Bakıda “Qızıl medal” alan türk şairi: “Təltif olunacağımı bilmirdim” - Fotolar

Bakıda “Qızıl medal” alan türk şairi: “Təltif olunacağımı bilmirdim” - Fotolar
4 oktyabr 2019
# 15:59

Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Heydər Əliyev Mərkəzində “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının bağlanış mərasimi olub. Mərasimdə iştirak edən türkiyəli şair Tuğrul Tanyol “Qızıl medala” layiq görülüb. Kulis.az laureatla qısa söhbəti təqdim edir.

- Toğrul bəy, yüksək mükafat üçün sizi təbrik edirik!

- Təşəkkür edirəm.

- Bildiyim qədər, ədəbiyyat üzrə təhsil almamısınız.

- Bəli, mən sosiologiya üzrə professoram.

- Azərbaycan ədəbiyyatı ilə bağlı nə kimi fikirləriniz var?

- Mən Azərbaycan ədəbiyyatının modern dövrü ilə o qədər də yaxından tanış deyiləm. Anarı, Bəxtiyar Vahabzadəni və bir çox başqalarını tanıyıram, ancaq geniş danışmaq üçün təəssüf ki, bilgilərim yetərli deyil.

- İzləyə bilməmisniz, yoxsa marağınız olmayıb?

- Ədəbiyyat canlı prosesdir, hər dəfə yeni imzalar, yeni namizədlər yetişir. Ona görə yaxından izləmək lazımdır. Əlbəttə ki, marağım var. Bundan sonra yaxından izləmək barədə düşünürəm.

- Bu görüşün bizim ədəbiyyatla tanışlığınızda faydası olacaq yəqin?

- Mütləq. Əslində tam xəbərsiz də deyiləm. Tanıdığım və sevdiyim şairləriniz var. Bu görüş, Bakıya gəlişim təkcə ədəbiyyatınıza yox, ümumən mədəniyyətinizə marağımı artırdı.

- “Qızıl medal” alacağınızı gözləyirdiniz?

- Heç xəbərim yox idi.

- Bu mükafatı hansı işinizə görə aldınız?

- Bildiyim qədər, festivalda bir qızıl medal verilir. Növbəti festival da həmin qızıl medalı alan şairin ölkəsində keçirilir. Mən bütün bunları da bilmirdim. Sonra öyrəndim.

- Türk şeiri haqqında nə danışa bilərsiniz? Dünya ilə müqayisədə vəziyyətiniz necədir?

- Dünyadakı şeirlə bir müstəviyə çıxarılanda türk şeirinin iddiasını üstdə qoya bilmərik. Amma ənənəvi sənət olaraq Türkiyə çox keyfiyyətli şairlər yetişdirib.

- Türkiyə və Azərbaycanı müqayisə edərkən, bu ölkələrin ədəbiyyat ortamını necə görürsünüz?

- Belə müqayisə üçün yetərli biliyim yoxdur. Azərbaycanda çox az qala bildim. Bir-iki dostla tanış olmaq imkanım oldu. Daha çox qalıb, daha sıx əlaqələr qurmaq istəyərdim.

- Bakını necə gördünüz, İstanbula bənzərliyi varmı?

- Bakını indi görəcəyəm, inşallah. 24 saatdır burdayam, yalnız oteldə və festivalda olmuşam. Axşamacan gəzəcəm Bakını. Xüsusən, İçərişəhəri. Axşam uçmalıyam.

- Sizi bir daha təbrik edirik. İyi yolçuluqlar.

- Çox sağ olun!

“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının bağlanış mərasimi keçirilib

Görüntünün olası içeriği: 7 kişi, Shams Shams Zohra Aliyeva dahil, gülümseyen insanlar, oturan insanlar ve iç mekan

Görüntünün olası içeriği: 14 kişi, Shams Shams Zohra Aliyeva dahil, gülümseyen insanlar, iç mekan

Görüntünün olası içeriği: 2 kişi, iç mekan

# 2710 dəfə oxunub

Oxşar xəbərlər

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi -  Qaliblər məlum oldu - Yenilənib

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi - Qaliblər məlum oldu - Yenilənib

18:00 25 avqust 2025
Akademik Zemfira Səfərovanın təqdimatında:  "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

Akademik Zemfira Səfərovanın təqdimatında: "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

16:20 25 avqust 2025
Keçmiş gəmi kapitanı:  "İran şahının oğluna dedim ki, gəmi özün kimi qocadır" - Müsahibə

Keçmiş gəmi kapitanı: "İran şahının oğluna dedim ki, gəmi özün kimi qocadır" - Müsahibə

15:15 25 avqust 2025
Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli  aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

15:00 25 avqust 2025
90-cı illərin  məfkurə məsələsinə konseptual yanaşan alim  - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

90-cı illərin məfkurə məsələsinə konseptual yanaşan alim - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

14:55 25 avqust 2025
Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

14:20 25 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər