Yeni AYB üzvlərinin təəssüratları - SORĞU

Yeni AYB üzvlərinin təəssüratları - <span style="color:red;">SORĞU
25 noyabr 2016
# 16:29

Bu il Azərbaycan Yazıçılar Birliyinə yeni üzvlər qəbul olunub. Bəziləri AYB-yə kütləvi üzv olunmağı tənqid edir. Onlar hesab edir ki, yazıçı və şair olmaq üçün AYB-dən üzvlük vəsiqəsi almaq vacib deyil. Bəs üzvlüyə qəbul olunanların məqsədi nə idi? Niyə AYB-ni seçdilər? AYB-yə üzv olmaq onlara nə verdi?

Kulis.az məsələ ilə bağlı üzvlüyə qəbul olunan yazarlardan münasibət öyrənib. Cavabları təqdim edirik.

Allahşükür Ağa

- Obyektiv bir orqan olduğu üçün oranı seçdim. Şeirlərimə qiymət verib dəyərləndirdikləri üçün oranı seçdim. AYB əlavə stimul verdi. Yazmağa həvəsləndirdi. Məmnunluq duydum ki, həmin qurumda mənim də adım var. AYB-yə üzv olmaq şeirlərimdəki müsbət və mənfi cəhətləri aşkara çıxardıb düzgün istiqamətlənməyimdə kömək etdi.

Tural Turan

- Hələ ki, təzə qəbul ediblər. Vəsiqəni alanda bir balaca sevindik. Ona görə AYB-yə üzv olmağa qərar verdim ki, ölkənin rəsmi ədəbi qurumu kimi geniş imkanlar aça bilər mənim üçün. Ən azından mən belə hesab etdim. İkincisi də atamın arzusu idi. Hətta vəsiqəni ona təqdim edəndə doluxsundu bir balaca. Bax belə... Digər tərəfdən, istənilən ədəbi quruma üzv olmaq mənim üçün xoşdur. Hər ədəbi camedən nəsə öyrənirsən, nələrsə götürürsən. Tək AYB üzvü deyiləm, Dünya Gənc Türk Yazarlar Birliyi, Özbəkistanın Uşaq Yazar Evinin və Avrasiya Yazarlar Birliyinin də üzvüyəm. Hesab edirəm ki, ədəbi təşkilatlar insana fərqli insanlar, yazılar, baxış tərzləri təqdim edə bilir. Daha doğrusu edir.

Sevil İşıq

- AYB-yə üzv olmağım o qədər də inadlı mübarizəm deyildi. Amma pisimə də gəlir deyə bilmərəm. Yazıçılığın ən son pilləsi kimi baxır bəzi adamlar AYB-yə. Bəzən söz arası sən AYB-yə üzv oldunmu deyə soruşurdular. Yox deyəndə sanki baxışları ilə adamı aşağılayanlar olurdu. Mən də sənədlərimi hazırlayıb yolladım. Kimsədən xahiş etmədim. Qəbul olunacağım günə qədər sakit gözlədim. Qismət bu günə imiş. AYB-yə üzv olmaqdan nəsə gözləmək mənim düşüncəmə görə düzgün deyil. Yaradıcılıq əlli faiz istedadın, əlli faiz zəhmətin, çox oxumağın bəhrəsidir. AYB-dən nəsə gözləmək isə sadəcə axmaqlıq olardı. Heç bir qurum istər dövlət, istər qeyrisi yazıçının şairin yaradıcılığına heç cür təsir etməməlidir.

Fuad Cəfərli

- Xəbəri Rəşad müəllimdən (Rəşad Məcid – red) aldım və adını bilmədiyim qəribə hisslər yaşadım. AYB-ni yaxşı tanıdığım və inandığım üçün seçdim. AYB mənə yaradıcılıq üçün stimul verib.

# 2036 dəfə oxunub

Oxşar xəbərlər

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

11:00 26 may 2026
Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

10:18 26 may 2026
Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

17:49 25 may 2026
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

16:50 25 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər