Xərçəngin mübarizə simvolu Neslicanın həyatından parçalar

Xərçəngin mübarizə simvolu Neslicanın həyatından parçalar
21 sentyabr 2019
# 16:44

Ayxan Ayvaz yazır...

“Özümdən bədbəxt adamlar görəndə utanıram, ata”

Aqşin Yenisey

Deyirmiş ki, yaşamaq istəyirəm, həm də çox.

Yaşaya bilmədi.

Xərçəng bu dəfə ona qalib gəldi.

Mübarizə apara-apara uduzmaq istəyirəm dedi.

Üç dəfə xərçəngi dəf elədi həyatından.

Sağ ayağını itirdi bu yolda.

Ümidini və həyat eşqini itirmədi amma.

Çıxıb dedi ki, mən bir ayaqdan ibarət deyiləm, daha çox şeydən ibarətəm.

Image result for NESLÄ°CAN TAY

Xərçənglə mübarizənin ən gözəl simvolu idi.

Bütün şəkillərdə gülüşləri düşdü.

Həyatındakı ağrılara rəğmən.

Xərçəngə meydan oxuyarcasına gülürdü.

Lağ edirdi onunla.

Qabağına qoyub uşaq kimi danlayırdı: “Sən kimsən belə? Həyatıma girəndən ağrılarım dinmir”.

Arxasınca şillə çəkirdi xərçəngin üzünə: “Sənə qalib gələcəm”.

Related image

Xərçəng də dinc dayanmırdı bu arada.

Əvvəl onun saçlarını apardı özü ilə.

“Bir qadın saçları üçün kədərlənmirsə, sən bir özün düşün də xərçəng” – cavabı belə olmuşdu Neslican Tayın.

Məşhurlaşmışdı Neslican.

Hamı tanıyırdı onu.

Küçədə görəndə yaxınlaşırdılar.

Bütün ümidsiz adamlara ümid olmuşdu.

Həyatından bezən adamlar ona baxıb utanmışdılar.

Image result for NESLÄ°CAN TAY

Özlərindən bədbəxt adamın xoşbəxtcəsinə gülümsəməyi çaşdırmışdı onları.

Neslican hiperaktiv uşaq olubmuş.

Bütün günü ora-bura qaçırmış.

Ayağını itirəndə ilk buna üzülüb.

Tək ayaqla qaçmaq olmur axı ağrıların əlindən.

Daha tez tutur adamı.

Gecə yatanda ayaqlarımı bir-birinə toxundururdum deyirdi.

Ən çox buna üzülürdü: bir daha ayaqlarını bir-birinə toxundura bilməyəcək...

Yenə də mübarizədən vaz keçmədi bütün şəkillərdə gözəl düşən qadın.

Image result for NESLÄ°CAN TAY tedx

Hələ heç kim onun qədər gözəl düşməmişdi şəkillərdə.

Xərçəngə inad daha çox gülümsünürdü.

Dil çıxarırdı xərçəngə.

Özü sol ayağına ləqəb taxmışdı: dəmir ayaq.

Arada məzələnirdi özüylə, camaat arasına girəndə deyirdi: “Ayaqsız gəldi”.

İnsanların arasına ilk dəfə ayaqsız çıxanda da gülümsədi.

Sonralar da.

Hər kəsə ümid, işıq paylaya-paylaya getdi.

Mənə görə sol ayağınızı da sevin dedi.

Image result for NESLÄ°CAN TAY tedx

Dördüncü dəfə xərçəng onun qapısını döyəndə də gülümsünürdü, təbəssümündən bir şəhər salmaq olardı.

“Yaşamaq istəyirəm. Çox istəyirəm” – son videosunda demişdi ağlamsına-ağlamsına.

İlk dəfə ağlamsınırdı.

Tez də düzəliş vermişdi özünə: “Ağlamaq mənə yaraşmır. Çirkin oluram onda. Makiyajım axsın istəmirəm”.

Bəlkə də son videosu olacağını bilmirdi.

İzləyiciləri də ən az onun qədər inanırdı xərçəngə qalib gələcəyini.

Bəlkə də son videosunda da gözəl qalmaq istədi, gülümsəyən biri kimi yadda qalmaq istədi.

Kim bilir.

Hamıya sevgi payladı.

Ümid oldu.

Özünə və hamıya.

Nə qədər adamı bədbinlikdən qurtardı.

Bütün Türkiyə onun xərçəngə bu dəfə də qalib gələcəyini gözləyirdi.

Olmadı.

Image result for NESLÄ°CAN TAY tedx

Əvvəl saçları, sonra sol ayağı, sonra da özü getdi.

İşığını, sevgisini adamlara paylayaraq həm də...

Və yenə bütün şəkillərdə gözəl qaldı.

Həmişə gözəl qaldı.

21 yaşında qaldı...

# 10571 dəfə oxunub

Oxşar xəbərlər

Zakir Əliyev:  “Teymur Əmrah yaxşı sənətkardır, amma…”

Zakir Əliyev: “Teymur Əmrah yaxşı sənətkardır, amma…”

15:44 29 mart 2025
Aktyora “Bakı Metropoliteni”ndə yüksək vəzifə verildi

Aktyora “Bakı Metropoliteni”ndə yüksək vəzifə verildi

13:48 29 mart 2025
Sonralar heç yerdə rast gəlmədim o sirli-əsrarlı ayinə... - Mübariz Örən

Sonralar heç yerdə rast gəlmədim o sirli-əsrarlı ayinə... - Mübariz Örən

14:46 28 mart 2025
Maradonanın gözləri - Qismət Rüstəmov

Maradonanın gözləri - Qismət Rüstəmov

13:00 28 mart 2025
Yalnız bu 3 peşə “sağ qalacaq” - Bill Qeyts açıqladı

Yalnız bu 3 peşə “sağ qalacaq” - Bill Qeyts açıqladı

12:00 28 mart 2025
Bayağılığa təslim olmaq, yoxsa qarşı çıxmaq? - Tanrıverdi Əliyev

Bayağılığa təslim olmaq, yoxsa qarşı çıxmaq? - Tanrıverdi Əliyev

10:00 28 mart 2025
#
#
# # #