“Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi açılacaq

“Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi açılacaq
22 iyul 2019
# 15:55

Heydər Əliyev Mərkəzində tezliklə “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi açılacaq.

Mərkəzdən APA-ya verilən məlumata görə, hazırda sərgi üzərində son tamamlama işləri gedir və yeni mövsümdən daha bir unikal layihə izləyicilərin ixtyarına veriləcək.

Bildirilib ki, ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunacaq.

“Əsrlər boyu bir-birinə qonşu olan ölkələrdə vahid mədəni məkan yaranıb və qarşılıqlı əlaqələr nəticəsində bir çox oxşar musiqi alətləri meydana gəlib. Tədricən bu musiqi alətləri dünyanın müxtəlif yerlərinə yayılıb. Bununla yanaşı, ayrı-ayrı ölkələrdə yalnız onlara aid olan milli musiqi alətləri də mövcuddur. Sərgidə təqdim edilən eksponatlar Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid olub, musiqi alətləri arasında həm oxşarlığı, həm də fərqliliyi təcəssüm etdirəcək. Ekspozisiya birlik və müxtəliflik prinsipinə əsaslanaraq bölmələrə ayrılıb. Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar da quraşdırılacaq”, - məlumatda qeyd olunub.

# 2949 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər