Gənclər AYB-dən qovulan həmkarlarına dəstək olmadılar - Sorğu

Gənclər AYB-dən qovulan həmkarlarına dəstək olmadılar - Sorğu
18 iyun 2019
# 15:05

Bu yaxınlarda gənc yazar Elşad Barat AYB-dən xaric edilib. Kulis.az bu məsələ ilə bağlı AYB-nin gənc üzvlərinə belə bir sualla müraciət edib: "Öz həmkarınıza dəstək məqsədi ilə AYB-dən istefa verərdinizmi?" Cavabları təqdim edirik.

Alpay Azər

Image result for alpay azər

“AYB-nin üzvi deyiləm. Elşad Barat xaraktercə provokator adam təsiri bağışlayır. Bu cür şeylərlə ədəbi gündəmdə qalmaq məsələsi çatmır. Amma hər provakativ atmacaya görə də şairi, ya yazıçını AYB-dən çıxarmaq düzgün deyil. Lap düzünü deyim, bu məsələdə qurumun nizamnaməsi nə deyir, onu da bilmirəm.”

Cavid Zeynallı:

Image result for cavid zeynallı

“Mənim kiməsə görə Yazıçılar Birliyinin üzvlüyündən çıxmaq fikrim yoxdur, olmayacaq. Ümumiyyətlə, bu cür “etiraz” üsulunu da təbəssümlə qarşılayıram. Kimsə nə vaxtsa mənə görə “etiraz” edib çıxarsa, buna da istehzalı təbəssüm göstərərəm. Hər kəs öz ayağından asılmağa layiqdir. Bu belə. İkincisi, üzvləri hər tənqidə, atmacaya, tikanlı tövrə görə xaric etmək çıxış yolu deyil, 2-3 dəfə xəbərdarlıq etməklə, daha yumşaq qərar qəbul oluna bilər. Məncə, sağlam, ağlı başında olan, işləməyi bacaran, özünü işə verməyi müsibət kimi qəbul etməyən adamlar Yazıçılar Birliyindən təmənna güdmürlər. Adamlar var ki, bu birliyə ancaq 300-500 manat pul qoparmaq yeri kimi baxırlar. Ələbaxanlıq, yetim-məzlum psixologiyası dəhşətli şeydir. Ya da hesab edirlər ki, Yazıçılar Birliyi bunların kitabını çıxarmağa əlahiddə borcludur. Niyə? Bir kitabı ki çıxara bilməyəcəksən, yazma. Nə məcburdu? Ölüm-itim deyil ki? Guya sənin gülməşəkər şeirlərin olmasa, təbii fəlakət olacaq? Nə isə. Bir həqiqətə inanıram ki, istedadın, zəhmətin hesabına bir şeyi haqq edirsənsə, gec-tez onu alacaqsan. Gözlənti, təmənna yoxdursa, üzvlükdən xaric olmaq niyə problemə çevrilsin? Hamı unudulur, hər şey yaddan çıxır. Bir az keçsin, təzədən üzv qəbul olub təsəlli taparlar. Ümumiyyətlə, ağrılı mövzudur. Bir yaxşı yazının ağrılı mövzusu...”

Şəhriyar del Gerani:

Image result for şəhriyar del gerani

“Söhbətdən xəbərim yoxdur. Heç nə deyə bilmərəm” .

İkinci Mahmud:

Image result for ikinci mahmud

“Vaxtilə AYB-dən istefa vermək bir etiraz əlaməti olaraq bilinirdi. Problem AYB-nin özündən qaynaqlanmır. Bu qurum ədəbiyyatı kontrolda saxlamaq funkisyasını itirib. Çingiz Abdullayev Azərbaycan dilini bilmir, heç bunu da gizlətmir. Kimisə AYB-dən çıxması, qalması artıq heç kimə maraqlıdır deyil. Məni narahat edən AYB-nin mövcudluğudur. Quruma ayrılan pul nəşriyyat sistemi üçün istifadə olunsa daha yaxşı olar.”

Sahilə İbrahimova:

Related image

“Xeyr, mən istefa verməzdim”.

Ulucay Akif:

Image result for ulucay akif

“AYB heç kimin şəxsi mülkü deyil. Yazıçılar Birliyi ölkənin yazıçılar üçün nəzərdə tutulmuş qurumudur və bura hər bir yazıçının üzv olmaq haqqı var. Qaldı ki son qovulma hadisəsinə. Elşad Baratın etdiyi hər mənada qeyri-etik bir davranış idi. Onun etdiyi jurnalistika baxımından da qeyri-etik və qeyri-peşəkar idi. "Filan səhifədə paylaşmışdılar, mən də paylaşdım" demək çox gülməlidir. Etiraza gəldikdə isə, mən etiraz etməyə layiq olan adamların etirazını canla başla qəbul edərəm. AYB üzvü olsam da, mənim də orada bəyənmədiyim çox şey var. Buna görə oradan çıxmaqdansa, oranı düzəltməyə çalışmaq lazımdır.

Etiraz etməyə layiq olan yox, "haqqı çatan" və etiraz etməyi bacaran.”

# 2153 dəfə oxunub

Oxşar xəbərlər

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

18:39 28 noyabr 2024
Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

18:06 28 noyabr 2024
Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

17:42 28 noyabr 2024
"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

17:39 28 noyabr 2024
“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

16:54 28 noyabr 2024
Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

15:45 28 noyabr 2024
#
#
# # #