Kulis.Az elm üzrə ixtisaslaşmış bloqqer Carl Zimmerin “Dünyada Afrikadan köç edənlər məskunlaşıb” “Nyu York Times” qəzetində çap olunmuş məqaləsini Çinarə Cavadovanın tərcüməsində təqdim edir.
Müasir insan təxminən 200.000 il əvvəl Afrikada təkmilləşmişdir. Bəs bu insan növü yer kürəsinin digər sahələrinə necə yayılıb? Bu mühüm sual insan təkamülünü araşdıran tədqiqatçıların onilliklər ərzində mübahisəsinə səbəb olmuşdur. 2016-c ildə “Nature” jurnalında dərc olunan qeyri-adi genetik analizlər silsilə məqalələrinin 21 sentyabr nəşrində alimlər bu sualın cavabını tapdıqlarına inanırlar.
Jurnalda yayımlanmış məqaləyə əsasən, üç müxtəlif genetiklər qrupunun Yer kürəsinin müxtəlif mədəniyyətlərindən topladığı DNT araşdırması belə nəticəyə gəlmişdir ki, bu gün yaşayan bütün qeyri-afrikalıların əcdadı təxminən 50.000-80.000 əvvəl Afrikada yaşamış əhalidir.
“Məncə, hər üç tədqiqat əsasən eyni fikri bildirir.” – Vaşinqton Universitetindən bu yeni işə şərh yazmış Joshua M. Akey deyir. “Biz bilirik ki, Afrikadan dəfələrlə kütləvi köçmələr olmuşdur, lakin biz orada yaşamış vahid əhaliyə qədər geri qayıdıb əcdadlarımızı izləyə bilərik”.
Hər üç heyət 787 şəxsin genlərinin ardıcıllığını yüksək dəqiqliklə müəyyən edərək surətini çəkmişlər. Genlər yüzlərlə müxtəlif ərazilərin yerli sakinlərindən götürülmüşdür: basklar, afrika piqmeyləri, mayyalılar, bədəvilər, şerplər və kri hinduları bunlardan sadəcə bəzilərinin adıdır.
Bir çox genetiklər hesab edir ki, insan tarixini öyrənmək üçün yerli əhalinin DNT-si önəmlidir. İndiyə kimi alimlər Avropa və Çin kimi ilkin məskunlaşma mərkəzindən kənarda olan çox az insanın genlərinin ardıcıllığını tamamilə müəyyən etmişlər.
Ekspertin fikrinə görə, yeni faktlar artıq insan DNT-si haqqındakı elmi anlayışları dəyişdirir, bizim genofond xəritəmizə müxtəliflik əlavə edir.
Üç tədqiqatçı heyətinin hər biri bizim mənşəyimiz haqqında müxtəlif sualların cavabını axtarır, məsələn, insanlar necə Afrika ərazisində yayıldı və necə oldu ki, başqaları Avstraliyada məskunlaşdı? Ancaq hər üçünün məqsədi insanların Afrikadan digər ərazilərə necə yayılması barədə ziddiyyətli mübahisəni həll etməkdir.
1980-ci illərdə paleoantropoloqlar və genetiklər qrupu müasir insanın təxminən 50.000 il əvvəl yalnız Afrikada peyda olması haqqında fərziyyəni müdafiə etməyə başladı. Arxeoloji qazıntılar zamanı tapılan skelet və alətlər aydın göstərirdi ki, müasir insan məhz həmin vaxtdan sonra Avropa, Asiya və Avstraliyaya köçmüşdür.
DNT hissələrinin ilkin tədqiqatı da bu fikri təsdiqləyir di. Genetiklər müəyyən etdi ki, bütün qeyri-afrikalılar bir-birinə yaxından bağlıdır və onlar hamısı Afrika ağacının budaqlarıdır.
Həmçinin bəzi ipucları göstərir ki, bir çox müasir insan çox güman ki, erkən miqrasiya dalğası zamanı 50.000 il əvvəl Afrikadan köç etmişlər. Məsələn, İsraildə tədqiqatçılar 120.000-90.000 yaşı olan müasir insan skeletləri tapmışlar. Səudiyyə Ərəbistanı və Hindistandan 100.000 illik tarixi olan təkmilləşmiş alətlər tapılmışdır.
Keçən il oktyabrda Çin alimləri Homo Sapiensə xas ən azı 80.000, ola bilsin ki, 120.000 il yaşı olan diş tapması haqqında məlumat vermişdir.
2011-ci ildə Kopenhagen Universitetinin tanınmış genetiki Eske Villerslev və onun əməkdaşları ilk dəfə aborigen avstraliyalıların gen ardıcıllığını müəyyən edərək müasir insanın Afrikadan yayılmasına dair bəzi çaşdırıcı ipucları ilə qarşılaşdılar.
Dr. Villerslev və əməkdaşları muzeydə saxlanılan qədim tükün genlərini bərpa etdilər. DNT-də avropa və asiyalılara xas olmayan xüsusi variantlar mövcud idi. Bu da Avstraliyaya ilk gələn insanların mənşəyi və nə vaxt gəlməsi haqqında çətin bir sual ortaya qoyurdu.
Mübahisəni həll etmək üçün Dr. Villerslev hazırda yaşayan aborigenlərlə əlaqə saxlayaraq onların yeni genetik tədqiqatda iştirak edib-edə bilməyəcəklərini öyrənmək qərarına gəldi. O, Avstraliyada Griffith Universitetinin genetiki, artıq aborigen icması ilə bu cür tədqiqatda iştirak etməsi üçün görüşmüş David W. Lambertə qoşuldu.
Oksford Universitetinin alimləri ilə əməkdaşlıq edən tədqiqatçılar həmçinin Papua Yeni Qvineyanın əhalisindən DNT götürdülər. Heyət bir yerdə cəmi 83 gen aborigen avstraliyalılardan və 25 gen Papua Yeni Qvineyalılardan götürməyə nail oldular. Bununla Dr. Villerslevin 2011-ci ildəki tədqiqatından daha yüksək dəqiqliyə nail oldular.
Bu vaxt Mail Metspaulu Estoniya Biomərkəzinin başqa gentoplayıcı layihə həyata keçirən 98 alimdən ibarət heyətinə başılıq edirdi. Onlar 148 populyasiyanı təcrübəyə cəlb etmişdilər, daha çox Avropa və Asiya, bir qədər də Afrika və Avstraliyadan gen toplamışdılar.
Onlar həmçinin 433 genin yüksək dəqiqliklə ardıcıllığını müəyyən etmişdilər.
Harvard Tibb məktəbinin genetiki David Reyx və əməkdaşları 6 qitədən olan sakinlərin genlərinin 3-cü verilənlər bazasını yaratdı. Simons təşkilatı və Milli Elmlər təşkilatının maliyyələşdirdiyi The Simons Genome Diversity Project ( Simons Genlərin dəyişikliyi Layihəsi) 142 əhalidən toplanmış 300 yüksək keyfiyyətli genləri ehtiva edir. Onların nümunələrini ayrı-ayrılıqda müayinə edərək hər üç qrup eyni nəticəyə gəldi: bütün qeyri-afrikalılar Afrikadan gələnlərin törəmələridir. Tədqiqatlara əsasən bu miqrasiyanın təqribən 80.000-50.000 illər əvvəl baş verdiyi təxmin edilir.
Dr.Vilerslev və Dr. Reyxin başçılığı ilə aparılan əvvəlki tədqiqatda Avstraliya və Papua Yeni Qvineyaya erkən miqrasiyanın olması barədə heç bir genetik dəlil tapılmamışdı. Onların da əcdadlarının böyük əksəriyyəti - əgər hamısı deyilsə, - eynilə avropalı və asiyayalar kimi Afrikadan miqrasiya etmiş insanlardır.
Ancaq bu məsələdə Dr. Metspalu və əməkdaşları fərqli nəticəyə gəldilər. Onlar müəyyən etdilər ki , Papua Yeni Qvineyada hər insanın DNT-nin 98% -i Afrikadan vahid miqrasiya nəticəsində köç etmiş əhali ilə üst-üstdə düşür. Yerdə qalan iki faiz görünür daha qədim idi.
Dr. Metspalu qərar gəldi ki, Papua Yeni Qvineyalılarln bütün əhalisi 140.000 il əvvəl qitəni tərk etmiş və sonradan yox olmuş afrikalılarla eyni DNT-ni daşıyır. “Əgər onlar mövcud olsa idi, bu insan düşərgələri on min illər ərzində yaşaya bilərdi.” Kembric Universitetində və Estoniya Biomərkəzində Dr. Metspalu ilə birgə işləyən Luca Pagini deyir.
Ancaq sonuncu dalğa Afrikanı tərk edəndə birinci dalğanın törəmələri yoxa çıxdı. “Onlar yəqin ki, kiçik qruplarda yaşaya biləcək qədər texnoloji inkişafa nail olmamışdılar.” – deyə Dr. Pagani bildirdi. “Ola bilsin ki, sonrakı daha böyük dalğa üçün onları silmək asan oldu.”
Yeni tədqiqat göstərdi ki, insan ağacının parçalanması ekspertlərin güman etdiyindən də erkən başlayıb.
Dr. Reyx və əməkdaşları öz qeydlərini bir-birindən genetik ayrılmış insan qruplarının qədim faktları üzərində tədqiq etdilər.
Onlar müəyyən etdilər ki, hazırda cənubi Afrikada yaşayan ovçu-yığıcı xoysanların əcdadları təxminən 200.000 min əvvəl orada yaşayan insanlardan ayrılmağa başladılar və 100.000 il əvvələ qədər tamamilə təcrid olundular. Bu tapıntılar ona işarədir ki, bizim əcdadlarımız 200.000 il əvvəl bu gün malik olduğumuz bir çox davranışları, məsələn dilimizi təkmilləşdirmişlər.
Bəs niyə insanlar Afrikanı tərk edirdilər? Alimlər bu sirrə də bəzi ipucları tapmışlar.
“Nature” jurnalının 4-cü məqaləsində tədqiqatçılar yer kürəsinin hazırkı iqlim və ekoloji tarixinin kompyuter modelini təsvir etmişlər. Bu göstərir ki, leysan izlərinin periodik dəyişməsi Afrika ilə Avrasiya arasında dəhliz açmışdı ki, bunu da insan qida axtarışı üçün istifadə edə bilərdi.