"Biz İçərişəhər haqda rəy verə bilmərik" – Rəsmi

"Biz İçərişəhər haqda rəy verə bilmərik" – <span style="color:red;">Rəsmi
25 aprel 2019
# 13:00

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İçərişəhərdə aparılan tikinti işlərinə münasibət bildirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ONA-ya bildirilib ki, Kiçik Qala küçəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarət etdiyi ərazilər sırasındadır və qala divarları boyunca görülən işlər barədə hər hansı rəy verə bilməzlər.

Xatırladaq ki, bir müddət öncə Kiçik Qala küçəsində, qala divarlarının söküntüsü ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məsələyə aydınlıq gətirən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, Kiçik Qala küçəsində, qala divarları boyunca görülən işlər qətiyyən tikinti mahiyyəti kəsb etmir: “Sadəcə, şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli kafe-terrasların yaradılması nəzərdə tutulur. Bu üslubda təmir-bərpa işləri qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız idarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir. Görülən işlər zamanı qala divarlarına heç bir zərər vurulmur, əksinə, orada bürclərin möhkəmləndirilməsi işləri aparılır”.

# 4441 dəfə oxunub

Oxşar xəbərlər

Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə

Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə

16:00 1 oktyabr 2026
Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

15:30 1 oktyabr 2026
Biri keçmiş deputat, biri 46 illik televiziya işçisi...  - Həsrət onları ahıllar evinə gətirdi - REPORTAJ

Biri keçmiş deputat, biri 46 illik televiziya işçisi... - Həsrət onları ahıllar evinə gətirdi - REPORTAJ

15:29 1 oktyabr 2026
Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında

Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında

14:00 1 oktyabr 2026
Gülnar Səmanın   monoqrafiyası çap olundu

Gülnar Səmanın monoqrafiyası çap olundu

13:30 1 oktyabr 2026
Məşhur reper yeni mahnısını anasına həsr etdi

Məşhur reper yeni mahnısını anasına həsr etdi

13:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər