“Dünya ədəbiyyatı” jurnalının Rusiya sayı Moskvada təqdim olunub – FOTO

“Dünya ədəbiyyatı” jurnalının Rusiya sayı Moskvada təqdim olunub – FOTO
29 oktyabr 2015
# 17:04

Moskvada Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı" jurnalının Rusiya xüsusi sayının təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, XX əsr rus ədəbiyyatının bütün genişliyini dərginin bir sayında əhatə etmək mümkün deyilsə də, “Dünya ədəbiyyatı” çağdaş Rusiya ədiblərinin bir çoxunun yaradıcılığına güzgü tutur. Xalqları bir-birinə tanıtdıran və yaxınlaşdıran ən yaxşı vasitənin bədii söz olduğunu vurğulayan Anar jurnalın Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına yeni töhfə olduğuna əminlik ifadə edib.

Jurnalın nəşrini bilavasitə həyata keçirən Mərkəzin rəhbəri şair Səlim Babullaoğlu qurumun fəaliyyəti, sözügedən dərginin məzmunu barədə məlumat verib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev Azərbaycan-Rusiya mədəni əlaqələrindən danışaraq qeyd edib ki, “Dünya ədəbiyyat”ı dərgisinin Rusiya şair və yazıçılarına həsr edilməsi iki xalq arasındakı tarixi əlaqələrin möhkəmliyindən xəbər verir.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Natalya Krasovskaya bu nəşrin sayəsində Azərbaycan oxucusu qarşısında rus ədəbiyyatının səhifələri bir daha açılıb.

Xalq şairi Fikrət Qoça, şairə Afaq Şıxlı və başqaları Azərbaycan-Rusiya ədəbi əlaqələrindən danışıb, hər iki ölkənin ədəbiyyat, xüsusilə də tərcüməçilik məktəbi tarixində görkəmli simalar olduğunu söyləyiblər.

Qeyd olunub ki, “Dünya ədəbiyyatı” jurnalının bu sayı rus ədəbiyyatının 1950-ci illərdən bu günədək olan mühüm bir dövrünü əhatə edir. Jurnalda yaradıcılığı ya qismən, ya da tamamilə bu dövrə düşən rus ədiblərinin, o cümlədən Aleksandr Soljenitsın, Vasili Belov, Yuri Trifonov, Vasili Aksyonov, Aleksandr Yaşin, Vasili Şukşin və digərlərinin seçmə əsərləri toplanıb. Onların arasında əsərləri ana dilimizdə ilk dəfə nəşr olunan müəlliflər də var. Nəşr Rusiyada yaşayan soydaşlarımız üçün də bu ölkənin mədəniyyəti və ədəbiyyatının öyrənilməsi baxımından əhəmiyyətlidir.

# 2113 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər