniyə cavab olaraq aşağıdakıları qeyd edib:

“Kef eləsinlər, cəmiyyət onların cəmiyyətidir. Başda Elgiz olmaqla digər televiziya jurnalistlərinə analoji polemik müstəvilər verin, müzakirə etsinlər. Məsələn, Axundov Füzulini şair hesab etmirdi. İsrail Məmmədovu çağırıb bunu müzakirə etmək olar. Və ya Səməd Vurğun Hüseyn Cavidi şarlatan adlandırmışdı və onun ədəbiyyata dəxli olmadığını demişdi. İbrahim Borçalı ilə də bunu müzakirə etmək olar. Hər şey bir yana, Azərbaycan dilini ana dilim adlandıran, dil mənim namusumdur deyən və bu dildə bütün günü toyxanalarda sağa-sola oxuyub pul qazanan müğənni dostumuza sadə bir test tapşırığı verirəm. Bu tapşırıqdan məharətlə çıxsa, bütün media və oxucuların qarşısında söz verirəm ki, şəxsi avtomobilimi ona hədiyyə edəcəm. Amma siz zəng eləyin ona, səsini də yazın. “Azərbaycan mənim vətənimdir” cümləsini morfoloji təhlilə çəksin. Çox xahiş edirəm, səsini mütləq yazın. Yox, əgər bilməsə, getsin, Baloğlan Əşrəfovun “Ay uçan quşlar” mahnısına təzədən qulaq assın. Eşqlərimlə!”

# 2010 dəfə oxunub

Oxşar xəbərlər

Rəssamlar İttifaqında "Qərbi Azərbaycan"  adlı sərgi açıldı

Rəssamlar İttifaqında "Qərbi Azərbaycan" adlı sərgi açıldı

18:20 15 aprel 2026
Qobustan qayalarında yeni təsvirlər aşkarlandı

Qobustan qayalarında yeni təsvirlər aşkarlandı

17:42 15 aprel 2026
Xəyal Rzanın şeirlər kitabı Macarıstanda nəşr olundu

Xəyal Rzanın şeirlər kitabı Macarıstanda nəşr olundu

17:30 15 aprel 2026
Beynəlxalq Xalça Forumu 2026: Qeydiyyat başladı!

Beynəlxalq Xalça Forumu 2026: Qeydiyyat başladı!

16:48 15 aprel 2026
Dualarla başlayan, sükutla bitən… - İlqar İlkin

Dualarla başlayan, sükutla bitən… - İlqar İlkin

15:30 15 aprel 2026
AYB-də “Qarabağ savaşı ədəbiyyatımızda”  adlı konfrans keçirildi

AYB-də “Qarabağ savaşı ədəbiyyatımızda” adlı konfrans keçirildi

14:38 15 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər