Nazirlik: [b]"Köçəri" yalnız erməni rəqsi deyil"[/b]

Nazirlik: [b]"Köçəri" yalnız erməni rəqsi deyil"[/b]
6 dekabr 2017
# 16:18

Bu gün “Köçəri” rəqsi erməni rəqsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov APA-ya açıqlamasında bildirib ki, “Köçəri" rəqsinin Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi o demək deyil ki, bu, yalnız Ermənistana məxsusdur: ““Köçəri” Azərbaycan və regionun digər xalqlarına məxsus rəqs növüdür. “Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi”nin UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi milli mətbəximizin tanıdılması baxımından böyük uğurdur. Bu, dolmanın milli mətbəx nümunəsi ikimi dünyada tanıdılması üçün vacib vasitə və səbəb olacaq. Nominasiya sənədi Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib”.

V. Şixəmmədov əlavə edib ki, adı çəkilən qurumların UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısı ilə bağlı birgə əməkdaşlığı gələcəkdə də davam edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə özünün “Twitter” səhifəsində belə yazıb: ““Köçəri” sözünün erməni dilindən hərfi tərcüməsi çox maraqlıdır. “Google”un tərcümə xidməti bununla bağlı heç bir nəticə göstərmir. Erməni portalları “Köçəri”nin erməni rəqsi olduğunu yazır? Türk dilində “köçəri” sözü köçmək felindən yaranıb və “bir yerdən başqa yerə köçmək” deməkdir”.

# 2149 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər