Yazıçılara təqaüd necə verilir? – Nazirlikdən açıqlama

Yazıçılara təqaüd necə verilir? – <span style="color:red;">Nazirlikdən açıqlama
10 aprel 2019
# 13:12

“Xüsusi təqaüdçülərin seçilməsi ilə bağlı bütün məsələlər həmin yaradıcı ittifaqların səlahiyyətinə aiddir”.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov ONA-nın sorğusuna cavab olaraq bildirib ki, yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətinə dəstək məqsədilə verilən təqaüdlər ölkə başçısının 6 avqust 2007-ci il tarixli fərmanına əsasən verilir:

“Azərbaycan Prezidenti İlham Əliyevin yaşlı və gənc nəslin yaradıcılıq fəaliyyətini təmin etmək məqsədilə xüsusi təqaüd fondu haqqında fərmanı var. Həmin fərmandan irəli gələrək yazıçılar - 70 nəfər yaşlı, 20 nəfər gənc yazıçıya, rəssamlar - 50 nəfər yaşlı, 20 nəfər gənc rəssama, bəstəkarlar - 30 nəfər yaşlı, 10 nəfər gənc bəstəkara bir illik xüsusi təqaüdlər verilir. Bu təqaüdlərin də məbləği yaşlı nəsil üçün 300 manat, gənc nəsil üçün 200 manat məbləğində müəyyənləşdirilib”.

Şöbə müdiri təqaüdlərin yalnız Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinə verilməsi məsələsinə də aydın gətirib:

“Həmin fərmanda xüsusi bənd var. Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondundan istifadə qaydalarının 3.1-ci bəndində deyilir: “Xüsusi təqaüdçülər müvafiq olaraq Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən öz ümumi yığıncaqlarının qərarı ilə təşkilatın üzvü olan yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarlardan seçilir”. Ona görə də qeyd etmək istəyirəm ki, bu siyahı və adlar Mədəniyyət Nazirliyi tərəfindən yalnız rəsmiləşdirilir, onların seçimi ilə bağlı bütün məsələlər isə həmin yaradıcı ittifaqların səlahiyyətinə aiddir və onlar tərəfindən həyata keçirilir”.

# 4601 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər