Sevda Sultanovanın kitabının təqdimat mərasimi keçirildi - Fotolar

Sevda Sultanovanın kitabının təqdimat mərasimi keçirildi - Fotolar
26 oktyabr 2019
# 13:30

Oktyabrın 25-də Azərbaycan Kinematoqrafçılar İttifaqında kinoşünas, tənqidçi, publisist Sevda Sultanovanın “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabının təqdimat mərasimi keçirildi.

Kulis.az-ın verdiyi xəbərə görə, kino adamlarının, yazıçıların və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə İttifaqın katibi, rejissor Əli İsa Cabbarov açaraq, müəllif və kitab haqqında danışdı.

Daha sonra kitabın müəllifi Sevda Sultanova kitabın yazılma prosesindən, əhatə etdiyi filmlərdən, ekranlaşdırmanın xüsusiyyətlərindən danışdı, qonaqları maraqlandıran suallara cavab verdi.

Müzakirə formatında davam edən tədbir kitabların qonaqlara hədiyyə olunması və imzalanması ilə başa çatdı.

Qeyd edək ki, “Ekranlaşdırılmış ədəbi əsərlər” Sevda Sultanovanın Ədəbiyyat qəzetində gedən eyniadlı layihəsi əsasında gerçəkləşdirilib. Kitabda tənqidçi ekranlaşdırılan məşhur əsərlərin film versiyası üzərində müqayisəli, analitik, nəzəri rakursdan təhlilini aparıb. Kitabda dünya ekranlaşma nümunələri ilə yanaşı Azərbaycan filmlərinə də yer ayrılıb.

# 3448 dəfə oxunub

Oxşar xəbərlər

“CHARACTERS 2026”  pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

“CHARACTERS 2026” pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

15:30 10 mart 2026
Milli Tеatr Günü münasibətilə sərgi açıldı

Milli Tеatr Günü münasibətilə sərgi açıldı

14:40 10 mart 2026
"Müsəlmanlar arasında on min nəfərdən biri..." - Axundzadə akademik Dorna məktubunda nədən şikayətlənirdi?

"Müsəlmanlar arasında on min nəfərdən biri..." - Axundzadə akademik Dorna məktubunda nədən şikayətlənirdi?

14:15 10 mart 2026
Eldar Qasımov “Avroviziya” deleqasiyasından uzaqlaşdı

Eldar Qasımov “Avroviziya” deleqasiyasından uzaqlaşdı

14:15 10 mart 2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq

Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq

13:30 10 mart 2026
“Kurtlar vadisi”nin məşhur aktyoru xəstəxanaya yerləşdirildi

“Kurtlar vadisi”nin məşhur aktyoru xəstəxanaya yerləşdirildi

13:28 10 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər