Qovuşmaq xoşbəxtlik deyil... - Emil Rasimoğludan Yeni Şeir

Qovuşmaq xoşbəxtlik deyil... - Emil Rasimoğludan Yeni Şeir
25 iyun 2019
# 17:31

Kulis.az Emil Rasimoğlunun yeni şeirini təqdim edir.

Ağaclardakı dənizlər,

dənizlərdəki yanan kimsəsiz kibritlər

və göy üzündəki torpaq.

...və bir də

alnımdakı qandallı qırışların edam günü.

Evimizin divar saatı

bağışlayır ana bətnlərinin günahını,

unuduram aynaların küçəsini vətən olan hər yerdə.

...Sən demə,

hər şamın arxası bir qadın yuvası imiş.

Məni bağışlamağa can atma,

kəsməyib siqaret bədənindəki yağışlar.

...hələ də

maestronun eynəkləri müharibə aşiqidirsə

yalnız sonuncu doğulan adam

diş çıxardacaq hər fəsil,

hər gün

sudan qorxan balıqlar qaçacaq kilsə zənginə.

İndi döydüyüm bütün qapılar da

süd dişinə tərəf açılır...

Sənsə tələsirsən üzü çətirlərin divarlarına sarı.

Daha bilmirsən ki,

nə qədər ki, qayıqlar var

demək, qovuşmaq vərdişdi, xoşbəxtlik deyil...

...Mən də

sonuncu məktubuna öyrəşəndə bildim,

bildim ki,

hər gecə akvariumdakı skripkanın notlarına

ölümünü sevdirməkmiş payız,

bir cüt ayaqqabı imiş arxamca düşən sabahlar.

...ağaclardakı dənizlərə,

dənizlərdəki yanan kimsəsiz kibritlərə

göy üzündəki torpağa qədər

qoy, küçələr gecələsin quşların dimdiyində.

Hazırki əsas şəkil

# 4314 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər