İsveçdəki azərbaycanlı xanımın cinsi ayrı-seçkilik hekayəti

İsveçdəki azərbaycanlı xanımın cinsi ayrı-seçkilik hekayəti
9 yanvar 2015
# 12:47

Kulis.az İsveçdə yaşayan azərbaycanlı yazar Eluca Atalının qadınların cinsi diskriminasiyaya məruz qalması ilə bağlı fikirlərini təqdim edir.

Yaşadığım ölkədə qadınlar qanun baxımından tam hüquqludurlar, kişilərlə bərabər hüquqları var. Qadın bütün sahələrdə çalışa, nə istəsə edə bilər, onun arzularına kimsə sədd çəkmir, qadağa qoymur. Əlbəttə, bunu Əfqanıstan, Səudiyyə Ərəbistanı, Somali ilə ölçsək yerlə göy qədər müqayisəyə gəlməz bir mənzərə yaranar, insani baxımdan məsələyə yanaşanda, bəzi incəliklər də üzə çıxır. Amma bəzən gözə görünən, dilə gətirilən, lakin yazılmamış “qanunlar”la rastlaşmalı olursan. Müəssisə rəhbərləri 7 yaşına qədər uşağı olan anaları çətin işə götürürlər. İş kursunda olduğum zaman bu məsələ ilə bağlı rəhbərimizdən sual etdim. O dedi ki, uşaq xəstələnəndə və ya hər hansı bir problemi olanda ananın işdən qalması ehtimalı atanınkından çoxdur. Ana işə gəlməyəndə biz onu əvəz edəcək işçi çağırmalı oluruq, belə müvəqqəti işçilər işin öhdəsindən lazımınca gələ bilmirlər. Ona görə də işçi götürəndə uşaqların yaşını nəzərə alırıq. Ən yaxşısı isə kişi işçisini işə dəvət etməkdir.

Qadına bundan artıq səddin qoyulduğunu görməmişəm İsveçdə, amma onu da deməliyəm ki, yeni doğulmuş körpə üçün verilən 18 aylıq valideyn məzuniyyəti valideynlər arasında yarı bölünə bilər və ya valideynlər bu məsələni öz aralarında həll etməlidirlər. Bəzən də elə olur ki, uşaq doğulandan 3 gün sonra ana işə çıxır, ata 18 aylıq məzuniyyət götürüb uşağı saxlayır və onun məvacibini tam şəkildə dövlət ödəyir.

İsveçdə qadının karyerasına nəyin mane olması ilə bağlı bəzi məqalə və müsahibələri oxumuşam.

Ümumiyyətlə burda karyera qurmaq istəyən xanımları üç qrupa bölmək olar:

1. Ailə qurmağı arxa plana keçirib, karyera qurublar. Karyera əldə edənəcən 35-40, bəzi hallarda isə 45 yaşına çatıb sonra ailə qurublar.

2. Ailə qurub, uşaqları məktəb yaşına rahat çatdırıb, sonra karyera dalınca gediblər. Və istədiklərinə nail olublar, yəni, ailə, uşaq və sosial həyat bir-birinə mane olmayıb.

3. Ailə qurub, uşaq olub və karyeranı da bununla bərabər əldə etmək istədikləri zaman bir hissəsi istədiyinə nail olmayıb. Ya ailə əldən gedib, ya da əsəbləri korlanıb gərginlikdən. Axı karyera sənin gələcəyini təmin etmək üçün olmalıdır, nəinki sənin həyatına mane olub, sağlamlığını əldən almaq üçün.

Şəxsən mənə gəldikdə, mən Azərbaycanda öz mövqeyimi qazanana qədər çox şeyləri itirdim və çox şeylər də var ki, mən özüm ondan imtina etdim. İmtina etdiklərimi itirmiş hesab etmirəm, çünki imtinamın yerini mənə daha çox gərək olan və mənəvi dünyamı qidalandıran şeylərlə doldurdum. Onun üçün də imtinamın yeri boş görünmür, əslində ömrümdə olan zənginliklər imtinamdan irəli gəlib. İsveçdə yaşadığım müddətdə isə mənim qarşıma sədd qoyası və ya əməlimin məhdudiyyəti üçün hər hansı bir maneəyə rast gəlməmişəm.

Bizdə bir qayda olaraq karyera əldə etmək istəyən qadın gərək ailədən keçsin, çünki ailəli adam əksər halda ərindən izin almalıdır harasa getmək üçün və ya hesabat verməyə borcludur. İsveçdə isə qadın bu hala hesabat demir, “ailə məsuliyyəti” qoyub adın və sadəcə, ərinə məlumat verib, o evdə olmayanda ev işlərini necə idarə edəcəyi barədə ərinə göstəriş verir.

Karyeranı müstəqil, təkbaşına hərəkət etməyi bacaranlar əldə edir.

P.S. İndi Amerikada yeni bir tibbi əməliyyat gedir, işgüzar qadınlar 30-35 yaşında yumurtalıqlarını 10-15 il xüsusi aparatlarda dondurub saxlayırlar, karyera qazanandan sonra müvafiq insanla ailə qurandan sonra o yumurtalıqlarını fəallaşdırıb dünyaya uşaq gətirəcəklər. Bilirsiniz ki, 30-35 yaşdan sonra qadında yumurtalıqların yetişmə fəaliyyəti zəifləyir. İndi bu təcrübədən 350 işgüzar qadın istifadə edib.

# 1826 dəfə oxunub

Oxşar xəbərlər

Hollandiya Avroviziya 2026 Mahnı Müsabiqəsini boykot edib

Hollandiya Avroviziya 2026 Mahnı Müsabiqəsini boykot edib

12:05 13 sentyabr 2025
Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

12:00 13 sentyabr 2025
Parlamentin Mədəniyyət komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

Parlamentin Mədəniyyət komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

11:00 13 sentyabr 2025
Yarın yatar hər axşam qoynunda yaylığınla...  – Mir Kamilin şeirləri

Yarın yatar hər axşam qoynunda yaylığınla... – Mir Kamilin şeirləri

10:00 13 sentyabr 2025
3800 il əvvələ aid şəhər tapıldı -  İnsanlar quraqlıqda necə sağ qalıblar?

3800 il əvvələ aid şəhər tapıldı - İnsanlar quraqlıqda necə sağ qalıblar?

18:40 12 sentyabr 2025
Xalq artisti  palataya köçürüldü

Xalq artisti palataya köçürüldü

18:30 12 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər