Cinsi azlığın nümayəndəsi: “Geylik cinsi anormallıqdır”

Cinsi azlığın nümayəndəsi: “Geylik cinsi anormallıqdır”
19 fevral 2016
# 15:24

Elmarla tanışlığım rayonda xarici dil kurslarının birində oldu. Qədərindən artıq özünə baxımlılığı, daha sərbəst davranışları, məhz qızlarla yaxın dostluq münasibətləri ilə həmcinslərindən nəzərə çarpacaq dərəcədə seçilirdi. Digər oğlanların ona münasibətini üzlərindəki qımışmadan hiss etmək olurdu. Bütün bunlar rayon mühitinə yad, insanların öyrəncəli olmadığı hallar olduğu üçün, qəhrəmanıma “xor baxılması” normal idi. Elə güman ki, bu səbəblərin nəticəsi olaraq çox keçmədən yenidən paytaxta qayıtdı.

Paytaxtdakı görüşümüz zamanı ondan müsahibə almaq istədiyimi biləndə, çox xoş qarşıladı. Həmin müsahibəni sizə təqdim edirəm.

Aysel Məmmədli

- Tez qayıtdın şəhərə.

- Bilirsən rayonda olanda sıxılıram, tanışlarımın çoxu burdadır. Rayonda yalnız atam yaşayır, onunla da ki, sözümüz tutmur. Ona görə də, burda olmağım məsləhətdir.

- Sözünüz niyə tutmur?

- Mən sərbəst insanam. Nə vaxt, hara gedib gələcəyimi və kimlərlə dostluq edəcəyimi özüm müəyyənləşdirirəm. İyirmi dörd yaşım var, yaşım buna imkan verir. Atam isə bütün bunlara qarışır, dostlarımdan uzaqlaşmağımı istəyir.

- Digər ailə üzvlərinlə münasibətin necədir bəs?

- Bir müddət Ukraynada qardaşımgildə qaldım. Onunla münasibətim daha kəskindir. Hətta bir dəfə az qalmışdı boğub öldürsün, canımı güclə qurtardım. Baxmayaraq ki, gəlinimizlə münasibətim yaxşı idi, amma qardaşımı heç o da yola gətirə bilmirdi. Sən adda qardaşım yoxdur, bir gün öldürəcəm, əlimdə qalacaqsan deyirdi. O qorxu ilə onlarda qala bilməzdim və səkkiz ay sonra qayıtdım Azərbaycana.

- Onlardan biri olmadığın üçün idi bu aqressiya?

- Cinsi azlığın nümayəndəsi olmaq, onlardan, yüzlərdən, minlərdən biri olmamaqdır elə. Bizdə, sən “heçkim”sən. Amma, istəməzdim ki, qardaşımın münasibəti də belə olsun. Yanımda olmağını, arxa çıxmağını, tək qoymamağını istəyərdim. Amma o, məni özünə yaxın buraxmır, ailə üzvü kimi görmür.

- Ukraynada da cinsi azlıqlara münasibət bir mənalı deyil?

- Yox, elə deməzdim. Bizim ölkə ilə çox fərq var bu baxımdan. Orada insanlar səni təhqir etmirlər, şəxsi həyatına qarışmırlar, kimisə cinsi partnyor olaraq seçməyinin qıraqdakılar üçün heç bir önəmi yoxdur. Amma qardaşım oranın millətindən deyil və mənə olan fikirləri hansı ölkədə yaşamağından asılı olmayaraq eynidir. O, mənə nifrət edir, mənə olan fikirləri və rəftarı dəyişmədiyi müddətcə mən də ona.

- Sənin kimi özünü qəbul edən insanlar çox azdır bizim cəmiyyətdə. Asan olmayıb yəqin ki, necə bacardın bunu?

- Səmimi insanam. Necəyəmsə eləyəm. Əslində qəbul edirəm ki, geylik cinsi anormallıqdır, amma sağalması mümkün olmayan bir şeydirsə, həmin insanın özü də, ətrafı da, hamı da onu elə qəbul etməlidir. Bu cinsi seçim deyil, hormon pozğunluğudur. Mən də özümü belə qəbul etdim. Nifrət etdiyim şey ikiüzlülükdür. Bəziləri var özlərini bu vəziyyətləri ilə qəbullanmaq istəmirlər, qarda gəzib izlərini bəlli etməməyə çalışırlar, amma onları biz öz aramızda çox yaxşı tanıyırıq.

- Özlərini gizlətməyə çalışmaqlarıdır ikiüzlülük dediyin?

- Bundan daha çoxu. Kişi olduqlarını sübut etmək üçün evlənirlər. Hələ bir də uşaq oldusa, kimsə sənə artıq-əskik deyə bilməz.

- Belələri ətrafında var?

- Var, ailələri məcbur edib. Ətrafın bundan xəbəri olmadığı üçün, qızın və ailəsinin də xəbəri olmur. Ailə qursalar, uşaqları olsa da, öz cinslərinə olan simpatiya və istək yenə davam edir. Qızlar ehtiyatlı olmalıdırlar. Amma, aralarında valideynlərinin seçdiyi həyat ilə razılaşmayıb, ölkədən gedənlər də oldu.

- Sənin belə məcburiyyətlərin olub?

- Belə təzyiqlər olmayıb. Xaricə getmək və daha sərbəst, rahat yaşamaq planlarımda var. İstanbulda oldum bir ay, çox rahat və sərbəst idim. İstanbul məni təəccübləndirdi. Heç deməzsən ki, Şərq ölkəsinin şəhəridir. Küçədə öz cinslərindən olan sevgililəri əl-ələ gəzən, qucaqlaşan görmək xoş idi.

- Gələcək üçün planların nədir?

- Pul yığıb, Avropaya gedib, orda təhsil almaq istəyirəm. Baxmayaraq ki, hal-hazırda daimi işdə işləmirəm və pul baxımından çətinliklər var, amma çox istəyirəm peşəkar stilistlərdən dərs alım, kurslara gedim. Kiməsə möhtac olmadan və cinsi seçimimin sorğulanmadığı yerdə həyatımı davam etdirmək istəyirəm.

# 1417 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #