Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçirilir

Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçirilir
15 iyun 2019
# 10:34

“Baku Crystall Hall” da Azərbaycan rəssamlarının “Respublika Satış Sərgisi” keçirilir.

Mədəniyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq sərgi cari il mart ayının 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın görkəmli mədəniyyət xadimlərinin bir qrupu ilə görüşündə SSRİ Xalq rəssamı Tahir Salahovun irəli sürdüyü ümumrespublika təsviri sənət sərgisinin keçirilməsi təklifi əsasında həyata keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd özünəməxsus tarixə və ənənələrinə malik olan Azərbaycan incəsənətinin bugünkü səviyyəsini ən qiymətli sənət nümunələri əsasında sərgiləməkdən ibarətdir.

Sərgidə Azərbaycanın tanınmış rəssamları ilə yanaşı orta və gənc nəsil, həmçinin regionlarda yaşayan istedadlı rəssamlarının iştirakı və onların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi nəzərdə tutulur.

Ekspozisiyada XX əsrin 90-cı illərində Azərbaycan Respublikasının müstəqilliyi şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yer tutmuş sənətkarların yaradıcılığı ilə bərabər romantik əsərlər, Azərbaycan folkloru və miniatürlə bağlı dekorasiyalar, divar rəsmləri və illüstrasiyalar, portret silsilələri öz əksini tapacaqdır.

Sərginin açılışı iyunun 14-də saat 19:00-da “Baku Crystall Hall” Mətbuat Mərkəzində baş tutub.

Sərgiyə giriş sərbəstdir.

# 3440 dəfə oxunub

Oxşar xəbərlər

“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri

“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri

17:30 2 iyun 2026
III Kəlağayı Festivalı  təşkil olundu

III Kəlağayı Festivalı təşkil olundu

17:13 2 iyun 2026
“Ləzginka” rəqs ansamblı  Bakıda konsert proqramı ilə çıxış etdi

“Ləzginka” rəqs ansamblı Bakıda konsert proqramı ilə çıxış etdi

16:20 2 iyun 2026
"Qadın beyninin necə işlədiyi kişilərin o qədər də vecinə deyil..." - Kerol Şilds

"Qadın beyninin necə işlədiyi kişilərin o qədər də vecinə deyil..." - Kerol Şilds

15:30 2 iyun 2026
Gənc reper faciəvi şəkildə vəfat etdi

Gənc reper faciəvi şəkildə vəfat etdi

15:12 2 iyun 2026
Məzar daşın nida kimi dikəlmiş... - Məcnun Göyçəlinin şeirləri

Məzar daşın nida kimi dikəlmiş... - Məcnun Göyçəlinin şeirləri

13:30 2 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər