“Kitablar ən yaxın dostumuzdur” adlı tədbir keçirildi

“Kitablar ən yaxın dostumuzdur”  adlı tədbir keçirildi
16 fevral 2026
# 10:30

Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Milli QHT Forumunda 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə “Kitablar ən yaxın dostumuzdur” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, təşkilatın dəstəyi ilə nəşr olunan kitablardan 100 nüsxə tələbələrə, məktəblilərə və kitabsevərlərə təqdim edilib. Qeyd olunub ki, 2024-cü il 14 fevralda İmişlidə fəaliyyət göstərən Diferensial Təhsil və Tədris Mərkəzinə, 2025-ci il 14 fevralda isə Xəzər Universitetində 100 tələbəyə kitab bağışlanıb. Vurğulanıb ki, belə təşəbbüslər ana dilimizin zənginliyinin qorunmasına və gənclərin mütaliə vərdişlərinin inkişafına xidmət edir.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri Güllü Eldar Tomarlı tədbir barədə məlumat verib.

Daha sonra çıxış edənlər kitabın və mütaliənin əhəmiyyətindən bəhs olunub, müəlliflər öz kitablarını iştirakçılara hədiyyə ediblər.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllim və dərnək üzvləri, N.Nərimanov adına 39 nömrəli məktəbin, Bakı şəhəri 225 nömrəli və 66 nömrəli tam orta məktəblərin şagirdləri, eləcə də digər qonaqlar poeziya nümunələri ilə çıxış ediblər.

# 873 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər