Azərbaycanlı rəssamın əsəri Britaniya Kraliçasına hədiyyə edilib

Azərbaycanlı rəssamın əsəri Britaniya Kraliçasına hədiyyə edilib
14 may 2018
# 10:57

9-13 may tarixlərində Böyük Britaniyada möhtəşəm Kral Vindzor At Şousunun 75 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib. Tədbir çərçivəsində azərbaycanlı rəssam Cəsar Məmmədovun müəllifi olduğu İkinci Elizabetin portreti Azərbaycan adından rəmzi xatirə hədiyyəsi olaraq Ülyahəzrətə təqdim edilib.

Cəsar Məmmədov Azərbaycan rəssamlıq sənətində özünəməxsus bir məktəb yaratmış, Əməkdar rəssam, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədovun ailəsində dünyaya göz açıb. O,yüksək yaradıcılıq nailiyyətlərinə görə Avropa Akademiyasının “Şərəf “ ordeninə layiq görülüb.

2012-ci ildən etibarən Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “Qarabağ” atları Kral Vindzor At Şousunda ölkəmizi uğurla təmsil edirlər. Azərbaycanlı çaparların builki “Land of Fire - Azerbaijan” xüsusi şou-proqramdan ibarət və “Sərhədçi” rəqs ansamblının müşaiyət etdiyi çıxışları da əvvəlki illərdə olduğu kimi yenidən tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

# 2001 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur seriyadan iki yeni kitab çap olunacaq

Məşhur seriyadan iki yeni kitab çap olunacaq

12:00 6 mart 2026
Beyazın verilişinin yayım günü dəyişdi

Beyazın verilişinin yayım günü dəyişdi

11:30 6 mart 2026
Britni Spirs saxlanıldı - Səbəb

Britni Spirs saxlanıldı - Səbəb

11:00 6 mart 2026
Jurnalist Nicat Novruzoğlu vəfat etdi

Jurnalist Nicat Novruzoğlu vəfat etdi

10:29 6 mart 2026
Azərbaycanlı müğənni vəfat etdi

Azərbaycanlı müğənni vəfat etdi

10:10 6 mart 2026
“CHARACTERS 2026”  pyes müsabiqəsi qısa siyahını açıqlandı

“CHARACTERS 2026” pyes müsabiqəsi qısa siyahını açıqlandı

18:20 5 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər