Bir saata həyatınızı necə dəyişə bilərsiniz - TEST

Bir saata həyatınızı necə dəyişə bilərsiniz - <span style="color:red;">TEST
29 iyul 2017
# 18:00

Hər kəs müasir həyatdan şikayətçidir. Hər kəs vaxtının olmadığını bildirir. Hamı tələsir. Sivilizasiyanın inkişafı insanı həyatını rahatlaşdırmaqdansa, sanki onu daha da qəlizləşdirib. Necə edək sosial şəbəkələr bu qədər vaxtımızı almasın? Necə edək uşaqlarımız daha çox kitab oxusun? Necə edək daha çox canlı ünsiyyət quraq? Bu suallar indi hamını düşündürür. Psixoloqlar məsləhətlər verir, müxtəlif yazılar dərc olunur.

Kulis.az-ın təqdim etdiyi bu yazıda həyatımızı bir saatın içində necə dəyişməkdən bəhs olunur.

Bu yaxınlarda dünya üzrə 12 min işçi arasında sorğu aparılıb. Sorğuda iştirak edənlərin 70 faizi yaradıcılığa vaxtlarının qalmadığını bildiriblər. “The Times” jurnalı yazır ki, müasir insan gün ərzində 110 dəfə telefona baxır. Bu orta rəqəmdir. Bəzilərimiz üçün göstərici 200-300-dür. Elə olur ki, adam gündə 900 dəfə telefonu yoxlayır. Təsəvvür edin ki, bizim məzarımızın üstündə belə yazırlar: “O elektron adresini tez-tez yoxlayardı”. Xoşagəlməz şeydir, eləmi?

Cəmi yeddi sadə addım sizin həyatınızı tamamilə dəyişdirə bilər. Bunları məqsədyönlü və dərk edilmiş şəkildə etmək lazımdır. Cəmi bir saat sizin həyatınızın hər növbəti saatına təsir edə bilər. Getdik!

Birinci addım

Təbiət qoynuna çıxın. Yer kürəsinin təbii ritmini hiss edəcəyiniz bir yer olsun. Müasir sivilizasiyanın hiperaktiv və qeyri-insani ritmindən uzaq bir yerə.

İkinci addım

Bir sual yazın: “Bir həftə ömrüm qaldığını bilsəydim, nələr edərdim?”. İndi 10 dəqiqənizi ayırıb bu suallara cavab yazın.

Üçüncü addım

Belə bir sual yazın: “Bir ay ömrüm qaldığını bilsəydim nələr edərdim?” İndi yenə 10 dəqiqənizi ayırıb cavab axtarın.

Dördüncü addım

Sual yazın: “Bir il ömrüm qalsaydı, nələr edərdim”. 10 dəqiqənizi ayırıb bu suala cavab axtarın.

Beşinci addım

Sual: “Bəs beş il ömrüm qalsaydı nələr edərdim?”. 10 dəqiqənizi də buna ayırın cavab tapmağa çalışın.

Altıncı addım

Sualı belə qoyun: “Mənim sadəcə bir ömür yaşamaq şansım var və mən nələr etməliyəm?”. 10 dəqiqənizi də bu suala cavab axtarmaqla keçirin.

Yeddinci addım

10 dəqiqənizi də yazdığınız cavabları oxumağa sərf edin. Və özünüzə belə bir sual verin: “Mən öz həftəmi necə planlaşdıra bilərəm ki, burda yazdığım cavablara daha yaxın olsun?”

Bu gün həyat çox sürətlidir və imkanlar çoxdur. Onu çətinləşdirərək hər şeyi düzgün etdiyimizi düşünürük. Nəticədə bizi dayanıb hər şey haqqında düşünməkdən yayındıran sonsuz sayda amillər ortaya çıxır. Biz başqa cür seçim etməliyik.

Bizə həqiqətən lazım olan şeyləri ayırmağı bacarırıq. Biz məna kəsb edən həyat qura bilərik.

Günel

# 2381 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

17:49 25 may 2026
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

16:50 25 may 2026
"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

16:44 25 may 2026
İspaniyada  17-ci əsrə aid unikal tablolar tapıldı

İspaniyada 17-ci əsrə aid unikal tablolar tapıldı

16:00 25 may 2026
Serenay Sarıkaya saxlanıldı

Serenay Sarıkaya saxlanıldı

14:01 25 may 2026
İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

14:00 25 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər