Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub

Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
23 sentyabr 2019
# 12:49

Sentyabrın 23-də Mədəniyyət naziri Əbülfəs Qarayev “Xalq artisti” fəxri adını Cahangir Novruzova təqdim edib.

APA-nın məlumatına görə, nazir Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş məşhur nəslin nümayəndəsi olan aktyorun öz soyunun sənət yolunu layiqincə davam etdirdiyini bildirib: “Cahangir Novruzov teatr sənətimizin zəngin ənənələrini Adananın Çukurova Universiteti Dövlət Konservatoriyasında təbliğ edir və artıq həmin təhsil ocağında öz məktəbini formalaşdırıb”.

Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb, “Xalq artisti” adının nişanını və vəsiqəsini ona təqdim edib.

Yaradıcılığına verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirən teatr xadimi bundan sonra da mədəniyyətimizin inkişafına və təbliği istiqamətində yorulmadan çalışacağını diqqətə çatdırıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə tanınmış aktyor və rejissor, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov “Xalq artisti” fəxri adına layiq görülüb.

# 3265 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər